Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Üz üçün gimnastika və masaj
Üz üçün gimnastika və masaj
Göndərən: arzum-aysum
Şərhlər:
Baxılıb: 749
Səs ver:
Üzün klassik şəkildə masaj edilməsi onun cavanlaşması üçün möcüzələr yarada bilər. Masaj zamanı dərinin qan dövranı və maddələr mübadiləsi yaxşılaşır, dəri dartılır, cavanlaşır, sağlam və təravətli çalarlıq alır.

Üzün masajı, üz dərisi hətta həssas olduqda da aparıla bilər. Masaj həkim-kosmetoloq tərəfindən üz dərisi qocalmağa başlayan qadınlara (30 yaşından sonra) təyin edilir. Üzün masajı zərif bir iş olub, böyük məharət və bilik tələb edir. Ona görə də bu halda kosmetoloqun seçilməsinə çox diqqətlə yanaşmaq lazımdır. Masaj texnikasının düzgün şəkildə yerinə yetirilməməsi, dərinin qocalması prosesini gücləndirərək mövcud olan qırışları da artıra bilər. Üz masajı üçün əks göstərişlər: irinli səpgilər, üz damarların genişlənməsi, üzün tüklənməsi, yanıqlar, çatlar.

Dərinin cavanlığını qaytaran təsirli vasitələrdən biri də üz əzələləri üçün olan xüsusi gimnastik hərəkətlərdir. Onu da yalnız tələbat yarandığı halda yerinə yetirmək lazımdır (üzün dərisi sallanmağa, qırışlar isə əmələ gəlməyə başlayanda).

Sizə təqdim etdiyimiz qimnastika və masaj kompleksi üz əzələləri zəifləmiş qadınlar üçün nəzərdə tutularaq, məhz əzələlərin tonusunun qaytarılmasına yönəldilmişdir. Bu kompleksi yaşı 30-dan artıq olan qadınlar icra edə bilərlər. Onu da nəzərə alın ki, yalnız uzun müddət ərzində gündəlik olaraq yerinə yetirilən məşğələlər yaxşı effekt verə bilər. Yadda saxlayın ki, bütün masaj hərəkətləri yüngül və incə toxunmalarla yerinə yetirilməlidir. Dərinin güclü şəkildə sürtülməsi və dartılması yalnız mənfi nəticələrə səbəb ola bilər.

Gimnastik və öz-özünü masaj hərəkətlərinə başlamazdan qabaq üz dərisini yaxşı təmizləmək lazımdır. Dəri çox qurudursa və hərəkətlərin yerinə yetirilməsi diskomfort yaradırsa, gimnastik hərəkətdən qabaq təmizlənmiş üzə az miqdarda krem və ya bitki yağı sürtmək olar. Hərəkətlər kompleksi başa çatdıqdan sonra dəri təkrar olaraq təmizlənməli və üzərinə qidalandırıcı krem və ya maska çəkilməlidir. Hərəkətlər kompleksi mütləq iri güzgü önündə dik oturmuş vəziyyətində yerinə yetirilməlidir.

Üz üçün gimnastik hərəkətlər və masaj kompleksi

Alın dərisinin hamarlanması
1. Bir əlinizin ovucunu yastısına olmaqla alnınıza qoyun. Alnınıza bir qədər təzyiq edin. 10-15 dəfə kifayət qədər sürətli tempdə olmaqla qaşlarınızı qaldırın və salın. Bir necə saniyə müddətinə alnınızı sərbəstləşdirin. Sonra hərəkətləri yenə 2-ci dəfə təkrar edin.

2. Hər iki əlinizin şəhadət, orta və adsız barmaqlarını kip şəkildə alının orta hissəsinə sıxın. 3-ə qədər sayaraq barmaqlarınızı yüngülcə alnınıza sıxaraq gicgahlara tərəf dartın. Bu hərəkətləri 5 dəfə etdikdən sonra 10 saniyə dincəlin, sonra bir daha təkrar edin.

Sadalanan bu məşğələlərdən savayı, alın nahiyəsindəki qırışları hamarlamaq üçün alına sarğı da etmək olar. Yaxşı olardı ki, bu sarğı rezinlənmiş (elastik) materialdan hazırlansın. Sarğının altından dəriyə qidalandırıcı krem sürtülməsi məsləhət görülür. Bu sarğını ev işləri görərkən, bütün gün ərzində saxlamaq olar.

Göz əzələlərinin möhkəmləndirilməsi
1. Divarda sizin baxışınız səviyyəsində olmaqla bir nöqtəni qeyd edin. Gözlərinizi "bərəldərək” həmin nöqtəyə baxın. Gözləri o dərəcəyə qədər açmaq lazımdır ki, gözün ağ qişası görünmüş olsun. Bu məşğələni düzgün olaraq yerinə yetirsəniz, siz gözlərinizin gərginləşməsini hiss etməklə yanaşı, gicgahlarınızın da işləməsini hiss edəcəqsiniz. Sonra gözlərinizə sərbəstlik verin və yenə də gərginləşdirin. Bu hərəkətləri 10 dəfə etdikdən sonra 10 saniyə dincəlin, sonra bir daha təkrar edin. Bu məşğələni yerinə yetirərkən qaşları qaldırmaq və alını yığmaq olmaz.

2. Bu məşğələni yerinə yetirdikdən sonra, qözün daxili kənarından başlayaraq şəkildə göstərdiyi istiqamətdə orta barmağınızla 1 dəqiqə ərzində yüngül sıxma hərəkətləri, sonra isə şəhadət və orta barmaqlarınızla 1 dəqiqə ərzində yüngül döymə hərəkətləri edin.

3. 1 dəqiqə ərzində gözlərin uclarında olan sahədə şəhadət və orta barmaqlarla yüngül döyəcləmə hərəkətləri edin.

Ağız və çənə nahiyələrinin möhkəmləndirilməsi və dodaq bucaqlarının qaldırılması
1. Hər iki əlinizin orta və adsız barmaqlarını çənə nahiyəsinin mərkəzindəki batıq sahayə qoyun. 3 saniyə ərzində bu yerdə saxladığınız barmaqlarınızla, getdikcə bir qədər artırmaqla, təzyiq edin. Sonra etdiyiniz təzyiqi saxlamaqla, barmaqlarınızla hər iki tərəfdən dodaq bucaqlarını dolanıb keçərək onları yuxarı dodaq üzərindəki mərkəzi batıq hissədə birləşdirin. Barmaqlarınızla 3 saniyə ərzində bu nöqtəni sıxın və sonra barmaqlarınızı birdən qaldıraraq təkrarən çənə nahiyəsinin mərkəzindəki batıq sahəyə qoyun. Bu hərəkəti 10-15 dəfə təkrar edin.

2. Bu məşğələni yerinə yetirdikdən sonra üst dodağın burunaltı nahiyəsinə şəhadət və orta barmaqlarınızla 1-2 dəqiqə ərzində döymə hərəkətləri edin.

Burun-dodaq qırışlarının hamarlanması
1. Burun-dodaq qırışlarının yaranması əksər hallarda, üst və alt çənə dişlərini bir-birinə sıxmaq kimi "zərərli” vərdiş nəticəsində əmələ gəlir. Dişlərin bir-birinə sıxılması üzün gözəlliyinə qarşı olan ən zərərli vərdişlərdən biridir. Üst və alt çənə dişləri hər zaman bir-birindən aralı qalmalıdır. Bu zaman onlar arasındakı məsafə ən azı 2-3 mm olmalıdır. Burun-dodaq qırışlarının hamarlanması üçün aşağıdakı məşğələdən istifadə olunur.

Ağzınızı azca açın. Dodaqlar sərbəst vəziyyətdədir. Əllərinizin səhadət, orta və adsız barmaqlarını, dodaqlarınıza perpendikulyar şəkildə olmaqla, burunun yan tərəflərinə qoyun (şəkildə nöqtələrlə göstərilib). Tələsmədən və çox güc tətbiq etmədən, barmaq yastıqçaları ilə bu nahiyədəki dəriyə 10 dəfə təzyiq edin. 10 saniyə dincələndən sonra bu hərəkətləri 2-3 dəfə yenidən təkrar edin. Sonra barmaqlarınızı dodaqlarınıza paralel şəkildə olmaqla, burunun yan tərəflərinə qoyaraq eyni hərəkətləri bir daha təkrar edin. Məşğələ üzrə bu hərəkətləri yerinə yetirərkən heç bir halda dərini dartmayın!

2. Ağzınızı mümkün qədər geniş açıb 1 dəqiqə ərzində A, O, U, I, İ səsləri tələffüz edin.

Üz dairəsinin düzəldilməsi
1. Müəyyən edilmişdir ki, kişilərin üz dairəsi qadınlara nisbətən daha gec yaşlarda aşağı enir. Bunun səbəbi kişilərin tez-tez üzlərini qırxmasından irəli gəlir. Kişilər üzlərini qırxarkən, özləri də fikirləşmədən, yanaqlarının aşağı tərəfə sürüşməsinin qarşısını alırlar. Əlbəttə ki, biz qadınlara heç də üzlərini qırxmağı təklif etmirik. Bu məşğələ üçün qapağı üstündə olan birdəfəlik ülgüc götürün. Masaj xətləri üzrə hərəkət etdirməklə, yanaqları qaldıraraq və çənəni hamarlayaraq, kişilərin hərəkətlərini təkrar edin. Bu məşğələ hərəkətləri 3-5 dəqiqə ərzində davam etdirilir.

2. Bir əlinizin ovucunu barmaqlar qulaq tərəfə istiqamətləndirilməklə çənəaltı nahiyəyə qoyun. Bu zaman nəinki çənə sümüyünü, həm də bilavasitə çənənin altında olan əzələləri də əhatə etmək vacib hesab edilir. Azca təzyiq etməklə ovucunuzu qulaq girəcəyinin qabağında olan üçbucaq şəklində çıxıntıya tərəf qaldırın. Sonra digər əlinizlə eyni hərəkəti üzünüzün digər tərəfində yerinə yetirin. Bu hərəkətləri 10-15 dəfə təkrar edin. Çox qısa fasilələr verməklə bu məşğələni tam şəkildə 2-3 dəfə yerinə yetirin.


Şərhlər:
Baxılıb: 749
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz