Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Rəngsiz xına - üz dərisini qüsursuz edən əla vasitə
Rəngsiz xına - üz dərisini qüsursuz edən əla vasitə
Göndərən: emis
Şərhlər:
Baxılıb: 1622
Səs ver:
Hamı bilir ki, xına saçları sağlam və möhkəm edir.

Lakin xına tək saçlar üçün deyil, üz dərisi üçün də çox xeyirlidir - dərini civzələrdən, sızanaqlardan əla təmizləyir, hamar, yumşaq edir, məsamələri kiçildir, dərinin rəngini yaxşılaşdırır, kiçik qırışları açır. Üz maskaları üçün yalnız rəngsiz xına istifadə olunmalıdır!

Rəngsiz xına ilə maskalar əsasən yağlı, problemli (üzərində sızanaqlar və civzələr olan) dəri üçün istifadə olunur. Xına dərini qurudur və bu səbəbdən quru dəri üçün istifadə etdikdə xınanı yarıbayarı su və zeytun və ya badam, itburnu, ərik yağı ilə qarışdırmaq lazımdır.

Üz dərisini təmizləyən maskalar:

- Xına isti qaynanmış suda həll olunur, yaxşı qarışdırılır (sıyıq kimi alınmalıdır), soyudulur və təmiz üz dərisinə çəkilir. 15 dəqiqədən sonra maskanı sərin su ilə yuyun.

- 2 xörək qaşığı kefir bir qədər qızdırılır, 1 xörək qaşığı xına ilə həmcins kütlə alınana kimi qarışdırılır və təmiz üz dərisinə çəkilir. 15 dəqiqədən sonra maskanı yuyun.

- Maska-pilinq (dərini ölü hüceyrələrdən, çirkdən təmizləyir, rəngini yaxşılaşdırır).

1-2 xörək qaşığı rəngsiz xına isti suda həll olunur, yaxşı qarışdırılır və ilıq halda üz dərisinə çəkilir. Maska tam quruyandan sonra (20-30 dəqiqə çəkir) üzünüzü bir qədər isladın və barmaqların ucları ilə dərinizi 1-2 dəqiqə ərzində yaxşı təmizləyin (skrab kimi). Daha sonra üzünüzü ilıq su ilə yuyun və krem çəkin. Bu maskadan sonra dəri təmiz, yumşaq və hamar olur.


Şərhlər:
Baxılıb: 1622
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz