Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qoltuqaltı baxımı üçün bunları mütləq oxuyun
Qoltuqaltı baxımı üçün bunları mütləq oxuyun
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3598
Səs ver:
Qoltuqaltı qaralmalarından necə azad olmaq olar?
Qoltuqaltının qaralması bir sıra ciddi xəstəliklərin əlamətləri ola bildiyi kimi, bəsit səbəblərdən də qaynaqlana bilər. Bu ciddi xəstəliklər arasında Adison xəstəliyi kimi tanınan və böyrək üstü vəzilərinin işləmədəyi hormonal bir xəstəlikdir. Bu xəstəlikdə qoltuqaltı ilə bərabər ovucun içi, süd vəzisinin ucları, göbək ətrafı kimi bölgələrdə də qaralmalar olur. Diabet və insulin müqaviməti vəziyyətində də boyun bölgəsində dəridə qalınlaşma, qaralma və qoltuqaltında qalınlaşma, qaralma müşahidə edilir. Bakterial infeksiyada qoltuqaltında , xüsusilə çox tərləyən insanların dərisində tündləşmə olur. Hamiləlik zamanı dəriyə rəng verən hüceyrələrin həddindən artıq aktivliyi qoltuqaltı qaralmalarının bir başqa səbəbidir. Tibbi problemlərlə yanaşı bəziləri genetik olaraq da tünd qoltuqaltına sahibdir. Təraş, dəri altına travma verən epilyasiya üsulları da qoltuqaltının qaralmasına səbəb ola bilər. Kilolu olduqda da sürtünmənin artması ilə birlikdə dəridə tündləşməyə səbəb ola bilər. Qoltuqaltı qaralması şikayəti olanlar epilasiya üsulu olaraq lazer epilyasiyasını seçmələri daha uyğundur. Çünki həm əks təsir olaraq minimaldır, həm də 2 ayda bir tətbiq edildiyi üçün dəri daha az təsirlərə məruz qalacaq. Bununla yanaşı, artıq kilodan azad olmaq, təbii tərkibli dezodorantların seçilməsi, sintetik geyimlərin geyinilməməsi , ədviyyatlı yeməklərin həddindən artıq qəbul edilməməsi kimi üsullarla da meyillilik əmələ gətirəcək faktorların aradan qaldırılması lazımdır.

Qoltuqaltı qoxusunun qarşısını necə almaq olar?

Qoltuqaltı qoxusunun səbəbi əslində tərimiz deyil, bu bölgədə yaşayan bakteriyalardır. Əgər bir insan gündəlik duş qəbul etməzsə və ya gigiyenaya diqqət etməzsə və ya tərləmənin qarşısını alacaq tədbirlər görməzsə, bu vəziyyətdə bakteriyalar artmağa başlayır. Bakteriyalar yarandıqda isə qoxu ortaya çıxır. Bu qoxunun qarşısını almaq üçün gündəlik duş qəbul etmək, ya da iki gündə bir duş qəbul etmək, duş qəbul edilməsə belə qoltuqaltını yumaq, sabunla təmizləmək üsulundan da istifadə edə bilərsiniz. Dezodorantlar tərləmənin qarşısını almırlar, lakin dərinin turş mühitə keçməsini təmin edərək burada bakteriyaların yaranmasını azaldır və bununla yanaşı xoş qoxuda verirlər. Yəni insan bir tərəfdən tərləməyə davam edərkən, digər tərəfdən də qoxunun qarşısını alır. Çox tərləyən insanlarda isə bu üsulların istifadəsi bir o qədər də təsirli olmur.


Şərhlər:
Baxılıb: 3598
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz