Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əl və ayaqlara qulluq
Əl və ayaqlara qulluq
Göndərən: Nazlı_qız
Şərhlər:
Baxılıb: 736
Səs ver:
Gözəl bir gün yaşamaq üçün özünə qulluq mütləqdir. Gün ərzində ən çox əziyyət çəkən bölgələrimiz əllərimiz olur. Əllər quru olduqda və ya çatladıqda çox böyük narahatlıqlar verir. Eləcə də ayaqlar yorğun olduqda insanın gəzməyə belə halı olmur. Elə isə aşağıda yazılanlardan mütləq istifadə edin. Bunların elə ilk dəfə istifadəsindən sonra faydalarını görəcəksiniz.

Sakitləşdirici vanna
2 litr qaynar su
5 ədəd dəfnə yarpağı
1 ç/q lavanda yağı
1 ç/q melissa yağı

Əvvəlcə suyu qaynadın və sonra dəfnə yarpaqlarını qaynar suya əlavə edin. Bir neçə dəqiqədən sonra isə yagları əlavə edib  qarışdırın. Əvvəlcə əllərinizi bu suda saxlayın, sonra isə istəsəniz ayaqlarınızı da bu suya qoya bilərsiniz. Əl və ayağınızı vanna etdikdən sonra masaj edərək vazelin vurun. Bu, ayaqların və əllərin yorğunluğunu aparacaq və onları qidalandıraraq yumşaq edəcək.

Ev üsulu pilinq
1 x/q zeytun yağı
1 x/q süd
1 ç/q  şəkər tozu
1  ç/q duz
1 ç/q limon suyu

Bunları qarışdıraraq əlinizə və ayaqlarınıza çəkin. 5-10 dəqiqədən sonra isə ilıq su ilə yuyun. Bunu nəinki ayaq və əllərinizə, üzünüzə də çəkə bilərsiniz. Tərkibindəki duz və şəkər tozu üzdəki qara nöqtələrin öhdəsindən gəlməyə kömək olacaq. Şəkər tozu əl və ayaqlarınızın dərisinə parlaqlıq bəxş edəcək, zeytun yağı isə dərinizi nəmləndirəcəkdir. Limon suyunun cildinizin yağ nisbətini balanslaşdırmaqda böyük faydası olacaq. Amma quru dərisi olan xanımlar limon suyundan istifadə etməsə yaxşıdır.

Əl və ayaq üçün maska
1 x/q yulaf unu
1  ç/q  qatıq
1  ç/q  badam yağı
1 ç/q bal
1 ç/q limon suyu
Bunları qarışdıraraq əl və ayaqlarınıza çəkin. 10-15 dəqiqədən sonra isə ilıq su ilə yuyun. Elə ilk istifadədən dərinizin yumşaldığını hiss edəcəksiniz.  Bu maska əl və ayaqdakı ölü dəriləri uzaqlaşdırar və əlinizdəki qəhvə rəngli ləkələr varsa onları təmizləyər. Bundan əlavə, bu maskanın gəncləşdirici xüsusiyyəti də var.

Əl kremi
1  x/q vazelin
1  x/q qliserin
1  ç/q limon yağı
1  ç/q buğda yağı

Bunları qarışdırarq əlinizə krem kimi çəkin. Kremin tərkibindəki limon dırnaqların öz təbii rənginin qoruyub saxlanmasında və ya geri qaytarılmasında çox faydalıdır. Ona görə də bu kremi dırnaqlarınız boyasız olduqda vurun. Kremi gün ərzində istənilən qədər vura bilərsiniz. Amma sistemli şəkildə istifadə etmək istəyirsinizsə, o zaman gündə iki dəfə vurun. Axşam yatanda isə mütləq əlinizə bu kremdən çəkin. Bu kremi eləcə də diz, dirsək və ayaqlarınız üçün də istifadə edə bilərsiniz. Dərinizi yumşaldacaq və əvvəlki halına qovuşmaqda sizə çox böyük köməklik edəcəkdir.


Şərhlər:
Baxılıb: 736
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz