Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tərləməyin qarşısını alan ən yaxşı antiperspirantlar
Tərləməyin qarşısını alan ən yaxşı antiperspirantlar
Göndərən: Fialka
Şərhlər: 15
Baxılıb: 1844
Səs ver:
Yay mövsümündə ən çox üzləşdiyimiz problem tərləməkdir. Qoltuqaltının tərləməsinin və tərin səbəb olduğu pis qoxunun qarşısını antiperspirantlarla almaq olar. Ancaq hər antiperspirant eyni effekti vermir. Siz tərləməyin qarşısını alan bu vasitələrə güvənərək yola çıxa və sonra xəyal qırıqlığına uğraya bilərsiniz.

Öncədən qeyd edək ki, dünyanın ən yaxşı dermatoloqlarının sınağından keçmiş bu məhsullar tərin və qoxunun qarşısını alan digər vasitələrdən fərqlənirlər. Çünki bunlar sağlamlığa zərər vermir. Tərkiblərində zərərli kimyəvi maddələr yoxdur.

"Nuxe”, "Nuxuriance Tonific Deodorant Roll-On”
Spirt və alüminium ehtiva etmir. Paltara ləkə salmır. Allergiyaya meyilli, həssas dərililər üçün də uyğundur. Tərkibində "Paraben” və "fenoksietanol” kimi zərərli maddələr yoxdur. Çox xoş qoxusu var.

"Darphin”, "Comfort Softness Roll-On”
Gün boyu tərin səbəb olduğu pis qoxunu aradan qaldırır. İpək kimi zərif teksturası var. Tərkibində spirt olmadığı üçün dərini qurutmur, həssas dəriyə sahib olanlar da rahatlıqla istifadə edə bilərlər.

"Vichy”, "Stress Resist Deo Roll-On”
Həddən artıq stressli vəziyyətlə üzləşsəniz, 40 dərəcə istidə piyada yeriməli olsanız belə bu antiperspirant düz 72 saat sizi tərdən müdafiə edəcək. Onun sirri dərinin hava almasına şərait yaratmasıdır. Tərkibində təri və nəmi əmən güclü minerallar ehtiva edir.
Tərkibində spirt və paraben yoxdur.

"Loccitane”, "Aromachologie Purifying Deodorant”
Tərkibi uçucu yağlarla zəngin olan bu məhsul sizi uzun müddət müdafiə edəcək. Dəriyə təravət bəxş edən antiperspirant xüsusilə, yay mövsümü üçün uyğundur.


"Clarins”, "Roll-on Deodorant Multi-Soin”
Bu antiperspirantın tərkibində bakteriyaları məhv edən xüsusi təbii maddə var. Ona görə də, tər qoxusunu tamamilə aradan qaldırır. 

"Lancome”, "Bocage Deo Bille”
Tərkibində spirt yoxdur. Tər qoxusundan güclü müdafiə edir. Həssas dəri, hətta epilyasiyadan sonra qızarmış dəri üçün belə problem yaratmır. Rahatlıqla istifadə etmək olar.

"Clinique”, "Anti-Perspirant Deo Roll-On”
Dermatoloji testlərdən keçən bu məhsulda spirt yoxdur. Tərdən 100 faiz müdafiə edir.

"Juvena”, "Body Daily Performance Cream Deodorant”
Qoxusuzdur, ona görə də, antiperspirantlaırn qoxusunu xoşlamayanlar üçün uyğundur. Dəri tərəfindən dərhal əmilir, paltara ləkə salmır.

"Bioderma”,  "Sensibio Deo Antiperspirant Roll-On”
24 saat təsirlidir. Tərkibində spirt və alüminium  yoxdur. Adətən, apteklərdə satılır.

"Florame”, "Mist Deodorant”
Təbii yağlarla zənginləşdirilib. Tərləməyin qarşısını almır. Çünki şirkət tərdən müdafiə edən məhsulların hamısının tərkibində kimyəvi maddələr olduğunu iddia edir. Ona görə də öz məhsullarına belə maddələr vurmayıblar. Bu məhsul sadəcə tər qoxusunun qarşısını alır. Lavanda qoxusu ilə insanı valeh edir.


Şərhlər: 15
Baxılıb: 1844
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
Terleyen deyilem o qederde, ancaq istifade edirem, bunlardan istifade etmedim.
12 iyul 2015 06:23
# 15
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Catwoman666
bunlarin hec birinden istifade etmemisem, faydali sheylere oxsuyurlar
12 iyul 2015 05:23
# 14
"All men must die, but we are not men"

Daenerys Targaryen
xeyalperest
Burdakilarin hec birinden istifade etmirem
11 iyul 2015 18:35
# 13
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
aliceWOnDer
Men hemise istifade etmisem, bunlari oyrendiyim yaxsi oldu..
11 iyul 2015 18:14
# 12
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
teri meri
məndə istifadə edirəm ama evdə yox
11 iyul 2015 16:33
# 11
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
vipbetul
kremlerden yaxsi dezedrantlardi
11 iyul 2015 16:11
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Aydan Habili
Bioderma.
11 iyul 2015 15:25
# 9
KRALİCEM
Men nivea isdedirem lapda ya sidid
11 iyul 2015 14:58
# 8
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
Ayselina
Terleme problemim o qeder de yoxdur..ama gundelik istifade etdiyim antipisperat var..bunlardan istifade etmeyi sevirem cunki gec quruyur..dezodoratlar daha yaxsidir
11 iyul 2015 13:59
# 7
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
Sirine
terlemirem deye istifade elemirem)
11 iyul 2015 13:55
# 6
....
yaz_yamuru
Lazimli xeberdi twk
11 iyul 2015 13:18
# 5
Nur k-off
Tərləyirəm amma aşiri dərəcədə çox şükür yox
11 iyul 2015 12:31
# 4
SVETA
Brilliantam
Xanimlar hec bir antipisperantlardan istifade etmeyin,terkiblerindeki zererli maddeler qoltuqaltinda sisler yaradir.
11 iyul 2015 12:28
# 3
BIR GUN OLMEK UCUN,HER GUN YASAYIRIQ.
Ayten666
Bu bir reklamdir??
11 iyul 2015 11:55
# 2
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
BARBI
Terleme problemim yoxdur. Umumiyetle cox terlemek ozu de bir xsetelikdir
11 iyul 2015 11:43
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz