Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Soyuq havalarda əl və dırnaqlara necə qulluq etməli?
Soyuq havalarda əl və dırnaqlara necə qulluq etməli?
Göndərən: NoName
Şərhlər: 20
Baxılıb: 4559
Səs ver:
Soyuq fəsillər dərinin balansında bəzi dəyişiliklərə yol açır, quruluq yaradır. Dərisi yağlı olanlar fəsil dəyişdikdə ciddi problemlərlə qarşılaşmırlar. Dəri quruluğunun qarşısını almaq üçün əl və üz kremlərinin istifadəsinə daha çox zərurət yaranır.
 
Həkim dermatoloq Leyla Mirzoyeva deyib ki, müxtəlif tərkibli kremlərdən istifadə qaydalarına düzgün riayət etmək lazımdır: "Bunu həm əl, həm də üz dərisinə aid etmək olar. Qışda daha çox əl kremlərindən istifadəyə üstünlük veririk. Kremlərin tərkibini isə daha çox su təşkil edir. Su tərkibli bu kremləri istifadə edib havaya  çıxdığımız zaman temperatur mənfidirsə, kremin tərkibindəki su əlimizdə və yaxud üzümüzdə xırda buz dənələrinə dönür və bu da əlavə travma verir. Ona görə də soyuq havalarda kremi evdən çıxmadan ən azı 2 saat öncədən sürtməliyik. Bundan əlavə, kremlərdən deyil vazelin və yaxud qliserin tərkibli mərhəmlərdən istifadəyə üstünlük verməliyik. Bu vasitələrin tərkibindəki yağlılığa diqqət yetirmək lazımdır".
 
Leyla Mirzoyeva deyir ki, həm üzdə, həm əldə quruluğun qarşısını almaq üçün ilk olaraq, yuyucu vasitələrə diqqət yetirməlidir. Daha çox nəmləndirici, təbii tərkibli ürünlərə üstünlük verməlidir. Soyuq havalarda ağır tərkibli skrabların dəriyə çəkilməsini yetərincə azaltmaq lazımdır. Çünki bu kimi vasitələr dəri quruluğuna daha tez yol açır, bunlar da sonda çatlar yaradır. Bu çatlara həm üz dərisində, həmçinin də əllərdə rast gəlinir. Nəticədə mikrotravmalar yaranır. Travmalar yarandıqda dəri daha da həssaslaşır, hər hansı bir məhlunun istifadəsi isə ciddi allergik xəstəliklərə gətirib çıxarır: "Bu mikro-travmalarda müxtəlif maddələr daha dərinə girməyə başlayır. Normal və sağlam dəriyə istədiyimiz kremi əgər allergiyası yoxdursa çəkə bilərik, ancaq çatlar yaranmış dəriyə tərkibində qoxu maddələri olan kremlər istifadə etsək,  dəri sağlam olmadığı üçün tərkib dərinə işləyib daha ciddi olan allergik -dermatit yarada bilər" .
 
Həkim-dermotoloqun sözlərinə görə, soyuq havalar saç və dırnaqlara birbaşa təsir edir. Dırnaqların qidalanması için biotinin istifadəsi yararlıdır. Bu bilavasitə dırnaqların möhkəmlənməsinə və tez uzanmasına səbəb olur. İstifadə edərkən həkimlə məsləhətləşmək şərtdir. Bundan əlavə, saç və dırnaq problemi olanlar qanda sinkin çatışmazlığını yoxlamalıdırlar. Dırnaqların çatlaması dəmir əskikliyi və qan azlığı ilə əlaqəli ola bilər: "Soyuq havalarda meyvə-tərəvəzlərin sayı azalır, bədənimiz yetərincə vitamin ala bilmir. Bu isə daha çox saç tökülməsi ilə nəticələnir. Hazırda dəri həkimlərinə olan şikayətlərdən çoxu məhz saç tökülməsi ilə bağlıdır".
 
Leyla Mirzoyevanın sözlərinə görə, saçlar tez-tez boyandığı zaman quruyur, sərtləşir və tökülməyə başlayır. Mütəmadi boyanması irəliləyən yaşlarda saç seyrəkliyinə gətirib çıxarır. Boyanın incə telli saçları qalınlaşdırdığı deyilsə də, tərkibində kimyəvi maddələr olan boyaları saça çox zərər verir. Mütəxəssis saçların ildə ən çox 2 dəfə boyana biləcəyini deyir. Həkim-dermatoloq xoşagəlməz vəziyyətlə üzləşməmək üçün xanımların saç boyası alarkən diqqətli olmalarını tövsiyyə edir.


Şərhlər: 20
Baxılıb: 4559
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
ellerime dirnaqlarima cox fikir veren birisiyem her zaman kremlerden isdifade edirem
13 mart 2015 03:06
# 20
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nazan
SUKUR ELE PROBLEMLERIM YOXDU
1 fevral 2015 19:22
# 19
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Сладкий Ангел
uff mendede olur ellerimin ustu cox quruyur twk
11 yanvar 2015 19:48
# 18
.Bir gülüşüm var Sizlərə ömür...
Nazan
ehtiyac yoxdu tewekkurler
11 yanvar 2015 00:52
# 17
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Gulu-Qezi
normaldi evde olanda hecne istifade elemirem cole cixanda nemlendirici istifade ediremki catlamasin
10 yanvar 2015 21:01
# 16
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
ece uslu
nemlendirici kremden istifade edirem
10 yanvar 2015 20:17
# 15
gulunnn
ellerim qurudur derisi amma krem isdifade edirem
10 yanvar 2015 17:29
# 14
uliçka
kremdən istifadə edirəm Təşəkkür

kremdən istifadə edirəm Təşəkkür
10 yanvar 2015 16:59
# 13
Həyat kino kimidir,ən marağlı anında bitir
Wappuw
Ellerimde quruluq var nemlendirici istifade edirem
10 yanvar 2015 16:17
# 12
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
Melek5
ellerim quruyur dirnaqlarima hecne olmur
10 yanvar 2015 15:19
# 11
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
BARBI
Menimde ellerim quruyur hemise kremlerden istifade edirem
10 yanvar 2015 14:08
# 10
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Baharim ol
Barxatniy rucki eladi.yummsaq saxliyir .uz ucun faverlic zima istifade edirem oda qesengdi
10 yanvar 2015 14:04
# 9
Ama yenede
gunel123
menimde elim coox qurudu...ona gorede krem cekirem....
10 yanvar 2015 13:31
# 8
Rusi
qiwda elime krem vurmasam birazda quruyarrr
10 yanvar 2015 12:53
# 7
talis balasi
Ellerim belede cox qurumur,en yaxsi elime dusen krem zilyonaya apteka el kremi cox yaxsi edir ellerimi
10 yanvar 2015 12:38
# 6
SEVGI DENIZIM
Ellerim quruyur
10 yanvar 2015 12:26
# 5
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
xeyalperest
Evvelller elim uzm quruyurdu qisda indi nemlendirici istifade edirme wukurki yaxsidi twk
10 yanvar 2015 12:23
# 4
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
emis
kremlerden istifade edirem
10 yanvar 2015 12:21
# 3
rəmsə
Əllərimnən çox narazıyam,yuyucu tozuna filan qətiyyən əl vura bilmirəm.Qab şampunlarından da ancaq feyri əlimə düşür.Bu da maraqlı məlumat idi.tşk.Əl kremini çəkib çölə çıxmaq olmadığını bilmirdim
10 yanvar 2015 11:52
# 2
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Fialka
Yaya nisbətən qışda daha cox kremlərdən istifadə edirəm,saçımada boya vurmuram təbii rəngi daha yaxşıdı.
10 yanvar 2015 11:47
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz