Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əl və ayağa qulluq necə olmalıdır?
Əl və ayağa qulluq necə olmalıdır?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2141
Səs ver:
Əl və ayaq gözəlliyi illərdən bəri hamımız üçün çox əhəmiyyətli estetik detaldır. "Ayağı təmiz olanın hər yeri təmiz olar" deyə bir ifadə vardır.

Çirkli əllər, uzanmış və baxımsız dırnaqlar heç birimiz üçün xoş bir görünüş meydana gətirmir. Buna görə də əl və ayaq baxımına kimsə laqeyd yanaşmamalıdır.

Əllər yaşlılığı bədənin digər qismlərinə görə çox daha əvvəl göstərə bilər. Üz estetik əməliyyatla gəncləşdirilə bilər, amma əllər üçün bu edilə bilməz. Buna görə də əllərə qulluq etməklə onların yaşlanmasına mane olmaq lazımdır. Su əllərinizə zərərdir, xüsusilə yuyucu tozlar və evdə istifadə edilən təmizləyicilər əllərinizi məhv edər. Soyuq hava, torpaq, günəş və dəniz suyu da əllərə zərərdir. Bu səbəbdən əllərinizə hər gün əl kremi çəkmək sizdə bir vərdiş halına gəlməlidir.

Su ilə işləyəcəyiniz zaman rezin əlcək geyinin. Bağçada çalışırsınızsa, rezin əlcək yerinə qalın parça əlcək geyə bilərsiniz. Soyuq havada, ya da qar yağdığı zaman əlcəksiz küçəyə çıxmayın.

Əllərinizi hər dəfə yuduqdan sonra yaxşıca qurulayın, əl kremi və ya losyon çəkin. Gündə ən az bir dəfə barmaqları, dırnaqları fırçayla, yumşaq sabunla fırçalayın. Həftədə bir dəfə əllərə çox yağlı bir kremlə masaj etmək və ya əl maskasından istifadə etmək əllərinizə yaxşı təsir edəcək. Xüsusilə gecə yatmazdan əvvəl əllərə mütləq vazelin sürtüb pambıqlı əlcək geyərək yatın. Bu, əllər üçün çox faydalıdır. Bundan əlavə, əlin üstünə çəkilən istiyə yaxın parafin məsamələri açır, dərini təmizləyir və dəriyə gözəl qulluq edir.

Dırnaqlar qulluğa çox ehtiyac duyar. Bol nəmləndirici çəkərək dırnaq ətlərinin yumşalmasını təmin edə bilərsiniz. Yumşalan dırnaq ətlərini isə dəsmalla geri itələyə bilərsiniz. Gecə yatmazdan əvvəl dırnaq diblərinə xüsusi krem çəkməyiniz sizin üçün çox faydalı olacaq.

Dırnaqlarınıza manikür edərkən sabunlu su əvəzinə ilıq zeytun yağından istifadə edə bilərsiniz. Lakin dırnaq cilasını çəkməmişdən əvvəl dırnaqları yaxşıca silməyiniz lazımdır, yoxsa cila dırnaqlarda axar.

Ayaqlar dik dura bilməyimizi təmin edər, bütün gün bədənimizi daşıyar. Ayaq xəstəliklərinin bir çoxu dar, burnu iti, dabanı yüksək ayaqqabılar geyinməkdən meydana gələr. Ayaqqabılarınızın tam ayağınıza olması lazımdır. Baş barmaqla ayaqqabının burnu arasında ən az 1 sm boşluq olmalıdır.

Ayaqları hər gün sabunla yuyun və sərt tüklü fırçayla fırçalayın. Topuq qismindəki sərtlikləri aradan qaldırmaq üçün daban daşından istifadə edə bilərsiniz.
Ayaqları losyonla masaj etmək çox yaxşıdır. Həm adamı rahatlaşdırar, həm də ayaq dərisini yumşaldar. Gecə yatmazdan əvvəl isə ayaqlarınıza vazelin çəkin və pambıq corab geyib yatın.

Yorğun ayaqları istirahət etdirmək üçün bir ləyənin içinə ilıq su və bir neçə damla lavanda yağı tökün. Ayaqlarınızı suyun içində 15-20 dəqiqə saxlayın. Bundan əlavə, limon suyu da dərini yumşaldır və ayaqları sakitləşdirir.

Hər 10 gündən bir pedikür etməyiniz lazımdır. Dırnaqlarınızı kəsərkən diqqətli olmalısınız, dırnağın səhv kəsilməsi dırnaq batmasına səbəb ola bilər. Çox möhkəm, dar ayaqqabılar geyilməsi də dırnaqları narahat edib batmasını təmin edə bilər.

Unutmayın ki, gözəl əl və ayağa sahib olmağın yolu təmizlik və qulluqdan keçər.


Şərhlər:
Baxılıb: 2141
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz