Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cəfəri suyunun dəriyə faydaları
Cəfəri suyunun dəriyə faydaları
Göndərən: emis
Şərhlər: 23
Baxılıb: 6021
Səs ver:
Cəfəri, dərinin bərpası və təzəliyi üçün çox faydalı bir bitkidir. Cəfəridə olan C vitamini, dəridə meydana gələn incə xətlərin, qırışların və izlərin azaldılmasında çox təsirlidir.
Dərinin kollagen istehsalını stimullaşdırmaq və bu sayədə hüceyrə yenilənməsi və təmirini dəstəkləmək üçün Cəfəridən istifadə etmək çox faydalıdır.
Cəfəri suyunun dəriyə faydaları olduqca çoxdur. Cəfəri suyunu həm içə bilərik, həm də səhərlər cəfəri suyunu dərimizə maska edərək, bu şəkildə 15 dəqiqə yumadan gözlədə bilərik.

Cəfəri Suyunun Dəriyə Faydaları Nələrdir?
Cəfəri suyunun tərkibinə, dərinin baxımı və təmir olması üçün lazım olan beta karoten və A vitamini daxildir. Dərinin elastikliyini artıraraq, dəridəki yaraların sağalma müddətini sürətləndirir.
Cəfəri suyu gözün altında yaranan bənövşəyi ləkələrin aradan qaldırılmasında olduqca təsirlidir. Gözün ətrafını işıqlandırmaq və gözün ətrafında yaranan şişkinliyi azaltmaq üçün istifadə edilə bilər. Yüksək miqdarda xlorofil və K vitamini ehtiva etməkdədir. Cəfəri suyunun içərisinə 1 yemək qaşığı qədər qatıq əlavə edərək yaxşıca qarışdırıb, hazırladığınız qarışığı göz ətrafına tətbiq edə bilərsiniz. Ya da pambıq toplarını cəfəri suyu ilə isladıb, həftədə 2 dəfə göz ətrafına tətbiq edə bilərsiniz.
Cəfəri suyu civzə, sızanaq, dəri infeksiyalarını müalicə və dərini dezinfeksiya edə bilməkdədir. Cəfəri suyunda antibakterial və anti-göbələk xüsusiyyətlər vardır. Cəfəri suyuna zeytun yağı və ya badam yağı əlavə edərək dərinizə tətbiq edin və 30 dəqiqə sonra su ilə yaxalayın. Dərinizdəki izlərin azaldığını və yaraların yaxşılaşdığını görəcəksiniz.
Cəfəri suyunda olan sink dəri yenilənməsini təmin edib dəridəki qızartıları azaldır və sızanaqları yox edər.
Sızanaqların qarşısını almaq üçün, evdə hazırladığınız cəfəri suyu maskasını tətbiq edə bilərsiniz. Cəfəri suyunun içərisinə 3 çay qaşığı bal əlavə edib yaxşı qarışdırın və üzünüzə sürtün. 15 dəqiqə sonra üzünüzü suyla yuyun. Daha gözəl və sızanaqsız bir dəri üçün bu maskanı həftədə 2 dəfə edə bilərsiniz.
Dərinizdəki qara nöqtələri və dəridə yaranan rəng dəyişikliklərini azaltmaq üçün Cəfəri suyu faydalıdır. Bunun üçün cəfəri suyunu, 3 çay qaşığı bal və 1 şorba qaşığı limon suyunu qarışdıraraq dərinizə tətbiq edə bilərsiniz.
Cəfəri suyu dəridəki PH dəyərini tarazlayaraq yağlı dərilərə olduqca yaxşı təsir edir.

Cəfəri Suyu Maskası Tərifi

1 su stəkanı cəfəri suyu,
1 çay qaşığı yulaf əzməsi,
4 çay qaşığı bal,
3 yemək qaşığı qatıq.

Hazırlanması və tətbiqi:
Bütün vəsaiti blenderdə qarışdırın. Hazırladığınız qarışığı dərinizə sürtün və 15 dəqiqə üzünüzü hərəkət etdirmədən gözlədin. Daha sonra soyuq suyla dərinizi yaxşıca yuyun. Üzünüzdə yaranan ölü dəri hüceyrələrini və yığılmış çirk təbəqəsini təmizləmək üçün həftədə 3 dəfə, ən az 1 gün ara verərək bu maskanı edə bilərsiniz.
Cəfəri suyu necə hazırlanır?
Cəfəri kürü hazırlaya bilmək üçün bizə cəfərinin saplağı lazımdır. Bu səbəblə, istifadə etdiyiniz cəfərinin saplaqlarını əsla atmayın və cəfəri suyu hazırlayaraq bunlardan faydalanın.
Ilk əvvəl 1 litr suyu qaynadın. Suyu yaxşı qaynatmağınız lazımdır. Suyun içərisinə 1 qədər cəfərinin saplaqlarını atın. Sonra zəif atəşdə 2- 3 dəqiqə qədər qaynadın. Daha sonra bu suyu süzüb soyutduqdan sonra cəfəri maskamızda istifadə edirik.


Şərhlər: 23
Baxılıb: 6021
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Luna-90
Sizanaq ucun etmisem
22 mart 2015 00:47
# 23
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
vipbetul
faydali melumatdi
14 mart 2015 00:30
# 22
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
talis balasi
Bilirdim faydasini twk
4 mart 2015 21:52
# 21
SENSİZ
ceferini sevirem ressehde gore tesekkurler
26 fevral 2015 00:04
# 20
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
FISTIK
bilirdim bunu. hec sevmirem petruşkani ancaq borş bisirende tokurem.
25 fevral 2015 23:48
# 19
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Ayten666
Istifade ederem.tesekkur coxdan esitmisem bu haqda. Artiq ehtiyac var
25 fevral 2015 08:51
# 18
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Wappuw
ceferi bele xowluyuram,ama maskasina ehtiyyac olmayip..twk
25 fevral 2015 02:32
# 17
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
ece uslu
ceferi maskalarindan sac ucun istifade etmiwem
25 fevral 2015 00:33
# 16
Sucan
Meslehete gore tesekkurler
24 fevral 2015 22:44
# 15
rəmsə
tesekkurler faydali resepdi
24 fevral 2015 22:30
# 14
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
leyla_258
beli faydalidir...
24 fevral 2015 17:46
# 13
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Bestoş
bilmirdim ressepti goturdum ederem
24 fevral 2015 17:37
# 12
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
sona
Ceferi suyunu hem icmiwem hem ozunu yeyirem hemde derime vururam coooox faydali goyertidi
24 fevral 2015 17:31
# 11
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
qanadli melek
Uzde cox tesirli olur ceferi
24 fevral 2015 15:54
# 10
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Nazan
onnansa sadece bal yaxsidi
24 fevral 2015 15:04
# 9
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
naxçıvan balası
Ceferinin faydalı olduğu bilirdim suyunun üze faydalı olduğunu bilmirdim tam yerine düşdü xeber ,bu günden başlayıram ceferi suyundan isdifade etmeye ,xeber üçün teşekürler 08
24 fevral 2015 13:37
# 8
AYKA-ISI
Sitat: asya muslumova
bilmedim ee onun suyunu sixib istifade edirsen yoxsa qaynadib???cox maraqli geldiye mene getdi secilmislere

men suyunu sixib istifade etmiwem coxdandi etmirem ama bawliyacam istifade etmeye cox faydalidi xeber ucun tewekkurler
24 fevral 2015 13:07
# 7
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Fialka
Cəfəri çox faydalı bitkidi həm üz dərisi üçün həm böyrəklərə xeyirlidir həm də arıqladır
24 fevral 2015 12:52
# 6
Qlamurr
Cəfəri maskalarından istifadə etmişəm,həm dərinin rəngini açır,həm də təravətləndirir...ancaq tənbəlləşmişəm,çoxdandı eləmirən.....
24 fevral 2015 12:41
# 5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
xeyalperest
men ceferi suyunu icirem.qaraciyercun yaxsidi twk
24 fevral 2015 12:24
# 4
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
BARBI
Men de ceferini uzume vururam bir defeye effekt verir deri teravetlenir ve agarir
24 fevral 2015 12:15
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
cinqosh
ok.təsəkkürlər.
24 fevral 2015 11:39
# 2
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Tomris Müslümova
bilmedim ee onun suyunu sixib istifade edirsen yoxsa qaynadib???cox maraqli geldiye mene getdi secilmislere
24 fevral 2015 11:33
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz