Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Üz dərisini ağardan maska
Üz dərisini ağardan maska
Göndərən: emis
Şərhlər:
Baxılıb: 2433
Səs ver:
Yay mövsümü bitər-bitməz xanımlar ağardıcı maskaların istifadəsinə üstünlük verirlər. Dəri ağartmaq üçün bir çox dəri ağardıcı kremlər, dəri ağardıcı maskalar və dəri ağardıcı losyonlar var. Satışda olan belə dəri məhsulların keyfiyyət göstəricisi nə qədər yüksək olduğuna əmin deyilik, bu səbəbdən sizə tərkibi bizə bəlli olan məhsullardan maskalar təqdim edirik. Əziz xanımlar, sizə üzdəki piqment ləkələrini aradan qaldıran ağardıcı maska reseptləri təqdim edirik:

1. Bir çay qaşığı sarıkök, 1 çay qaşığı yağlı süd (qaymaq da olar) və 1 çay qaşığı balı qarışdırıb üzünüzə çəkin, 20-30 dəqiqədən sonra ilıq su ilə yuyun. Bu maskanı bir gündən bir etməyiniz məsləhətdir.

Qeyd: Maskanı üzünüzə çəkərkən əlcək geyinməyi unutmayın, əks təqdirdə dırnaqlarınızda­ sarıkökün ləkəsi qala bilər.

2. Bir xörək qaşığı limon suyu, 10 damcı 5%-li perekis məhlulu, 1 çay qaşığı süd və az miqdarda şampun əlavə edib qarışdıraraq üzə çəkilir, 10 dəqiqədən sonra üzdən təmizlənir.

Qeyd: Maska son dərəcə effektli olmasına baxmayaraq, həssas dərili xanımlara tövsiyə olunmur. Bu maska salon prosedurlarına aiddir.

3. Bir çay qaşığı cəfərinin suyuna bir qədər xama və 1-2 damcı limon suyu əlavə edinvə qarışdırıb üzünüzə çəkin. 20 dəqiqədən sonra təmizləyin.

Digər bir tövsiyyə edə biləcəyimiz ağardıcı maskamız gündəlik həyatda mətbəxtdə istifadə ediyimiz bəzilərinin hətta salatlarda çox istifadə etdiyi cəfəri göyərtisidir. Üz ağardılmasında istifadə olunur. Bu maskalar solğun və qırışıq dəri üçün də istifadə olunur. Cəfəri dərini vitaminlərlə zənginləşdirir, üzü ağardır və təravətləndirir.

4. Maskanın hazırlanması üçün 1 xörək qaşığı cəfəri şirəsi ilə 1 xörək qaşığı xamanı mikserlə qarışdırın. Alınan qarışığı üzünüzə çəkin və 15-20 dəqiqə ərzində saxlayın. Tələb olunan vaxt keçdikdən sonra, üzünüzü sərin su ilə yuyun.

5. Növbəti maskanın hazırlanması üçün 25 qram xırda doğranmış cəfərini 200 ml. qaynar suda dəmləyin. Bundan sonra yüngül hərəkətlərlə cəfəri ilə su qarışığını dərinizə

6. Bir qabın içinə qabıqlarını soyduğunuz bir ədəd pomidoru ikiyə doğrayın və blendr ilə yaxşıca püre halına gətirin. Üzərinə pasta halına gətirəcək qədər un tökün və qarışdırıb, tünd pasta halına gətirin. Bu qarışığı dodaqlarınız və göz ətrafınız xaricində bütün üzünüzə sürtün və quruyana qədər gözləyin. Ardından ilıq su ilə yuyun. Bu maskanı həftədə 3 – 4 gün gündə bir dəfə tətbiq edin. Zamanla həm dəri rənginizin açıldığını, dəri rənginizin ağardığını həm də üzünüzdə olan sızanaqların keçdiyini görəcəksiniz.

7. Bir fincan suyu qaynadın və içinə 2 xörək qaşığı çobanyastığı çayı tökün və qarışdırıb 5 dəqiqə daha qaynadıb ocaqdan götürün və süzün. Süzdüyünüz suyun içinə 1 xörək qaşığı bal ilə bir xörək qaşığı gül suyu əlavə edin və qarışdırın. Bu maskanı ağzı bağlı bir şüşə qabın içinə qoyub, hər gün bir dəfə içindən istifadə edəcəyiniz qədər alıb dodaqlarınız və göz ətrafınız xaricində bütün üzünüzə sürtün və 10 dəqiqə sonra ilıq su ilə yuyun. Bu maska dəri rəngini açmaq üçün, dərisi ağartmaq üçün çox faydalıdır.

8. Bir qabın içinə 2 xörək qaşığı paxla unu, 1 ədəd yumurtanın ağını, 2 çay qaşığı lavanta yağını tökün və qarışdırın. Bu maskanı yenə dodaqlarınızdan və göz ətrafınızdan uzaq tutaraq bütün üzünüzə sürtün. 10 dəqiqə bu dəri ağardıcı maskanı üzünüzdə gözlədin və ardından ilıq su ilə yuyun. Bu maska dərinin rəngini açarkən eyni zamanda üzünüzdəki sızanaqlar, qara nöqtələri məhv etmək üçün də olduqca təsirli bir üsuldur.

9. Bir stəkan suyu qaynadın və içinə bir yemək qaşığı cökə atıb 10 dəqiqə dəmlədin. Dəmlənən cökəni süzün və içinə bir çay qaşığı limon suyu və bir çay qaşığı alma suyu əlavə edin və qarışdırın. Bu qarışığı hər gün üzünüzə sürtün və qurumağa buraxın.Bir müddət sonra dəri rənginizin ağardığını və dərinizin daha canlı daha parlaq göründüyünü ferq ede bilersizin


Şərhlər:
Baxılıb: 2433
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz