Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Günəş yanıqlarına evdə müdaxilə etməyi öyrənək
Günəş yanıqlarına evdə müdaxilə etməyi öyrənək
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 3663
Səs ver:
Günəş şüalarının daha təhlükəli hala gəlməsi ilə, günəş qoruması olmadan küçəyə çıxmayacağımızı hamımız öyrəndik, ancaq bəzən tənbəllik üzündən bəzən də qaralma sevdası ilə dərimizi yandırırıq.

Ən çox tətbiq edilən üsul qatıq çəkməkdir. Həqiqətən də qatıq ilk yanmaları alar və yağlı bir forması  olduğu üçün də dərinin gərilməsinə maneə törədir.

Təbii qatıq tək başına kafi deyil. Ən əhəmiyyətli ünsürlərdən bir dənəsi də bol - bol nəmləndirici çəkmək. Xüsusilə də içərisində aloe verə olan nəmləndiricilər çox yaxşı iş görür.

Qatıq kimi rəndələnilmiş kartofun yanıq bölgəsinə tətbiq olunması da ağrını azaldan bir həll yoludur. Rəndələnmiş və suyu sıxılmamış kartofu yanıq olan bölgəyə tətbiq edin və kartof quruyana qədər gözlədin.

Günəş yanığının müalicəsi


Xiyar təbii bir antioksidandır. Xiyarı rəndələyərək yenə suyunu sıxmadan yanıq bölgələrinə tətbiq etmək həm ağrını sakitləşdirəcək, həm də yanıq toxunun tamamlanmasına kömək edəcək.

Ən sıx edilən səhvlərdən biri, yanan dəriyə soyuq kompres etməkdir. Əgər yanmalar  çoxdursa soyuq deyil ilıq bir bez ya da cisim tətbiqimiz lazımdır. Soyuq tətbiqlər, dəri yanması keçdikdən sonra edilməlidir.

Bir üsul da duş suyuna bir neçə qaşıq karbonat əlavə olunmasıdır. Bədənində günəş yanığı olanların duş müddətini 15 dəqiqədən uzun tutmaması və kisələnməməsi lazımdır. Ayrıca duşdan çıxınca dəsmal ilə qurumaq dəri təbəqəsinə zərər verib ləkələr meydana gəlməsinə səbəb ola bilər. Bu səbəblə, oturub yavaş - yavaş qurumağı gözləmək lazımdır və təbii quruduqdan dərhal sonra bol - bol nəmləndirici tətbiq etmək lazımdır. Yeni çıxan duşda yaş olaraq istifadə edilən nəmləndiricilər daha rahatlaşdırıcı ola bilər.

Günəş yanığı


Çiyin başları və qarınkimi acı verən yanıq bölgələrinə aloe ve gel tətbiq olunması ağrını azaldar və dərinin dartılmasına  mane olar.

Günəşdə yanmaq bədənin su tarazlığını pozacağından, yanıqların qısa müddətdə yaxşılaşması üçün kafi miqdarda su içmək də çox əhəmiyyətlidir.

Təbii ki, yenə ən əhəmiyyətli nöqtə günəş qoruyucu çəkmədən günəşə çıxmamaq lazımdır.


Şərhlər:
Baxılıb: 3663
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz