Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qatığın kosmetologiyada istifadəsi
Qatığın kosmetologiyada istifadəsi
Göndərən: Bestoş
Şərhlər: 27
Baxılıb: 6175
Səs ver:
Qatıq üz və saçlar üçün olan müxtəlif kosmetik maskalarda uğurla istifadə olunur.

Qatıq üz dərisini daha yumşaq, hamar və elastik edir, kiçik qırışları hamarlayır, üz dərisini ağardır, yüngül piling effekti verir. Yazda dərimiz çox quru, yorğun olur, qabıq verir. Təqdim etdiyimiz maskalar üz dərisinə gözəllik və cavanlıq bəxş edəcək.

Qatıqla olan üz maskaları (ev qatığından istifadə etmək daha yaxşıdır):

- 2 xörək qaşığı qatıq, 1 çay qaşığı limon şirəsi, 1 çay qaşığı küncüt yağı, 1 xörək qaşığı yulaf yarması (əvvəlcədən üyüdmək lazımdır) qarışdırılır və təmiz üz dərisinə qalın qatla çəkilir. 15 dəqiqədən sonra üzünüzü ilıq su ilə yuyub istənilən qidalandırıcı krem çəkin.

- 2 xörək qaşığı qatıq, 1/2 çay qaşığı badam yağı, 1/2 çay qaşığı ərik yağı, 1 çay qaşığı qarğıdalı nişastası yaxşı qarışdırılır və təmiz üz dərisinə çəkilir. Maskanı 20 dəqiqə ərzində saxlayın və sonra ilıq su ilə yuyub istənilən qidalandırıcı krem çəkin.

- 3 xörək qaşığı qatıq, 1 çay qaşığı bal qarışdırın və təmiz üz dərisinə çəkin. 20 dəqiqədən sonra ilıq su ilə yuyun.

- 2 xörək qaşığı qatıq, 1 ədəd yumurta sarısı, 5 damcı A vitamini (apteklərdə satılır)  yaxşı qarışdırılır və təmiz üz dərisinə çəkilir. 15 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun.

Qatıqla olan saç maskaları

Qatıq həmçinin saçların vəziyyətinə çox müsbət təsir edir. Daim istifadə etdikdə (həftədə 1-2 dəfə) belə maskalar saçları yumşaq, parlaq və canlı edir, saçların rəngini "açır".

- Ən sadə maska - qatıq saçlara çəkilir, plyonka və üzərindən dəsmalla örtülür, 2 saatdan sonra yaxşı yuyulur.

- 1/2 stəkan qatıq, 1 xörək qaşığı gənəgərçək yağı, 1 ədəd yuymurta yaxşı qarışdırılır (bütün inqrediyentlər ilıq olmalıdır) və saçlara çəkilir. Saçlar plyonka, üzərindən dəsmalla örtülür və 2 saatdan sonra şampunla yaxşı yuyulur.

- 1 stəkan qatıqda 1 çay qaşığı maya həll olunur və isti yerə qoyulur. 1/2 saatdan sonra maskanı saçlarınıza çəkin, plyonka və dəsmalla örtün və 2 saatdan sonra yuyun.

- 5 xörək qaşığı qatıq, 1 xörək qaşığı zeytun, 1 xörək qaşığı ayıpəncəsi yağı, 1 xörək qaşığı limon şirəsi, 2 xörək qaşığı istənilən balzam qarışdırılır, saçlara çəkilir, plyonka və dəsmalla örtülür və 2 saatdan sonra yaxşı yuyulur.


Şərhlər: 27
Baxılıb: 6175
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Lazim deyil.tesekkurler
2 avqust 2016 15:29
# 27
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
bir.g
Qatiqdan istifade etmisem. Faydasini gormemisem elede
12 fevral 2016 21:43
# 26
Rakella
Istifade ederem Insallah vaxt olsa cox sag olun
25 aprel 2015 10:54
# 25
Impossible is not a word,it's just a reason for someone not to try
Dosta_inam
qatiğin masqalari çox faydali olur ister saçda ister üzde,men etmişem gözel netice verir.
25 aprel 2015 10:08
# 24
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
nurka90
Eladiki bu xeber
25 aprel 2015 09:13
# 23
cinqosh
- 2 xörək qaşığı qatıq, 1 ədəd yumurta sarısı, 5 damcı A vitamini (apteklərdə satılır) yaxşı qarışdırılır və təmiz üz dərisinə çəkilir. 15 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun.
Çooooox faydalı maskadı. xəbərə görə çox sağ ol.
24 aprel 2015 15:15
# 22
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Lucia
Faydalı olduğunu bilirəm,amma istifadə etməmişəm.İstifadə edərəm.
24 aprel 2015 13:06
# 21
Həyatdan heç zaman bəmbəyaz bir səhifə gözləmə!
Çünki ikinci səhifə belə,birincinin izlərini daşıyır...!
Luna-90
Qatiq uzume allergiya verir elecede limon
24 aprel 2015 08:44
# 20
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
emis
Yayda qaralmamaq üçün istifadə etmişəm faydası olub qatig dərini ağardir və yanmağa imkan vermir qatigin sağlamlığa xeyri olduğu qədər də üzə də xeyri var. Bacardığım qədər çox istifadə etməyə çalışacam təşəkkürlər.
23 aprel 2015 23:36
# 19
Konul ALiyeva
cox xeyirli maskalardir twkler
23 aprel 2015 23:34
# 18
Meleknur
xeyirli oldugunu bilirdim evveller etmiwem tewekkurler
23 aprel 2015 22:47
# 17
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
talis balasi
Men qatiqi yemeklerde isdifade edirem uzume isdifade etmirem cunki men evde qatiq hazirliyiram ev qatiqlarida cox yaqli olur o menim uz derime dusmur sizanaq olur ancaq yaqliqi az olan qatiq istifade etmeliyem
23 aprel 2015 22:44
# 16
Zeynep_Fatih
Tewekkurler
23 aprel 2015 22:38
# 15
Catwoman666
Qatigin deriye ve saca olan faydalarini bilirdim. Cooox xeyirlidir ve qatiqdan hazirlanan maskalar effekti olur
23 aprel 2015 22:06
# 14
"All men must die, but we are not men"

Daenerys Targaryen
23 aprel 2015 22:00
# 13
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Tomris Müslümova
qatiq suyu saclari cox tez uzadir hemde ipek kimi edirem.ama acza pis qoxusu olur...evde olan gunleri edin xeyirini goressiz
23 aprel 2015 21:45
# 12
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
aytil
sagolun ederem
23 aprel 2015 21:35
# 11
benimki geliyor o da biliyor kalbimi yerden yere vuruyor sarkicicornetto keyfi yolunda aski sonundaicecream
WiRiN BaLaM
atdim seclmislere edecem
23 aprel 2015 21:13
# 10
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Nur k-off
Mende istifade etmiwem qatiqdan olan maskalardan cox yaxwidir
23 aprel 2015 20:56
# 9
SVETA
Rusi
xeyirli oldugunu bilirem maskalar elememiwem
23 aprel 2015 20:47
# 8
lelos
qatiqin faydalari coxdu evvel istifade etmisem yenede edecem
23 aprel 2015 20:39
# 7
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
qanadli melek
Sacima qatiq cekmiwem yaxsi yumwaldir saci
23 aprel 2015 20:14
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
vipbetul
qatiq esasen gunde yanarken isdifade edilir yaxsi tesiri olur
23 aprel 2015 20:07
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aziz a
Menim istifade etdiyim maskalarda var qatiq, bunlardanda birini tetbiq edecem.
23 aprel 2015 19:29
# 4
Qelbim doludu !!!!
Nezka
Qatıq çox xeyirlidi
23 aprel 2015 19:21
# 3
İçimi görsən mənə aptek alarsan.
Fialka
Ev qatığından birdə onun qatılaşdırılmış forması süzmədən istifadə etmişəm ikinci daha effektlidir , saça qatığın vurulması xeyirli olsada onun qoxusu gec gedir odur ki, məsləhət deyil, qeyd olunan maskalarda faydalıdı mənə elə gəlir..
23 aprel 2015 19:15
# 2
BARBI
Qatig uze cox faydalidir bir necedefe istifade etmisem
23 aprel 2015 19:06
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz