Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Boyun və sinə nahiyələri üçün maskalar
Boyun və sinə nahiyələri üçün maskalar
Göndərən: emis
Şərhlər: 7
Baxılıb: 1045
Səs ver:
Dərinin möhkəmləndirilməsi və qidalandırılması üçün kremlər, toniklər və s. savayı, mağazadan alınan və ya ev şəraitində hazırlanan müxtəlif maskalardan da istifadə etmək olar.

Onların dəriyə müxtəlif xeyirli təsirləri vardır: dərinin qocalması prosesini ləngitməyə, qırışlardan qurtulmağa, ona möhkəmlik və elastiklik verilməsinə və s. kömək edir. Bu məqsədlə maskalardan həftədə 2 dəfədən az olmayaraq istifadə edilməsi tövsiyə olunur.

- 1 yumurta sarısını 1 çay qaşığı bal, 1/2 portağal şirəsi ilə qarışdıraraq boynunuza sürtüb quruyana qədər saxlayın. Sonra ilıq su ilə yuyun və krem sürtün (bütün maskalardan sonra boynunuza qidalandırıcı krem sürtün).

- 2 xörək qaşığı yağlı kəsmiyi 1/2 limonun şirəsi və 1 çay qaşığı zeytun yağı ilə qarışdırın. Bu tərkibi nazik pambıq parça üzərinə sürtərək boynunuza dolayın və 10-15 dəqiqə saxlayın.

- Boyun dəriniz xeyli bürüşmüşsə həftə ərzində 1-2 dəfə olmaqla, kartof püresi, yumurta sarısı, 1 çay qaşığı bal və 1 çay qaşığı bitki yağından hazırlanmış maskanı kompres şəklində boynunuza qoyun və 20 dəqiqə saxlayın.

- Suda bişirilmiş kartofun qabığını soyub əzərək,1 çay qaşığı zeytun yağı və qliserinlə (apteklərdə satılır) qarışdıraraq tənzif üzərinə çəkin, boynunuza dolayın və qalın parça ilə örtüb 15-20 dəqiqə saxlayın.

- Xırda-xırda doğranmış xiyarı parça üzərinə düzün və boynunuza dolayın. 20 dəqiqə uzandıqdan sonra onun qalıqlarını yuyun.

- 2 qaşıq mətbəx duzunu 1,5 stəkan qaynadılmış ilıq suda həll edin. Tənzif parçasını bu məhlulla isladaraq sıxdıqdan sonra boynunuza qoyun. 10 dəqiqədən sonra onu xaric edin. Bu proseduranı 1 həftə ərzində hər gün etsəniz, boynunuzda olan kiçik qırışlar praktiki olaraq görünməz olar.

- Boyun dərisində yeni qırışların əmələ gəlməsinin qarşısını alan və mövcud olan qırışları isə hamarlaşdıran vasitələrdən biri də yumurta ağından istifadə edilməsidir. Boyun və sinə dərisini kosmetik vasitələr ilə təmizlədikdən sonra, yumurta ağını çalmadan enli fırça ilə dərinizə sürtün və 10 dəqiqə gözləyin.

- 4 xörək qaşığı xırda-xırda doğranmış cəfərinin üzərinə 4 xörək qaşığı isti süd əlavə edib soyudun. Salfeti alınmış qarışıqda isladaraq 15 dəqiqə ərzində boyun sahəsində saxlayın. Sonra maskanı çıxarıb (boyunun yuyulması tələb olunmur) dərinin öz-özünə qurumasına imkan verin.

- Solğun dəri üçün çobanyastığının süddə hazırlanan dəmləməsindən də istifadə etmək olar: bir ovuc çobanyastığı çiçəyinin üzərinə 1 stəkan süd əlavə edərək, qaynara düşənə qədər qızdırın və soyudun. Qalın parçanı ilıq şəkildə olan dəmləmədə isladaraq boynunuza dolayın. Üzərini əvvəlcə polietilen, sonra isə xovlu dəsmalla örtün. 15 dəqiqə keçdikdən sonra kompresi çıxarın, boyunu dəsmal ilə qurudun (su ilə yumaq lazım deyil) və istənilən krem sürtün.

Bürüşmüş dəri üçün kontrast kompreslər yaxşı effekt verir. Həftədə 2 dəfə olmaqla, bir-birinin ardınca gah isti, gah da soyuq kompres edin. 2 dəsmal isladın: biri isti şəkildə olan ot dəmləməsində (rozmarin, adaçayı, cokə ağacı çiçəyi, yarpız), digəri isə soyuq suda (limon şirəsi əlavə etməklə də olar). İsti ot dəmləməsində isladılan dəsmalı boynunuzda 2-3 dəqiqə, soyuq suda isladılan dəsmalı isə 1-2 dəqiqə saxlayın. Bu qaydada olmaqla kompresləri bir neçə dəfə dəyişdirin. Həm 1-ci dəfə, həm də sonuncu dəfə qoyulan kompres soyuq olmalıdır. Qalxanvari vəzinin xəstəliklərində belə kompresləri etmək olmaz.

Buxaq ilə mübarizədə vaxtaşırı olaraq, evdə olarkən, bu sahəyə 30-60 dəqiqə müddətinə eni 2 sm olan və orta hissəsi limon şirəsi əlavə edilmiş suda isladılan kətan parçadan sarğı qoymaq olar. Sarğını çıxardıqdan sonra boyunun dərisinə qidalandırıcı krem sürtmək lazımdır. Bu sarğını 1 ay müddətində, günaşırı olaraq, gecə vaxtı qoymaq da məsləhət görülür.


Şərhlər: 7
Baxılıb: 1045
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Maskaların faydalı olacağını düşünürəm, amma erkən yaşdan maskalar etməyə başlamaq olmaz.

...666...
5 avqust 2015 19:41
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
lili)
men arada mayayla masqa edirem coxda raziyam heleki qirisim yoxdu tesekkurler
5 avqust 2015 18:06
# 6
ALESSANDRA
ehtiyacim yoxdu bu masqalara
ehtiyaci olanlarcun çox faydali maskadi
tsklar..
5 avqust 2015 17:56
# 5
Don't trust anyone ∆
Dosta_inam
Faydali masqalardi, ancaq heleki ehtiyacim yoxdur, gelecekde lazimli olar, tesekkur.
5 avqust 2015 17:43
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
guler19
Şükür maskalara ehtiyacim yoxdu.Faydalı masqalardı ama. Bildiyimə göre derini yeniləyir belə masqalar boyun nayihəsində olan dar mesafeleri aradan qaldirir. Tşklər xəbər üçün emişim
5 avqust 2015 15:32
# 3
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
vipbetul
Ehtıyac duymuram
5 avqust 2015 15:07
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
30 yasdan yuxari olan xanimlarda boyun ve sine nahiyyesinde qirislar baslayir. Effektiv usullardi.
5 avqust 2015 14:31
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz