loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Soyuqlarda dərini qorumaq üçün 10 MƏSLƏHƏT
Soyuqlarda dərini qorumaq üçün 10 MƏSLƏHƏT
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1533
Səs ver:
Qış aylarında soyuq və quru hava, qaz vasitəsilə isidilən ev şəraiti, ekoloji çirklilik, yun və sintetik geyimlər dərini korlayır. Dərini daha sağlam saxlamaq üçün məsləhətlərimizə əməl edin.
 
Təmizlik: Üz və bədən dərisinin qurumasının qarşısını almaq üçün kremli və ya yağlı sabunlardan və gellərdən istifadə edin.
 
Nəmləndirmə: Çimdikdən sonra üz və bədən dərisinə uyğun nəmləndiriclər vurulmalı və quruluğun qarşısını almaq üçün tez-tez nəmləndiricilərdən istifadə olunmalıdır.
 
Peeling: Kışda ölü hüceyrələrdən qurtulmaq üçün peeling tərkibli maskalar vurulmalıdır.
 
Günəşdən qorunma: Qış olmasına baxmayaraq, günəşdən qorunma davam etməlidir. Xüsusən də qar yağanda (günəsin əksolunması səbəbindən) hündür məkanlarda günəş daha güclü təsir edir. Yağışlı havalarda belə günəş çıxanda həssas dərilə ən az SPF: 15-30 arası sprey, krem və ya losyonla qorunmalıdır.
 
Yaşlanmağa qarşı: Krem, gellərdən əlavə lazımlı maddələr kapsul və ya tablet şəklində qəbul olunmalıdır.
 
Əllərə baxım: Soyuq havalarda qliserin, vazelin, lanolin tərkibli əl kremlərindən istifadə olunmalı, əl sabunları kremli və ya yağlı olmalı, əlçəklər taxılmalıdır.
 
Ayaqlara baxım: Qış günlərində qalın corablar, çəkmə içində uzun müddət qalan ayaqlara sistemli şəkildə qulluq olunmalıdır. Xüsusi ayaq kremlərindən istifadə olunmalı, göbələk öldürücü maddələr vurulmalı, infeksiyalardan qorunmaq üçün ayaqlara spreylər vurulmalıdır.
 
Saçlara baxım: Soyuq havaların saçları zədələməməsi üçün yumşaq şampunlar və saç kremləri, xüsusi maskalar istifadə etməyiniz məsləhətdir.
 
Dırnaqlara baxım: Dırnaqlar da soyuq havalarda daha çox zədələnir və qırılır. Əl kremləri dırnaqları qorumaq üçün yetərli deyil. Buna görə dırnaq qoruyucu kremlər də xüsusi alınmalıdır.
 
Qidalanma: Qidalanma dərini qorumaq üçün diqqət olunası vacib məqamlardandır. A, C, E vitaminləri qəbul olunmalı, pəhrizlər yüngül şəkildə saxlanılmalı və yağ, karbohidrat lazımınca istifadə olunmalıdır

Şərhlər:
Baxılıb: 1533
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz