Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Göz ətrafına güneş kremi çəkməyin faydaları
Göz ətrafına güneş kremi çəkməyin faydaları
Göndərən: Sabrina
Şərhlər: 10
Baxılıb: 670
Səs ver:
Demək olar ki, hər kəs, xüsusən də, yay aylarında günəşdən qoruyucu kremlərdən istifadənin vacib olduğunu bilir.
Ancaq bir çox insan bədəninə və üzünə günəş kremi çəksə də, göz ətrafına çəkməyi unudur.Nəzərə alsaq ki, göz ətrafındakı dəri, üz dərisindən 10 dəfə daha həssasdır, deməli, bu bölgədə dəri xərçənginin yaranması ehtimalı da daha böyükdür. Odur ki, unutmayın, göz ətrafındakı dəri gözünüzə kiçik görünə bilər, ancaq bu, həmin bölgəyə qulluq etməməyə əsas vermir. Çünki mütəxəssislər müşahidələrinə əsaslanaraq, dəri xərçənginin ən çox bu bölgədə yarandığını vurğulayırlar. Unutmayın ki, hər günəşdən qoruma faktorlu kremi göz ətrafına çəkmək olmaz. Krem alarkən onun tərkibinə nəzər yetirin. Kremin tərkibi barədə məlumat, əsasən, qutuda və ya qablaşdırmanın arxasında yazılır. Göz ətrafı üçün seçəcəyiniz günəş kreminin tərkibində mütləq sink və titanyum dioksit olmalıdır. Krem ən az 30 qoruma faktorlu olmalıdır. "Oksibezon" və "avobenzon" ehtiva edən kremləri almağınız məsləhət deyil. Bu şərtlərə uyğun olduğu halda üzünüzə çəkdiyiniz günəşdən qoruyucu kremi göz ətrafında da istifadə edə bilərsiniz. Ancaq ən yaxşısı bu bölgə üçün xüsusi olaraq hazırlanmış kremlərə müraciət etməkdir. Göz ətrafı dəriylə yanaşı, gözlərinizi də qorumaq istəyirsinizsə, günəş eynəyinə arxalanmayın. Günəşin mənfi şüalarından göz makiyajıyla müdafiə olunmağınız daha ağıllı seçim ola bilər. Göz içinə çəkilən qara qələm və göz ətrafına çəkilən sürmə ilk dəfə Misirdə, məhz gözləri günəşdən qorumaq məqsədilə istifadə olunub. Odur ki, siz də bu sınanmış vasitədən istifadə edə bilərsiniz. Qara rəngli qələm və ya sürmə gözlərinizi günəşdən qoruyacaq. Ancaq bütün bu tədbirlərə baxmayaraq, günəşli havada evdən şapka və eynəksiz çıxmayın.


Şərhlər: 10
Baxılıb: 670
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ALESSANDRA
tşk çox maraqlı xeberiydi
20 iyun 2015 20:31
# 10
Don't trust anyone ∆
vipbetul
maraqli oldu
20 iyun 2015 15:47
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
tek umidim sen
Mence eynek hamisinnan yaxsidi...
20 iyun 2015 15:41
# 8
Kadın derin ama adam yüzme bilmiyor...
Catwoman666
yayda mutleq derini gunes sualarindan qorumaq lazimdir
20 iyun 2015 15:37
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
...AdaDunyam``
bu istilerde hec vaxt eynek ve ya sapkasiz cole cixmiram
20 iyun 2015 15:15
# 6
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
BARBI
Ilk defedir esitdim bu vasitelerin gunesden qorudugunu. Men de qelemnnen istifade edirem hem de eyneksiz hec vaxt cixmiram
20 iyun 2015 15:02
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
qanadli melek
Surme ve qelemin gozu gunewden qorudugunu bilmirdim hec birinen istifade etmirem
20 iyun 2015 14:47
# 4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
yarpaq33
Surmenin goze xeyri oldugunu bilirdim twk
20 iyun 2015 14:16
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Tomris Müslümova
men acki taxiram deye hec o yadima dusmur) ama elemek lazimdi
20 iyun 2015 13:03
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Faydalı məlumatlardı , günəşdən qoruyucu kremdən istifadə edirəm ancaq çox yox digərləri də maraqlı oldu çünki sürmə və qələmin gözü günəşdən qoruduğunu bilmirdim təşəkkür.
20 iyun 2015 12:58
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz