Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məsamələri daraldan təbii üsullar
Məsamələri daraldan təbii üsullar
Göndərən: Fialka
Şərhlər: 21
Baxılıb: 2403
Səs ver:
İri məsamələr ən çox rast gəlinən dəri qüsurlarından biridir. Daha çox qarışıq və yağlı üz tipinə sahib olan insanlarda müşahidə edilir.

Məsamələrin geniş olması sızanaq və qara nöqtələrin meydana gəlməsinə şərait yaradır. Çünki çirk və bakteriyalar məsamələrə daxil olaraq onu qara nöqtə və ya sızanağa çevirir.
Ona görə də məsamələri daraltdıqda avtomatik olaraq sızanaq və qara nöqtələrdən də xilas olacaqsınız.
Unutmayın ki, yaş da məsamələrin genişlənməsinə təsir edir.
Yaş artdıqca dəri elastikliyini itirir və məsamələr daha pis bir görüntüyə sahib olur.
Genetika, stress və dəriyə doğru qulluq etməmək də məsamələrin genişlənməsinə səbəb olur.
Bazarda bu problemlə mübarizə aparan çoxlu sayda kosmetik məhsul olsa da, bu problemdən bir dəfəlik xilas olmaq mümkün deyil.
 Bu üsulları əvvəllər həftədə 2 dəfə, daha sonra ayda 4 dəfə tətbiq edərək məsamələri nəzarət altına ala bilərsiniz.

Buz
Buz dərini möhkəmləndirir. Ona görə də geniş məsamələri kiçiltmək və daraltmaq üçün ən sadə, eyni zamanda da təsirli vasitədir.
Makiyaj edərkən tonal krem, ənlik, pudra kimi məhsullar məsamələrə dolur. Bunun qarşını almaq üçün makiyajdan öncə üzünüzü buzla masaj edin. Bir dəqiqəlik masajdan sonra 5 dəqiqə gözləyib makiyaja başlaya bilərsiniz.
Buz qan dövranını sürətləndirir və bu da sağlam dəri üçün vacibdir.
Buza alternativ olaraq gündə bir dəfə üzünüzü buz kimi soyuq suyla yuya bilərsiniz.
Qeyd edək ki, buzun faydasını artırmaq üçün, xiyar və alma suyunu, yaşıl çayı və ya gül suyunu buz qabında dondurub, üzünüzü həmin buzla masaja edə bilərsiniz.

Şəkər tozu maskası
2 xörək qaşığı şəkər tozu, 1 xörək qaşığı zeytun yağı və bir neçə damcı limon suyunu qarışdırın.
Qarışığı üzünüzə çəkib 20-30 saniyə masaj edin. Daha sonra soyuq su ilə üzünüzü yuyun.
Bunu həftədə 2-3 dəfə təkrarlaya bilərsiniz.
Bal, limon suyu və şəkər tozunu qarışdıraraq əldə edəcəyiniz maska da eyni effekti verə bilər. Bu maskanı isə üzdə 10 dəqiqə saxlamaq lazımdır. Həftədə 1 dəfə çəkmək olar.

Gil
Dərini təmizləmək və yağ nisbətini tənzimləmək üçün ən yaxşı vasitə gildir. Gildən ta qədim zamanlardan bəri həm gözəllik, həm də sağlamlıq üçün geniş şəkildə istifadə edilib.
Gil məsamələri daraldır, eyni zamanda sızanaq izlərini və ləkələri yox edir.
Günəşin dəriyə verdiyi zərəri aradan qaldırır, dərini bərpa edir.
İki xörək qaşığı gili bir miqdar gül suyu ilə qarışdırıb xəmir halına salın.
Maskanı üzünüzə çəkib quruyana kimi, təxminən 15-20 dəqiqə gözləyin.
Əvvəlcə üzünüzü ovuşduraraq maskanı təmizləyin, daha sonra isə soyuq suyla yuyun.
Həftədə bir və ya iki dəfə bu maskadan istifadə edin.

Qatıq
Qatıq məsamələri daraldan ən təsirli vasitələrdən biridir.
Dərini yağ, çirk və ölü dəridən təmizləyir. Tərkibindəki turşular qırışları açır, mimika xətlərini azaldır.
Qatığı üzünüzə nazik bir təbəqə halında çəkib 10 dəqiqə saxlayıb yumaq lazımdır.
Bir ay müddətində həftədə üç-dörd dəfə təkrarlayın.

Yumurta ağı
Yumurta ağı da genişlənmiş məsamələrin düşmənidir.
Yumurtanın sarısını ayırıb, ağını üzünüzün hər yerinə çəkin. Quruduqdan sonra üzünüzü yuyun.
Daha sonra nəmləndirici kreminizi çəkin. Bu proseduranı mütəmadi olaraq həftədə 2 dəfə təkrarlayın.
Bundan başqa aşağıdakı maskanı da sınaqdan keçirə bilərsiniz:
2 yumurtanın ağı ilə yarım limonun suyunu qarışdırın. Üzünüzə çəkib 10 dəqiqə gözlədikdən sonra soyuq su ilə təmizləyin.
Bu maskanı da bir ay müddətində həftədə bir neçə dəfə çəkmək lazımdır.

Yulaf
Yulaf genişləmiş məsamələri daraldan və dəridəki artıq yağı, ölü dəri hüceyrələrini yox edən möcüzələrdən biridir.
Yulafın bir üstünlüyü var ki, o həssas dəriyə sahib olanlara da kömək edir.
Bal, süd tozu və yulaf əzməsini qarışdırıb xəmir halına salın.
Bu maskanı üzünüzə çəkib dairəvi hərəkətlərlə masaj edin.
15 dəqiqə sonra üzünüzü soyuq suyla yuyun.
Həftədə bir dəfə tətbiq etmək olar.

Xiyar
Xiyar dərini möhkəmləndirir, ona görə də məsamələrin kiçilməsinə kömək edir.
Həmçinin, dərinin toxumalarını sağlamlaşdıraraq daha təravətli dəriyə qovuşdurur. Xiyarı rəndələyin və ya şirəçəkəndən keçirin. Xiyarın suyunu pambığa damızdırıb üzünüzü silin. Su üzünüzdə quruduqca proseduranı 3-4 dəfə təkrarlayın.
15-20 dəqiqə sonra üzünüzü soyuq su ilə yuyun.
Xiyar suyuna bir az gül suyu, bir az limon suyu əlavə edib üzə çəkdikdə daha təsirli olur.
Bu tonikləri hər gün çəkə bilərsiniz.

Alma sirkəsi
Alma sirkəsi dəri sağlamlığı üçün vacib komponentlərə malikdir
Dərini möhkəmləndirir, tonusunu artırır, məsamələri daraldır və dərinin ph tarazlığını qoruyur.
Alma sirkəsi sizi sızanaqlardan da xilas edəcək.
1 xörək qaşığı alma sirkəsini 1 xörək qaşığı suyla qarışdırıb pambıq vasitəsilə üzünüzə çəkin.
1 dəqiqə saxladıqdan sonra üzünüzü yuyun. Yaxşıca qurulandıqdan sonra nəmləndirici kreminizi çəkin.
Ən yaxşı nəticəni əldə etmək üçün hər gecə proseduranı təkrarlayın.


Şərhlər: 21
Baxılıb: 2403
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fidan ALYEVA
Buz ve qatiq en sadesi sinayacam
10 fevral 2016 11:24
# 21
.O.F.S.
dilefruz
yazilanlarin hamisini sinaqdan kecirmisem faydasinida gormusem
2 avqust 2015 17:13
# 20
Sevgi insani yasadan en xosbext duygudur
Catwoman666
bu maskalarin her biir efekketldiir mence. cunki faydalari haqqinda cox oxumusam
29 iyun 2015 22:24
# 19
"All men must die, but we are not men"

Daenerys Targaryen
Niquw Abdulayeva
Qatiqla limonu istifade etmisem cix yaxsi maskadi
29 iyun 2015 01:11
# 18
Fialka
Sitat: Mrs. Perfect
Bunlarin 3-4nu eyni vaxtda etmek olar??

Eyni vaxtda yəni dalba dal deyirsizsə xeyr etmək olmaz bu cür edə bilərsiz ikisini sizə hansı uyğundursa səhər- axşam etmək olar. Ancaq həftənin günlərinədə bölərək istifadə edə bilərsiz əsasən gün ərzində axşam saat 7 - 9 arası maskalardan istifadə etmək daha uyğundur dəri üçün)
redaktə edənə təşəkkür.
28 iyun 2015 21:31
# 17
aliceWOnDer
Etiyac yoxdu, amma faydali xeberdi...
28 iyun 2015 20:12
# 16
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
tek umidim sen
Ehtiyacim yoxdu heleki bele maskalara...
28 iyun 2015 19:31
# 15
Kadın derin ama adam yüzme bilmiyor...
NERGIZ LOVE
Mutleq edecem coxaunu menim ehtiyacim var.
28 iyun 2015 19:30
# 14
SENI EBEDI QELBIME YAZDIM///
Mrs. Perfect
Bunlarin 3-4nu eyni vaxtda etmek olar??
28 iyun 2015 19:20
# 13
Men Isteyiremse Olmalidir, Olacaq. Belke Cetin Olacaq Ama Olacaq . . !
vipbetul
heleki bu gur maskalardan isdifade etmirem

heleki bu gur maskalardan isdifade etmirem
28 iyun 2015 18:06
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
gulka azeri
yumurta qatiq ve buzu etmisem derini cox gozel edir,digerlerini de sinamaq lazimdi
28 iyun 2015 16:59
# 11
yasemin
Asan və faydalı məsləhətlərdir.. Bəziləri haqqında məlumatım var idi.. Tşklər
28 iyun 2015 15:30
# 10
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
Dosta_inam
Çox asan ve faydalı meslehetdir,teşekkür.
28 iyun 2015 15:21
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
ulduz
gildən almışam hələdə qalıb qutusunda istifadə edəm gərək ...
28 iyun 2015 15:17
# 8
Leylican
qatiq,yumurta agi ve yulaf maskasini bilirdim
digerlerini yox faydali xeberdir
28 iyun 2015 15:17
# 7
SEBR....
Tomris Müslümova
Sızanaqların məsamə genişliyindın yarana biləcəyini bilmirdim,buz,qatıq,yulaf və xiyardan istifadə edirəm ama bu qədər faydalı olacağını bilmirdim təşəkkürlər)
28 iyun 2015 15:09
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
yarpaq33
Hamisi xeyirli ve tebii maskalardi twk
28 iyun 2015 14:53
# 5
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
eıiyeva gülmaye
Maraqlidi tsk
28 iyun 2015 14:45
# 4
BARBI
Yalniz xiyardan istifade etmisem deriye cox faydalidir
28 iyun 2015 14:40
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
MODABAZ
Bunlarr bilirdimm tsk
28 iyun 2015 14:06
# 2
Heyata daim gulmek lazimdii
cinqosh
Buzu hər dəfə oxuyuram.ama tənbəllik edib etmirəm .hamısı faydalı məsləhətlərdi. Təşəkkür.
28 iyun 2015 13:51
# 1
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz