Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Parafinoterapiya
Parafinoterapiya
Göndərən: Nazlı_qız
Şərhlər:
Baxılıb: 542
Səs ver:
Dərinin quruluğu, onun qabıqlanması, qıcıqlanması kimi problemlər hər bir qadına tanışdır. Bütün bu problemlərə aşağıda izah edəcəyimiz parafinoterapiya kömək edir.

Kosmetik parafinin tərkibinə çirkdən tam təmizlənmiş, müxtəlif faydalı maddələrlə zənginləşdirilmiş mum kimi maddələr daxildir. Kosmetik parafin digər maddələrlə kimyəvi reaksiyaya girmir və tərkibində sintetik əlavələr yoxdur. Parafinin tərkibindəki maddələr dəqiq bəzi kosmetik problemləri yox edir.

Parafinoterapiya necə təsir edir?

Parafinoterapiya su balansını tənzimləyir və dərinin quruluğunu aradan qaldırır.

Parafin belə tətbiq edilir: isidilmiş parafin dərinin problemli hissəsinə sürtülür. Dərinin isinməsi sayəsində açılmış məsamələrdən tər axır və zərərli maddələr də tər vasitəsi ilə dəridən kənarlaşdırılır. Həmçinin istinin təsiri ilə dərinin üst qabarlı qatı soyulur və dəri yumşaq olur. Daha sonra parafin soyuyaraq bərkiyir və dərinin səthində su keçirməyən qat yaradır. Xüsusilə parafinoterapiyada olan nəmlənmə buxarlanmır, əksinə dərinin səthi soyuduqda və məsamələr kiçildikdə dəri tərəfindən sorulur. Parafinin qalığı dəriyə nüfuz etmir, çünki onun ölçüsü qısa vaxt ərzində daralmış məsafələr tərəfindən sorulmağa imkan vermir. Nəticədə dəri müqayisə olunacaq dərəcədə təmizlənir, ancaq nəmliyini itirmir. Bununla yanaşı, dəri parafinin tərkibindəki faydalı maddələrlə qidalanır.

Onu da qeyd etmək lazımdır ki, dərinin isinməsi ilə parafinoterapiya qanın mikrodövretməsini tənzimləyir. Bunun hesabına dərinin cavanlaşması sürətlənir. Eyni zamanda, dərini qidalandırıcı maddələrlə və oksigenlə təmin edir.

Dərinin təmizləyici xüsusiyyəti ilə parafinoterapiya hətta dəridəki spazmalar, əzələ ağrılarını yox edir. Təkcə qan dövranını yaxşılaşdırmır, həm də limfa (insan və heyvan bədəninin bütün toxuma yarıqlarında axan və toxumalara qida maddələri daşıyan sarımtıl şəffaf maye) dövriyyəsini tənzimləyir.  Bu da öz növbəsində, hüceyrələrin dağılmasına səbəb olan məhsulları - süd turşusu və duzu nizamlayır.

Parafinin limfanın hərəkətinə təsiri sellulitə qarşı mübarizə aparmağa icazə verir. Beləliklə, toxumalardan hərəkətsiz limfanı uzaqlaşdırır. Parafinoterapiya həm də sıxıcı, daraldıcı təsirə də malikdir.

Ümumiyyətlə, parafini bədənin istənilən bölgəsinə tətbiq etmək olar, ancaq ən çox əl və ayaq, qarın və budlar üçün istifadə edilir. Gözəllik salonlarında üzünüzə parafin maskası tətbiq etdirə bilərsiniz. Düzdür parafinoterapiyanın da bəzi əks təsirləri var: ürək və damar xəstəliyi, damarların genişlənməsi, irinli dəri iltihabı, şəkərli diabet, açıq yaraların olması.

Əgər siz bu xəstəliklərdən əziyyət çəkmirsinizsə, rahat şəkildə gözəllik salonuna gedə bilərsiniz və ya ev şəraitində parafinoterapiyanı evdə təcrübədən keçirə bilərsiniz. Evdə istifadə üçün ən yaxşısı xüsusi parafin vannası almaqdır, bu əllərə effektli parafin tətbiqinə imkan verir.

Ev şəraitində parafinoterapiya

Əllərə istifadə üçün təxminən iki kiloqram kosmetik parafin lazımdır. İsidilmiş parafini əllərinizə vurmazdan əvvəl əllərinizi yaxşı-yaxşı yumalısınız.  Soyulma (pilinq) həyata keçirilməli və əllərə qidalandırıcı krem vurulmalıdır. Sonra parafini müəyyən vəziyyətdə isitməli və əlləri biləyə kimi parafinə batırmaq lazımdır. 10-15 dəqiqədən sonra əllərinizi parafindən çıxarın və yenidən salın. Bunu 6-7 dəfə təkrar edin, sonra əllərinizi sellofana və cod dəsmala (tüklü əlcək də ola bilər) bükün.

Əllərinizi 20 dəqiqə bu vəziyyətdə saxlayın, daha sonra parafini biləklərinizdən başlamaq üzrə əllərinizdən çıxardın. Əllərinizin dərisini yaxşıca yuyun, qidalandırıcı krem çəkin, istəsəniz masaj da edə bilərsiniz.


Şərhlər:
Baxılıb: 542
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz