Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dəriniz payıza hazırdırmı?
Dəriniz payıza hazırdırmı?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1413
Səs ver:
Günəşin, dənizin, qumun zərər verdiyi dəriyə və saçlara qulluq etməyin zamanı gəlib!

Tətil zamanı sahildə bütün günü qaralarkən, Günəşin orqanizmimizin ən böyük düşmənlərindən biri olduğunu bir anda unuduruq. Hamımız dərinin qaralmasına can atır, bürünc dərinin gözəlliyinə, sağlamlıqla parlamasına heyran qalırıq. Kənardan baxanda gözəllik ön planda görünür, amma daxilindən baxsaq, Günəşin saç və dəriyə verdiyi zərərlərini görərik. Solğunlaşmış saçlar, qurumuş və ləkələnmiş dəri, saralmış dırnaqlar... Əsl kabusdur! Bu xəbərimizdə sizlərə dərini qısa müddətdə bərpa etməyin və sağlam görünüşə qovuşmağın yollarından danışacağıq. Siz də saçlarım çox köhnəlib, üzüm qabıq verir, görəsən, nə etməliyəm - deyirsinizsə, bu yazıda ehtiyacınız olanları tapacaqsınız.

Dəri problemləri:
Dermatoloji ekspertlərin fikrincə, insan dərisinin yayda gördüyü bütün zərərlər payızda ortaya çıxır. Günəşə məruz qalmaqdan yorulan dərilərdə yay aylarının bitməsi ilə birlikdə ən çox quruluq, ləkələnmə, erkən yaşlanmanın əlamətləri və sızanaqlar görünməyə başlayır. Nəmini itirmiş dərinin necə göründüyünü yəqin ki, özünüz təxmin edirsiniz. Quru, elastikliyini itirmiş, gərgin və mat dəri, ləkələr əsl baş bəlasıdır... Lələklərin rənginin açılması üçün aylarla müntəzəm olaraq və səbirlə müalicə etmək lazım gəlir. Günəşin buraxdığı izləri silmək o qədər də asan deyil. Sızanaqların günəşin və dəniz suyunun təsiri ilə müalicə olduğunu düşünə bilərsiniz, amma həqiqətdə heç də belə deyil. Ultrabənövşəyi şüalar dərini qurudub, yağ istehsalını tənzimləyir amma iqlimin dəyişməsi ilə sızanaqlarda artım görülə bilər. Əvvəlcə dəridə hədsiz quruluq müşahidə olunan, sonra isə yağlanma hiss edilən sızanaqlı dərilər vaxtında müalicə olunmasa, problem daha da arta bilər.

Pilinq:
Hər mövsüm olduğu kimi bu dövrdə də dəri təmizliyinə əhəmiyyət vermək lazımdır. Çünki cavanlaşdırıcı və təravətləndirici maskalar ancaq təmiz dəridə yaxşı nəticə verir. Bunun üçün hər gün səhər və axşam dəri təmizlənəndən sonra toniklə silinməlidir. Həddindən artıq quru dərili xanımlar sabun istifadə etməkdən çəkinməlidir. Sabun dərinin nəmini və yağını yox edərək, vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Həddindən artıq isti su dərinin həssaslığını artırdığı üçün ondan uzaq durmaq lazımdır.  Quru dərilər üçün təmizləyici kremlər,  losyon və gellər isə yağlı dərilər üçün uyğundur. Bu dövrdə dəri həddindən artıq həssas olduğu üçün xüsusən spirtsiz toniklər seçməkdə fayda var.

Nəmləndiricilər:
Günəş şüaları hər mövsümdə zərərli olduğu üçün qoruma faktorlu nəmləndiricilərin istifadəsi davam etdirilməlidir. Gecə kremi istifadə etmirsiniz? Əgər dərinin qısa müddətdə əvvəlki vəziyyətinə qaytarmaq istəyirsinizsə, gecə kremlərindən istifadə etməyə başlamağınız yaxşı olardı. Dəriyə həftədə iki-üç dəfə nəm maskası çəkilməlidir. Payız fəsli pilinq etməyin tam zamanıdır. Çünki dəri təxminən 28 gündən bir özünü yeniləyir. Dərini payız-qış  mövsümünə hazır etmək üçün ilk gözəllik mərhələlərindən biri dərini ölü hüceyrələrdən təmizləməkdir.

Yeni hüceyrələr səthə doğru hərəkətə keçdikcə, dəri nəmliyini itirir və qabıq verib tökülməyə başlayır. Dərini ölü hüceyrələrdən təmizləmək üçün pilinq (soyma) etmək lazımdır. Beləliklə, dəri daha parlaq, sağlam görünüşə və parlaqlığa qovuşacaq. Qara nöqtələrin və sızanaqların da yaranmasının qarşısını alır.

Bədənə qulluq:
Payızda meteoroloji olaraq yaşanan eniş və yoxuşlar, dərimizin təbii müdafiə mexanizmlərini pozur. Orqanizmin rütubət səviyyəsi ara mövsümlərdə düşdüyü üçün payızda parlaqlığını itirmiş dəri ilə qarşı-qarşıya qala bilərik. Bu səbəbdən də yay aylarında istifadə etdiyimiz yüngül bədən baxım məhsullarını təkrar nəzərdən keçirməli və mövsümə uyğun məhsullar istifadə etməyə başlamalıyıq. Çünki yüngül tərkibli məhsullar su və yağ baxımından yetərsiz qaldığı üçün dəriyə ehtiyacı olan qulluğu göstərməyə bilər. Payızla birlikdə dəri həssaslaşması, ləkə, xal, ekzema və varikoz  kimi problemlərin  müalicəsinə də başlamaq lazımdır.

Bədənə qulluq:
Günə ilıq bir duşla başlaya bilərsiniz. Yuxu zamanı səthdə yığılan tər və duz artıqlarını su ilə təmizləyin. İlıq su bədəni hərəkətə keçirərək dərinin yaxşılaşmasını təmin edəcək. Duş əsnasında PH balanslı duş geli istifadə edin. Dərinin qoruyucu təbəqəsini qoruması üçün bu mühümdür. Günəş yanıqlarından qalınlaşan dəri təbəqəsinin əvvəlki təravətinə qovuşa bilməsi üçün həftədə iki dəfə bədən pilinqi edin. Bədən üçün uyğun yumşaq tüklü fırçalardan istifadə edərək, dairəvi hərəkətlərlə qan dövranını sürətləndirin. Kisələnmək də orqanizminizdə pilinq təsiri yarada bilər. Dəridəki məsamələr açıldığı üçün istifadə etdiyiniz digər qulluq vasitələri və kremlər dəriyə maksimum fayda verəcək.

Dərinin nəm nisbətini təmin etmək üçün dəri tipinə uyğun zəngin tərkibli nəmləndirici istifadə etməkdə böyük fayda var. Dəri tipinə görə, az və ya çox yağlı nəmləndiricilərdən istifadə edə bilərsiniz. Vaxtınız olduqca dəriyə yumşaq toxunuşlarla masaj edin. Boyun və dekolte bölgələrinin qeydinə qalmaq üçün xüsusi baxım kremləri istifadə edin. Yayda xallarınızda hər hansı dəyişiklik olub-olmadığına nəzarət etməlisiniz. Diametri yarım santimetrdən böyük, kənarları çökük çıxıntılı, səthi əyri və rəngi fərqlilik göstərən xalları mütləq həkiminizə göstərməlisiniz.

Əlbəttə qəbul etdiyimiz ərzaqların keyfiyyəti və ehtiva etdiyi qida dəyəri dərinin sağlamlığı üçün çox önəmlidir. Bunun üçün səhər-axşamüstü C vitamini almaq, qış aylarında A, E vitaminlərini və selen ilə birlikdə istehlak etmək, qaraciyəri qoruyan ərzaqlara yer vermək lazımdır. Kərəviz istehlak etmək, bol-bol nar, portağal yemək daha doğrusu, mövsümə uyğun tərəvəz və meyvə istehlak etmək tələb olunur.

A, C, E vitaminləri və təzə yerkökü, ərik, pomidorda bol olan beta karoteni çox olan qidaları da istehlak etməyə diqqət edin. Bu qidalar günəşin dəriyə verdiyi zərərləri bərpa etməkdə yardımçı olurlar. Həmçinin hər zaman yediyinizdən daha çox təzə meyvə və tərəvəz yeməyə cəhd edin.


Şərhlər:
Baxılıb: 1413
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz