Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Üz dərisinin təbii yollarla ağardılması
Üz dərisinin təbii yollarla ağardılması
Göndərən: emis
Şərhlər: 17
Baxılıb: 2826
Səs ver:
Dərinin rəngini "açmaq", piqment ləkələri və çilləri daha görünməz etmək üçün bir çox təbii vasitələr var.

Lazım olan effekt almaq üçün bu vasitələri uzun müddət ərzində istifadə etmək lazımdır.

- Süd və süd məhsulları çox gözəl ağardıcı vasitələrdir. Ən sadə üsul - gündə bir neçə dəfə üzünüzü süddə və ya qatıqda isladılmış steril pambıq disklə silin.
Belə maska da hazırlamaq olar - 2 xörək qaşığı kəsmik, 1 dənə yumurta sarısı, 1 çay qaşığı limon şirəsi qarışdırılır və təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maskanı sərin su ilə yuyun.

- Limon da çox yaxşı ağardır. Limondan belə bir təbii losyon hazırlamaq olar - 1 limon xırda doğranılır, üzərinə 1 stəkan isti su əlavə olunur və 3-4 saat ərzində saxlanılır. Daha sonra bu suda pambıq disk isladıb gün ərzində bir neçə dəfə üzünüzü silin.
Çox effektli ağardıcı maska - 1 dənə yumurtanın ağı, 1 çay qaşığı limon şirəsi, bir qədər su yaxşı qarışdırılır və təmiz üz dərisinə nazik qatla çəkilir. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun və qidalandırıcı krem çəkin.

Nəzərinizə çatdıraq ki, limon dərini qurudur. Bu səbəbdən dərisi quru olan qadınlar üz üçün limon şirəsi ilə maska hazırladıqda mütləq qaymaq və ya yağlı xama əlavə etməlidir.

- Cəfəri çox yaxşı təbii ağardıcı vasitədir. Cəfəridən çox effektli təbii losyon hazırlamaq olar. 1 dəstə cəfəri yaxşı təmizlənir, yuyulur və xırda doğranılır. Üzərinə 1 stəkan qaynar su əlavə olunur və 2 saat ərzində dəmlənilir (termosda dəmləmək daha yaxşıdır). Daha sonra dəmləməni süzün və gün ərzində üzünüzü tez-tez bu dəmləmədə isladılmış disklə silin.
Bu dəmləmədən həmçinin kosmetik buz hazırlamaq olar. Dəmləməni buz üçün olan konteynerə tökün və buzxanaya qoyun. Hər gün bu buzla üz dərisini silin. Ağardıcı effektdən əlavə, belə kosmetik buz üz dərisini cavanlaşdırır, daha dartılmış və elastik edir. Yağlı dəri üçün bu vasitə uyğun gəlmir.

- Xiyar da dərini ağardır. Xiyarın şirəsini çəkin, bu şirədə pambıq parça isladın və üzünüzdə 20 dəqiqə ərzində saxlayın.

Xiyarın dilimini blenderdə əzin, 1/2 çay qaşığı limon şirəsi, 2 xörək qaşığı kəsmik əlavə edib qarışdırın və üz dərisinə çəkin. 20 dəqiqədən sonra maskanı sərin su ilə yuyun.

- Mavi gil dərini ağardır və daha təravətli edir. Gili su ilə qarışdırın (sıyıq kimi alınmalıdır), 1 çay qaşığı limon şirəsi əlavə edin və yaxşı qarışdırın. Təmiz üz dərisinə çəkin və 20 dəqiqədən sonra sərin su ilə yuyun.

- Çiyələk dərini çox yaxşı ağardır. Meyvəni kəsin və üz dərisinə sürtün. 20 dəqiqədən sonra üzünüzü yuyun.
Çiyələk, limon allergik reaksiyalara səbəb ola bilər. Bu səbəbdən onları əvvəl dərinin kiçik hissəsinə çəkin və reaksiya baxın. 


Şərhlər: 17
Baxılıb: 2826
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Leyla11
Tesekkurler cox faydali meslehetlerdi 22
22 iyul 2015 19:57
# 17
aziz a
Lazimli maskalardi.
26 iyun 2015 22:22
# 16
Qelbim doludu !!!!
aLoNe AnGeL
faydali melumatdi 22
26 iyun 2015 22:04
# 15
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
eıiyeva gülmaye
Faydali idi çox sağolun
26 iyun 2015 09:11
# 14
yaz_yamuru
Tesekkurler cox faydali meslehetlerdi
25 iyun 2015 20:09
# 13
Catwoman666
uz derimin agardilmasini istemirem. cunki esmer tenliyem
25 iyun 2015 18:42
# 12
"All men must die, but we are not men"

Daenerys Targaryen
qanadli melek
Yayda agardici maskalar edirem en cox terkibinde qatiq olanlardan istifade edirem
25 iyun 2015 18:42
# 11
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
lili)
mende mavi gilli masqa var cox gozel effekti olur bir masqa deyim odaki eladi adice droju 2 xorek qasiqi gotururuk azca suyla qarisdirib uzumuze cekirik quruduqca dartinir yene cekirik tam quruyandan sonra soyuq suyla yuyuruq hem liftinq effekti verir hemde aqardir
25 iyun 2015 17:07
# 10
Tomris Müslümova
MƏn limonnan istifadə edirəm olduqca effetklidir)) ağardır üzü
25 iyun 2015 17:01
# 9
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
vipbetul
uzumde prablem yoxdu
25 iyun 2015 16:57
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Teşekkürler faydalı masqalardır,07.ela.
25 iyun 2015 15:35
# 7
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Happy
Ceferiden anam istifade ederdi. Buzu uzune surterdi. Faydali meslehetler uchun chox sagol :)
25 iyun 2015 15:03
# 6
Leylican
Cox faydali xeberdir amma men bele seylere ehtiyac duymuram
25 iyun 2015 14:35
# 5
SEBR....
aliceWOnDer
Ag oldugum ucun, etiyac dumuram..
25 iyun 2015 14:27
# 4
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
BARBI
Qatiqda cox faydalidir . Uz derisini agardir ve teravetlendirir
25 iyun 2015 13:51
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
teri meri
təşəkkürlər faydalı xəbərdi
25 iyun 2015 13:44
# 2
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
yarpaq33
Elaa maskalardi twk 07
25 iyun 2015 13:44
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz