Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşagəlməz tüklərdən xilas olmanın yolları
Xoşagəlməz tüklərdən xilas olmanın yolları
Göndərən: Nermi_7
Şərhlər:
Baxılıb: 6734
Səs ver:
Xoşa qəlməz  tüklərdən artıq bezmisən? Axı onlar niyə ən gərəksiz yerlərdə çıxır? Gəl bu məsələni biraz araşdıraq.
Mikroskop vasitəsilə baxsaq görərik ki, bir bioloji növ kimi, insanın ovuclarının içi və selikli qişalarından başqa hər yerində tük var. Sadəcə olaraq, bəzən bu tüklər çox nazik olduğundan, biz onları görmürük. Qızlarda tüklənmə adətən 11 yaşından başlayır və 16 yaşınadək davam edir. Təxminən 13 yaşından etibarən qoltuqaltı nahiyələrdə tüklənmə başlanır. Bu qanın tərkibində baş verən hormonal dəyişikliklərlə bağlıdır.
Yetkinlik yaşına çatdıqda orqanizmdə olan hormonları ifrazatı çoxalır. Onların təsiri ilə xarici görünüşdə dəyişikliklər baş verir, döş vəziləri böyüyür, bud nahiyələri yuvarlaqlaşır. Bu prossesin necə baş verdiyini bu səhifədə baxa bilərsən.

Tüklərin növü, qalınlığı və rəngi irsi faktorlardan, yəni valideynlərindən asılıdır. Qasıq hissəsində tüklənmə adətən üçbucaq formasında olur. Əgər döş üclarının ətrafında, qasıqdan göbək və ayaqlar istiqamətlərinndə az sayda tüklər varsa və bu genetik xüsüsiyyətlərlə əlaqəlidirsə (məsələn: qara saçlı və  qarabuğdayı şərq gözəlləri), bu norma daxilindədir. Əgər qarın boşluğunun aşağı hissəsi və döş vəziləri areollarından göbək istiqamətinə və romb şəkilində olan güclü tüklənmə varsa, o zaman ginekoloq-endokrinoloqa müraciət olunmalıdır. Qızlarda qüclü tüklənmənin səbəbi qanda kişi hormonu – androgenin- normadan xeyli çox olmasıdır. Həkim sənə tüklənməni aradan qaldıran dərmanlar  təyin edəcək.

Əgər sənin tüklənmən adi qaydadırsa, tüklərdən azad olmaq üçün aşağıdakı vasitələrdən istifadə edə bilərsən:
Mexaniki üsul: Ən asan yolu – ülgüc vasitəsilədir. Daha ətraflı buradan oxuya bilərsən.
Eyni nəticəni krem-depilyatorlarla da əldə etmək olar. Krem tüklərin görünən hissəsini əridir, kökünə isə heç bir təsiri
olmur. Amma diqqətli ol, çünki bəzi kremlər kimyəvi yanıq və ya allergiya törədə bilərlər. Mexaniki üsul və krem-depilyatorlar daha çox qoltuqaltı və bikini nahiyələrindəolan tüklər üçün daha uyğundur.

Üzdə olan tüklərdən salonda isti mumun köməyi ilə xilas ola bilərsən.
Tüklərlə mübarizənin daha bir üsulu var – elektrik və ya lazer epilyasiyası. Bu tüklərdən birdəfəlik xilas deməkdir. Belə prosedurlar kifayət qədər ağrılı və bahalıdırlar. Epilyasiyanı xüsusi salon və klinikalarda təcrübəli mütəxəssislər aparmalıdır, əks təqdirdə çapıqlar və yanıqlar yarana bilər. Bu epilyasiya növü ən çox ayaqlar üçün uyğundur.
Ayaqdakı tükləri epilyator vasitəsilə də təmizləmək olar. Bu zaman tüklər kökündən çıxarılır və daha gec uzanır. Uzandıqda isə daha nazik və açıq rəngli olur. Effekt isə 1-2 həftə davam edir. Bu prosedura səbir tələb edir.


Şərhlər:
Baxılıb: 6734
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz