Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kseroz (dərinin patoloji quruluğu)
Kseroz (dərinin patoloji quruluğu)
Göndərən: emis
Şərhlər:
Baxılıb: 601
Səs ver:
Dərinin patoloji quruluğu tibdə "kseroz" adlandırılır. Kseroz zamanı dəri çox quru, nahamar, kobud olur, qabıq verir, dartılır, qaşınır, qızarır, səpir.

Bəzən qaşınma o dərəcədə qüclü olur ki, insan gecə yata bilmir. Kserozun fonunda dəridə çatlar və xoralar əmələ gələ bilər.

Bir çox insanlar belə hesab edir ki, quru dəri dərinin bir növüdür. Lakin kseroz (həddən artıq quru dəri) patologiyadır və bu patologiyanı müalicə etmək lazımdır. Əks halda kseroz müxtəlif ağırlaşmalara və dərinin tez qocalmasına səbəb olacaq.

Dərinin normal yağlılığını, elastikliyini və nəmliyini təmin edən xüsusi mürəkkəb sistem var. Bu sistem dərini qurulamaqdan qoruyur, dərinin üzərinə düşən ziyanlı mikrobların çoxalmasına mane olur, dərinin normal turşu-qələvi balansını qoruyur. Bu sistemdə olan pozulmalar dərinin həddən artıq quruluğuna səbəb olur.

Dərinin həddən artıq quruluğunun səbəbləri müxtəlifdir:

- xarici təsirlər (düzgün olmayan qulluq, istinin və ya soyuğun təsiri, "zaqar", kondisioner və ya istilik sistemlərinin təsiri və s.).

- irsiyyət

- allergiyalar (kimyəvi vasitələrə, soyuğa və s. qarşı)

- dəri xəstəlikləri (psoriaz, seboreya, ekzema, ixtioz)

- avitaminozlar (xüsusilə A, E, B1, C vitaminlərinin, sink, maqnezium kimi mineralların, Omeqa 3 polidoymamış yağlı turşuların çatışmazlığı)

- endokrin xəstəliklər (qalxanvari vəzi xəstəlikləri, şəkərli diabet)

- həzm sistemi xəstəlikləri

- mübadilə proseslərin pozulmaları

- bəzi nevroloji xəstəliklər (nevrozlar və s.)

- bəzi dərman preparatların uzun müddət ərzində qəbulu (sidikqovucu, işlətmə dərmanları)

- yaş. Yaşlı insanların orqanizmində baş verən fizioloji dəyişikliklər, o cümlədən, dərinin həddən artıq qurumasına səbəb olur.

Həkimlərin müşahidələrinə görə, kserozun ən yayılmış səbəbi düzgün olmayan qidalanma və mayenin az qəbuludur.

Kserozun ilk simptomlarında mütləq dermatoloqa müraciət etmək lazımdır. Əgər müayinədə zamanı dermatoloq sizdə dəri xəstəliyinin simptomlarını aşkar etməzsə, həkim sizi digər mütəxəssislərin (terapevt, allerqoloq, endokrinoloq və s.) müayinələrinə göndərə bilər.

Deyirlər ki, insanın gözləri onun qəlbinin aynasıdır. Dəri isə insanın sağlamlığının aynasıdır. İnsanın orqanizmində baş verən istənilən pozulmalar bu və ya digər formada  dərinin vəziyyətinə təsir edir. Bu səbəbdən ilk növbədə daxili problemlər axtarılmalı və aradan qaldırılmalıdır.

Kserozu olan insan pis vərdişlərdən (spirtli içkilər, siqaret çəkmək) imtina etməli, yaxşı qidalanmalı, kifayət qədə maye qəbul etməlidir. Dəriyə düzgün qulluq da çox vacibdir - dərini düzgün təmizləmək, nəmləndirmək lazımdır. Həkim xüsusi nəmləndirici və yumşaldıcı vasitələr, fizioterapevtik prosedurlar (mezoterapiya, ozonoterapiya və s.) təyin edə bilər.


Şərhlər:
Baxılıb: 601
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz