Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kosmetik gilin istifadəsi
Kosmetik gilin istifadəsi
Göndərən: tek umidim sen
Şərhlər: 19
Baxılıb: 3628
Səs ver:
Gil qədim vaxtlardan bu günümüzə kimi qadınların gözəlliyini artıran vasitə kimi istifadə olunur.

Araşdırmalar nəticəsində məlum olub ki, gilin mineral tərkibi insanın dərisinin mineral tərkibinə çox yaxındır. Məhz bu səbəbdən gil dərimizə gözəllik və cavanlıq bəxş edir. İstənilən kosmetik gil dərini cavanlaşdırır, daha sağlam və gözəl edir.

Kosmetik gil ağ, mavi, yaşıl, qırmızı, sarı və hətta qara ola bilər.

Ağ gil (kaolin) yağlı problemli dərini çox effektli şəkildə təmizləyir, iltihabı azaldır, ağardır, qidalandırır və bərpa edir. Yağlı dəri üçün bu kimi maska hazırlamaq olar: 1 çay qaşığı ağ gil ilıq su ilə qarışdırılır (xama kimi alınmalıdır), üzərinə 3 damcı çay ağacı efir yağı əlavə olunur, bir daha yaxşı qarışdırılır və üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maska ilıq su ilə yuyulur.

Ağ gil dərinin qocalması ilə mübarizə aparır - dərini daha elastik, dartılmış edir, kiçik qırışları yox edir. Quru solğun dəri üçün bu kimi maskadan istifadə etmək olar: 1 çay qaşığı ağ gil 1 çay qaşığı yağlı xama və 1 ədəd yumurta sarısı ilə qarışdırılır və dəriyə çəkilir (maska çox qatı alındıqda bir qədər mineral su əlavə edin). 20 dəqiqədən sonra maskanı yuyun və dəriyə istənilən qidalandırıcı krem çəkin.

Ağ gil həmçinin bədən üçün də çox xeyirlidir. Müntəzəm istifadə olunduqda bu gil bədən dərisini cavanlaşdırır.

Mavi gil də yağlı problemli dərinin vəziyyətini yaxşılaşdırır. Həmçinin mavi gil sellülitin müalicəsində geniş istifadə olunur. Bunun üçün gili su ilə qarışdırıb problemli yerlərə çəkmək və plyonka ilə bürümək lazımdır. Daha sonra üstünüzü isti örtün və 1 saat uzanın, sonra duş qəbul edin. Gilə dəniz yosunları (apteklərdə satılır) əlavə etmək olar. Bu daha yaxşı effekt verəcək. Belə bürünmələri müntəzəm olaraq edən qadın, bir müddətdən sonra sellülitin və bədən həcminin azalmasını hiss edəcək. Dəri isə hamar və zərif olacaq.

Mavi gil həmçinin saçlar üçün də çox xeyirlidir - saçları daha möhkəm və canlı edir, yağlılığı azaldır.

Yaşıl gil daha çox yağlı dəriyə uyğun gəlir. Dərini çirkdən, ölü hüceyrələrdən yaxşı təmizləyir, məsamələri kiçildir, yağlı dəriyə xas olan xoşagəlməz parıltını azaldır.

Qırmızı gil müxtəlif səpgilərə, allergiyaya meyilli olan həssas dəriyə uyğun gəlir. Gil iltihabı azaldır, dərini "sakitləşdirir". Həmçinin qırmızı gil quru dəri üçün uyğun gəlir - dərinin qan dövranını yaxşılaşdırır, oksigenlə doydurur.

Sarı gil yağlı civzəli dəriyə çox yaxşı kömək edir - təmizləyir, bir qədər qurudur, artıq yağlılığı aradan qaldırır. Sarı gil sellülitlə mübarizədə kömək edir. Həmçinin sarı gili saç üçün maskalarda istifadə etmək olar - saçlar daha canlı və parlaq olacaq.

Qara gilin tərkibi çox zəngindir. Bu gil yağlı dərini təmizləyir, qidalandırır, iltihabları azaldır. Həmçinin qara gil antisellülit bürünmələrdə və bədən üçün maskalarda istifadə olunur.


Şərhlər: 19
Baxılıb: 3628
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Meleknur
istifade etmirem
19 aprel 2015 10:15
# 19
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Melek5
Istifade eden deyilem hele tezdi twkler
19 aprel 2015 09:02
# 18
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
Nezka
Heç istifadə etməmişəm
19 aprel 2015 00:59
# 17
İçimi görsən mənə aptek alarsan.
NERGIZ LOVE
Men mavi gilden istifade edirem superdi
18 aprel 2015 23:37
# 16
SENI EBEDI QELBIME YAZDIM///
vipbetul
gelegeyde berkem isdifade etdik
18 aprel 2015 22:15
# 15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
NeL
Istifade etmişem xeyrin görmüşem
18 aprel 2015 19:47
# 14
Qlamurr
Gildən istifadə etmişəm,1-2 dəfə,belə effektlidi....
18 aprel 2015 18:51
# 13
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
BARBI
Mende istifade etmemisem ama esitdiyim qederiyle deriye ve uze cox faydalidir
18 aprel 2015 14:52
# 12
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
cinqosh
bildiyim həyətdəki palçıq gildi.formalar düzəldib günəşdə qurudardıq. mavi, ağ, sarı gil görməmişəm. tşk.
18 aprel 2015 14:25
# 11
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Konul ALiyeva
gozel meslehetdir istifade edecem twkler
18 aprel 2015 13:58
# 10
Rakella
men de istifade edecem Insallah cox sag olun melumata gore
18 aprel 2015 13:39
# 9
Impossible is not a word,it's just a reason for someone not to try
Luna-90
Istifade edirem ancaq qalici effekt vermir gerek tez tez istifade edesen amma maskani yuyub nemlendirici krem cekende gorursen deri canlanib

Gil apteklerde satilir 0.60qep her rengi
18 aprel 2015 12:53
# 8
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Antikvar
Sitat: ulduz
gil rus dilinde nedi bilen var qizlar mende alim..yazda qollarima leke dusur


Gil rus dilində(глина для лиса üz üçün)(для волос isə saç üçündü)maqazinlərdə və yaxud apteklərdədə ala bilərsiz.

Heç istifadə etməmişəm daha doğrusu üzümə indiyə qədər maska dəyməyib)ehtiyac olmayıb.Amma olmasa belə qulluq etmək lazımdı.Mən sadəcə nəmləndirici kremlər ilə qulluq edirəm hələki)Maraqlı məlumat oldu.
18 aprel 2015 12:52
# 7
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
aliceWOnDer
Bu haqda məlumatım var idi
18 aprel 2015 12:05
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Fialka
Effektli olur gil maskaları, istifadə etmişəm ,ətraflı məlumat üçün təşəkkür.
18 aprel 2015 11:50
# 5
ulduz
gil rus dilinde nedi bilen var qizlar mende alim..yazda qollarima leke dusur
18 aprel 2015 11:49
# 4
Tomris Müslümova
mende Kutisanum adli bir maz var sekildeki qizin uzune vurulan maska rengdedi kopiya..3 man 50 qepiye almisam olduqca gozel seydi.lekeli derilere sizanaqlara qarsi ela vasitedi
18 aprel 2015 11:48
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Catwoman666
Kosmetik filin deriye azdan coxdan faydali oldugunu bilirdim. Lakin bu qeder deqiq bilmirdim sayenizde oyrendim)
18 aprel 2015 11:45
# 2
"All men must die, but we are not men"

Daenerys Targaryen
Nur k-off
bunlari bilirdim
18 aprel 2015 11:38
# 1
SVETA
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz