Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Göz ətrafına günəşdən qoruyucu krem çəkmək niyə vacibdir?
Göz ətrafına günəşdən qoruyucu krem çəkmək niyə vacibdir?
Göndərən: Fialka
Şərhlər: 6
Baxılıb: 621
Səs ver:
Demək olar ki, hər kəs, xüsusən də, yay aylarında günəşdən qoruyucu kremlərdən istifadənin vacib olduğunu bilir.

Ancaq bir çox insan bədəninə və üzünə günəş kremi çəksə də, göz ətrafına çəkməyi unudur.

Mütəxəssislər bunun çox təhlükəli olduğunu bildirirlər.

Nəzərə alsaq ki, göz ətrafındakı dəri, üz dərisindən 10 dəfə daha həssasdır, deməli, bu bölgədə dəri xərçənginin yaranması ehtimalı da daha böyükdür.

Odur ki, unutmayın, göz ətrafındakı dəri gözünüzə kiçik görünə bilər, ancaq bu, həmin bölgəyə qulluq etməməyə əsas vermir. Çünki mütəxəssislər müşahidələrinə əsaslanaraq, dəri xərçənginin ən çox bu bölgədə yarandığını vurğulayırlar.

Unutmayın ki, hər günəşdən qoruma faktorlu kremi göz ətrafına çəkmək olmaz.

Krem alarkən onun tərkibinə nəzər yetirin. Kremin tərkibi barədə məlumat, əsasən, qutuda və ya qablaşdırmanın arxasında yazılır.

Göz ətrafı üçün seçəcəyiniz günəş kreminin tərkibində mütləq sink və titanyum dioksit olmalıdır. Krem ən az 30 qoruma faktorlu olmalıdır.

"Oksibezon” və "avobenzon” ehtiva edən kremləri almağınız məsləhət deyil.  Bu şərtlərə uyğun olduğu halda üzünüzə çəkdiyiniz günəşdən qoruyucu kremi göz ətrafında da istifadə edə bilərsiniz. Ancaq ən yaxşısı bu bölgə üçün xüsusi olaraq hazırlanmış kremlərə müraciət etməkdir.

Göz ətrafı dəriylə yanaşı, gözlərinizi də qorumaq istəyirsinizsə, günəş eynəyinə arxalanmayın.

Günəşin mənfi şüalarından göz makiyajıyla müdafiə olunmağınız daha ağıllı seçim ola bilər.

Göz içinə çəkilən qara qələm və göz ətrafına çəkilən sürmə ilk dəfə Misirdə, məhz gözləri günəşdən qorumaq məqsədilə istifadə olunub.

Odur ki, siz də bu sınanmış vasitədən istifadə edə bilərsiniz.

Qara rəngli qələm və ya sürmə gözlərinizi günəşdən qoruyacaq.

Ancaq bütün bu tədbirlərə baxmayaraq, günəşli havada evdən şapka və eynəksiz çıxmayın.


Şərhlər: 6
Baxılıb: 621
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Əsasən də yay aylarında dərini günəşin zərərli şüalarından qorumaq üçün krem çəkmək lazımdır.

...666...
21 iyul 2015 18:32
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
gunesden vabse derini qorumaq lazimdir
21 iyul 2015 16:32
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
xeyalperest
Men istifade etmirembozde sadece anam istifade edir
21 iyul 2015 12:40
# 4
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Dosta_inam
Dogrusu mende bilmirdim, esas goz etrafi imis, tesekkur.
21 iyul 2015 12:04
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
emis
En qorxdugum seylerden biridi uz derisinin pis hala dusmeyi esasi goz ertafi imis deri xercengi yarana bilermis men bilmirdim, agla gelmeyecek yerdi ki goz etrafina ne olasidi mende hec vaxt istifade etmemisem gunes qoruycu kremden havada cox olmuram deye cole cox cixmirem deye ehtiyac bilmirem bunlari. melumat ucun tesekkur.
21 iyul 2015 11:35
# 2
BARBI
Yayda hec gunes qoruyucu kremlerden istifade etmirem. Zennince bu kremler mutleq istifade edilmelidir. Cunki gunes deride bir sira lekeler ce hasarlar qoya biler
21 iyul 2015 11:31
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz