Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu yağlar bədəndəki çatları yox edir
Bu yağlar bədəndəki çatları yox edir
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1164
Səs ver:
Bədəndə qırmızı, bənövşəyi və ya ağımtıl çapıqlar xanımlarda kompleks yaradır. Bu çapıqlar dərinin mexaniki zədələnməsi nəticəsində yaranır, həddən ziyadə gərilən və öz elastikliyini itirən dəridə çat və çapıqların yaranması labüddür. Bu halda orqanizm məcburi olaraq dartılır, dartıldıqca isə dəri parçalanır. Bu, striadır. Bu çatlar ən zərif bölgələrdə - qarın, döş, bud hissədə yaranır.

Onların yaranması bu səbəblərdən də mümkündür: Sürətli kökəlmə və ya arıqlama, hormonal dəyişikliklər, genetik meyl, dərinin elastikliyinin aşağı olması. Çox nadir hallarda çatların yaranmasına yalnız bir amil təsir göstərir, adətən, bu, orqanizmin bir sıra problemlərinin fonunda yaranır.

Çatlardan xilas olmağın ən gözəl yolu əlbəttə ki, vaxtından qabaq profilaktik tədbirlər görməkdir. Onu da qeyd edək ki, artıq çatlamış dərini tamamilə bərpa etmək çətindir. Lakin onların xarici görünüşünü vizual yaxşılaşdırmaq olar. Bunun müxtəlif efir yağları istifadə olunur. Amma bu zaman da hansı yağ qarışıqlarından istifadə etməyi bilmək lazımdır.

Roza, lavanda, çəhrayı ağac, limon, nanə kimi yağların qarışığı aşağıdakı problemlərin həllində yardımçınız ola bilər:
Dərini nəmləndirir və tonusunu artırır;
Epidermisi yeniləyir;
Köhnə çatları yumşaldır və görünməz edir;
Qan dövranını stimullaşdırır;
Şişkinliyi azaldır;

Xatırladaq ki, hamiləlik dönəmində bəzi efir yağlarından istifadənin zərərləri olar bilər. Odur ki, hamiləlik zamanı həkimlə qabaqcadan məsləhətləşmək zəruridir.

Özü də bir neçə istifadən də sonra problemlərin həll olunacağına ümid bəsləməyin. İstənilən nəticəni əldə etmək üçün inadkarlıq və xeyli vaxt tələb olunur. Amma nəticəyə dəyər!

Efir yağlarından gen-bol istifadə məqsədəuyğun deyil, çünki onların tərkibi çox qüvvətlidir. Odur ki, bədən üçün kremə və ya digər kosmetik vasitəyə bir neçə damcı əlavə etməyiniz kifayətdir.

Adətən, bu qarışığı gecə zədələnmiş nahiyələrə çəkmək lazımdır. Krem dəriyə hopana qədər ovuşdurun. Effekti gücləndirmək üçün yağı çəkdikdən sonra həmin nahiyəni streçlə bağlamaq, vannaya əlavə etmək olar.


Şərhlər:
Baxılıb: 1164
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz