Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bədəninizin hər bölgəsini cavanlaşdırın
Bədəninizin hər bölgəsini cavanlaşdırın
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1588
Səs ver:
Bu kiçik detallara diqqət yetirərək zamanı geri almaq sizin əlinizdədi.

1. Dodaqlar
Ağız və dodaq bölgəsi, üzdə yaşlanma təsirlərini ən çox müəyyən edən yeyərlər arasında iştirak edir. Dodaqlar isə gülümsəməmizi şəkilləndirir. Bu səbəbdən, şirin bir gülümsəmənizin olması üzümüzü gənc və canlı göstərməyin açarıdır. Bizi daha gənc göstərən dodaqlara sahib ola bilmək üçün, parlaq və isti rəngləri seçməliyik. Çox tünd hər hansı bir rəng, dodaqlar üçün "ölümcül" ola bilər. Mat rənglər isə dodaqları aydınlaşdırar, daha dolğ un və gənc göstərər.

Ballı baxım
Barmağınıza bir miqdar bal götürərək dodaqlarınıza sürtün 10 dəqiqə gözləyin. Dodaqlarınızın qısa müddətdə yumşaq və hamar olduğunu görəcəksiniz. Xüsusilə, dodaqlarınızın ətrafı da gənc görünmənizi təmin edən digər bir faktordur. Bir qulaq çubuğunun köməyi ilə şəffaf rəngdəki pudranı dodaq kənarlarına sürtün. Daha sonra  isə pomadanızı sürün. Gün ərzində dodaq kənarlarınızdakı xəttin pozulmadığını fərq edəcəksiniz.

2. Boyun və dekolte
Bir çoxumuz üzümüzə qat-qat kremlər sürtərək baxım edərkən, boyun və dekolte bölgəmizi bu baxımdan məhrum edərik. Halbuki, boyun və dekoltemiz, ultrabənövşəyi şüalara ən çox məruz qalan, günəşdə ən asan quruyan, ləkələr əmələ gələn və qırışan bədən hissələrimizdir. Günəş və solari təsirini əvvəlcə boyunda göstərir və yaşlanmağı sürətləndirir. Boyun dərisi qısa müddətdə qalınlaşır, kobudlaşır və qırışmağa başlayır. Bu səbəbdən, günəşdən qoruma, üz təmizləmə və nəmləndirmə üçün etdiyimiz pilinqə və maskalara boyun və üst dekoltenin də ehtiyacı olur. 40 yaşlarından etibarən, boyun və dekolte bölgəmizin rəngi solğunlaşmağa, boyunumuzdakı üfüqi qırışlar və dekolte bölgəmizdəki şaquli qırışlar diqqəti daha çox cəlb edir.

Südlü baxım möcüzə yarada bilər
Hər şeydən əvvəl gündəlik baxım çox əhəmiyyətlidir. Hər axşam, yatmazdan əvvəl üzünüzü təmizlədiyiniz kimi, boyun və dekolte bölgənizi də təmizləməyə laqeyd yanaşmayın. Bunun üçün peelinq və maska yaxşı bir üsuldur. Yaxud da evdə hazırlaya biləcəyiniz sadə bir qarışığı tətbiq edə bilərsiniz. Bir qabın içinə süd və eyni miqdarda su olan bir qarışıq hazırlayın. Sonra böyük bir pambıq tompon ilə boyunuza bir neçə dəfə kompress edin. Ardından soyuq su ilə yuyun. Bu kompres anındaca təsir edəcək və boynunuzun daha canlı və hamar görünməsini təmin edəcək. Daha sonra mütləq nəmləndirici krem çəkməyə laqeyd yanaşmayın.

3. Saçlar
Hər vaxt qısa saçın insanı gənc göstərdiyinə inanırlar. Halbuki, edilən araşdırmalarda uzun və dalğalı ya da dümdüz çiyinlərə enən saçları olan qadınların yaşlarının daha kiçik təxmin edildiyi ortaya çıxmışdır. Saçlarınızın parlaq və canlı bir görünüşünün olması da üzümüzü daha gənc göstərən faktorlar arasındadır. Bunun üçün isə saçımızın quruluşuna və ehtiyaclarına uyğun olan şampunu seçmək başda gəlir. Ancaq seçki qədər tətbiq üsulu da çox əhəmiyyətlidir.

Darayaraq parladın
Şampunu tətbiqə başlamazdan əvvəl, saçınızı mütləq darayın. Beləcə saçınız yığılmış olan tozlardan təmizlənəcək və şampunun təsiri artacaq. Şampunlama əsnasında, barmaq uclarınızla saç dərinizə yüngül masajlar edərək qan dövranını sürətləndirin. Saçınızı şampunlayarkən, seyrək dişli bir daraqla darayın. Sonra ilıq su ilə yaxşıca durulayın. Saçınıza hər zaman bəsləyici məhsullar istifadə etməyə də laqeyd yanaşmayın.

4. Dırnaqlar və əllər
Əllərimiz qışda soyuğun, yayda isə istinin təsiri ilə bir xeyli köhnəlir. Bunun qarşısını ala bilmək üçün, əllərimizi su ilə hər təmasından sonra nəmləndirmək, əllərimizin yaşlanmasını gecikdirici bir təsir yaradır. Xüüsusilə nəmləndiriciləri istifadə edərkən əl masajı ilə əllərimizin qan dövranını hərəkətə gətirmiş oluruq. Qan dövranı sürətlənincə, əllərimiz yaşlanma təsirlərinə qarşı daha dözümlü və daha canlı görünəcək. Bu qulluq xüsusən dırnaqlarımızın gənc görünməsi üçün son dərəcə əhəmiyyətlididir. Dırnaqlarınıza öz rəngində lak sürtmək yerinə, çəhrayı ya da qırmızı kimi yaşınızı daha gənc göstərəcək rəngləri seçim edə bilərsiniz.

Hər yerə bir krem qoyun
Gün ərzində əlinizə bəsləyici krem sürtməyə qətiliklə laqeyd yanaşmayın. Hətta duşda, otağınızda, iş yerinizdə hər vaxt əlinizin çata biləcəyi yerlərdə krem saxlayın. Ancaq, bu kremlərin çox yağlı olmamasına diqqət yetirin, beləcə baxımınız, evdə işinizi etməyə maneə törətməyəcək.


Şərhlər:
Baxılıb: 1588
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz