Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qızlar üçün gözəllik maskaları
Qızlar üçün gözəllik maskaları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 22055
Səs ver:

Üz üçün gərəkli maskalar: Rahat və tez 

Gözəl üz dərisinə sahib omağı hər qadın arzulayır. Lakin unutmamalıyıq ki, bağa baxarsan bağ olar, bağmarsan dağ olar. Ona görə də vaxtaşırı kosmetoloqa getməyi unutmayın. Əgər buna bu və ya digər səbəblərə görə imkan yoxdursa, krem-maskalara müraciət edin. 
Ev şəraitində hazırlaya biləcəyiniz maskaların resepti ilə sizi tanış edirik. Bu maskalar həm rahatdır, həm də tez başa gəlir. 

Qidalandırıcı maska 
2 çay qaşığı maya (droj)
1 çay qaşığı badam yağı
Bunları qatışdırırıq. Sonra isə üzərinə 2-3 damcı limon şirəsi əlavə edib, üzə çəkib 15-20 dəq. saxlayırıq. Ən sonda üz ilıq su ilə yuyulmalıdır.

Üzdəki çillərə qarşı 
Qerkules unu, çoban yastığı (dəmlənmiş suyu) qarışdılır. 1 həftədə 3 dəfə üzə çəkilib 15-20 dəqiqə saxlanılır. Sonra üz ilıq su ilə yuyulur. 

Üzdəki qırışlara qarşı 
1 xörək qaşığı un (qerkules), 
1 yumurta sarısı,
1 xörək qaşığı smetan qarışdırılıb üzə çəkilir. 15-20 dəqiqə üzdə saxlanılır. Sonra üz ilıq su ilə yuyulur. 

Yağlı dəri üçün 
1 xörək qaşığı un 
1 xörək qaşığı smetan, 
1 çay qaşığı soda qarışdırılır. Üzə çəkilib 10 dəqiqə saxlanılır. Sonra üz ilıq su ilə yuyulur. 

Üz dərisini dartan krem (maska) 
1 limon yarısının suyu və 1 yumurta ağı qarışdırılır. Üzə çəkilib bir müddət saxlanılır (üz dartılana qədər). Sonra isə üz yuyulur. 

Ağardıcı maska 

2 qaşıq bal və 4 qaşıq un qarışdırılıb, üzə çəkilir. Bir az saxlandıqdan sonra üz yuyulur. 

Əllərə qulluq 
1 xörək qaşığı badam yağı , A, D və E vitaminləri qarışdırılır. Sonra əllərə çəkilib bir az saxlanılır. Sonra yuyulur.

/Mənbə: Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 22055
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz