Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Üz dərisini cavan saxlamaq üçün məsləhət
Üz dərisini cavan saxlamaq üçün məsləhət
Göndərən: NoName
Şərhlər: 19
Baxılıb: 2415
Səs ver:
25 yaşından başlayaraq üz dərisində qocalma prosesləri başlayır.
İllər keçdikcə dəri daha quru və nazik olur, qırışlar, ləkələr əmələ gəlir, dərinin rəngi pisləşir, dəri solğun görünür və s.
Bütün bunlar təbii proseslərdir və orqanizmin ümumi qocalması ilə bağlıdır. Lakin bu prosesləri dayandırmaq mümkün olmasa da, xeyli ləngitmək mümkündür.
Sadə məsləhətlərimiz dərinizi daha cavan və sağlam saxlamağa kömək edəcəklər.
Beləliklə,
1. Cavan yaşlardan mimikanıza ciddi fikir verin. Mimikanı mümkün qədər "kasıb" edin. Əgər qadın daim alnını, burnunun qırışdırır, dodaqlarını saxır, həddən artıq gülümsəyirsə və s., bu qırışların daha tez əmələ gəlməsinə səbəb olacaq. Yapon qadınları qoca yaşlarına kimi üz dərisini cavan və qırışsız saxlayır. Bunun əsas səbəblərindən biri onların mimikadan az istifadə etməsidir.
2. Mümkün qədər az hallarda pudra və tonal kremlərdən istifadə edin. Bu vasitələr dərinin məsamələrini qapayır ki, nəticədə dərinin nəfəsalması pozulur. Bu isə üz dərisinin qocalmasını sürətləndirir.
3. Düzgün və xeyirli qidalan çox vacibdir. Bütün meyvə-tərəvəzlərin tərkibində antioksidantlar var. Bu maddələr orqanizmdə və, o cümlədən, üz dərisində gedən qocalma prosesləri ləngidir. Dəri üçün sitrus meyvələri, qara qarağat, çiyələk çox xeyirlidir. Onların tərkibində güclü antioksidant xüsusiyyətlərinə malik olan C vitamini var.
Bütün narıncı və qırmızı rəngdə olan meyvə və tərəvəzlər (kök, pomidor, balqabaq, bolqar bibəri, ərik və s.) beta-karotinlə zəngindir. Beta-karotin (A vitamini) orqanizmdə hüceyrələrin yenilənməsinə cavabdehdir. Bahalı anti-age (cavanlaşdıran) kremlərin tərkibində olan retinol A vitaminidir.
Qoz-fındıq da (qoz, fındıq, keşyu, badam və s.) dəri üçün çox xeyirlidir. Onların tərkibində E vitamini və koenzim Q10 var ki, bu maddələr hüceyrələrin regenerasiya (bərpa) proseslərini sürətləndirir və qidalanmasını yaxşılaşdırır. Lakin qoz-fındıqdan süi-istifadə etmək olmaz.
Balıq (xüsusilə qızılbalıq, siyənək, sardina, skumbriya) dəri üçün ən xeyirli məhsullardan biridir. A, D vitaminləri, omeqa-3 yağlı turşularla zəngin olan balıq dərini cavanlaşdırır, daha parlaq edir.
Bütün yarmalar (xüsusilə yumru ağ düyü, qəhvəyi düyü, qarabaşaq, yulaf yarması və s.) dəri üçün çox xeyirlidir. Onların tərkibində çoxlu miqdarda silisium mikroelementi var ki, bu mikroelement kollagenin (dərini möhkəmləndirən maddə) hazırlanmasını stimullaşdırır. Bundan əlavə yarmalarda çoxlu miqdarda B qrupu vitaminləri var. Bu vitaminlər dərinin bərpasına kömək edir.
Qadının qidalanmasında kifayyət qədər yağlar (zeytun yağı, kərə yağı) olmalıdır. Quru dəri daha tez qocalır. Yağlar isə dərini quruluqdan xilas edir. Bundan əlavə yağlar yağlı turşularla zəngindir. Yağlı turşular dərinin daha tez bərpasına kömək edir.
Süd məhsulları da (kəsmik, qatıq, təbii yoqurt və s.) dəri üçün çox xeyirlidir. Bu məhsulların tərkibində dərinin vəziyyəti üçün çox vacib olan zülallar, kalsium, selen kimi mikroelementlər var.
Hal hazırda qadınların əksəriyyəti arıqlamaq üçün müxtəlif pəhrizlərdən istifadə edir. Lakin qadınlar bunu da bilməlidir ki, tez bir zamanda arıqlama üz dərisinin vəziyyətinə olduqca mənfi təsir edir.
4. Suyun kifayyət qədər qəbul edilməsi dərinin cavan və sağlam qalması üçün çox vacibdir. Hər gün 8-10 stəkan təmiz su qəbul etmək lazımdır. Su dərini quruluqdan xilas edir, orqanizmi qocalma prosesləri sürətləndirən ziyanlı maddələrdən (şlaklar, toksinlər  və s.) təmizləyir.
5. Üz dərisini cavan saxlamaq istəyən qadın mütləq hərəkətli olmalıdır - bədən tərbiyəsi, idmanla məşğul olmalıdır, tez-tez açıq havada gəzməlidir. Fiziki aktivlik orqanizmdə qan dövranı yaxşılaşdırır. Bu isə bütün orqanizmin və, o cümlədən, üz dərisinin cavan və sağlam qalması üçün əsas şərtlərdən biridir.
6. Qadınların əksər hissəsi bilir ki, yuxunun az olması üz dərisinə mənfi təsir edir. Bu həqiqətdir. Üz dərisini cavan saxlamaq istəyən qadın kifayyət qədə yatmalı və dincəlməlidir, stress və həyacanlamalardan uzaq olmalıdır.
7. Xüsusi kosmetik massaj, qidalandırıcı və nəmləndirici maskalar və kremlər üz dərisini cavan saxlamağa kömək edir.


Şərhlər: 19
Baxılıb: 2415
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
cavaniq bir muddetden sonra lazidi qulluq
13 mart 2015 14:14
# 19
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lili)
mumkun qeder qirisdirmiram men onda qiris yaranir
23 yanvar 2015 09:07
# 18
Nazan
hele cavanam 23
20 yanvar 2015 22:20
# 17
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Wappuw
hele cavan qizam men 126
17 yanvar 2015 03:06
# 16
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
neri
bes isleri kim gorsun
16 yanvar 2015 18:17
# 15
Sert
ece uslu
mimikalardan cooooooxxx istifade edirem
16 yanvar 2015 01:18
# 14
ŞehZam
Idmandan bawqa qalanini bacardigim qeder emel edirem
16 yanvar 2015 00:49
# 13
emis
bele weyler ucun mence hele tezdi vaxtinda baslamaq lazimdir hele cavanam
16 yanvar 2015 00:02
# 12
aziz a
Essi buz bunlari etmis olsaq, gerek qalan islerimizi qoyaq bir kenara...
15 yanvar 2015 23:59
# 11
Qelbim doludu !!!!
sona
Mimikalardan az istifade edirem demek olarki hec istifade etmirem. Atdim secilmiwlere twk
15 yanvar 2015 23:30
# 10
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
ayan97
eh helem 25 yasa cooox qalib
15 yanvar 2015 23:26
# 9
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
gulunnn
derim qurudur mencee tez qiriq olacaq wukue indi bele bir problemim yoxdur
15 yanvar 2015 23:04
# 8
arzum-aysum
Menim en tez alnimda qirislar emele gelecek. Cunki alnimi cox qirisdiriram danisan zaman
15 yanvar 2015 22:42
# 7
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
BARBI
Mumkun qeder derime qulluq gosterirem
15 yanvar 2015 21:19
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Qlamurr
Mimikalardan çox az istifadə edirəm,yazılanların çoxuna əməl etməyə çalışıram....tşk...
15 yanvar 2015 21:11
# 5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Fialka
Bəzilərinə riayət edirəm etmədiklərimi də çalışıramki tərgidim
15 yanvar 2015 19:56
# 4
Gulu-Qezi
lazimli xeberdi
15 yanvar 2015 19:54
# 3
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Tomris Müslümova
atdim secilmislere rahat vaxti oxuyacam mutleg
15 yanvar 2015 19:36
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Сладкий Ангел
hmm maraqli melumatdi twk
15 yanvar 2015 19:12
# 1
.Bir gülüşüm var Sizlərə ömür...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz