Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
++++++++++++++Praktik təcrübələrlə cazibadar olun
++++++++++++++Praktik təcrübələrlə cazibadar olun
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1127
Səs ver:
QARA NÖQTƏLƏR
Yarım paket yaş mayanı, iki çay qaşığı süd və bir çay qaşığı balla qarışdırıb üzünüzə çəkin. 15 dəqiqə gözləyib ilıq suyla yuyun. Ardından, məsamələrinizi təmizləmək üçün bir pambığı; bir neçə damla alma sirkəsi və suyla isladaraq üzünüzü silin. Pambıq, göz ətrafsınıza dəyməməlidir.
ŞİŞ GÖZLƏR ÜÇÜN...
Yorğun və şiş gözləri rahatlaşdırıb təmizləmək üçün; bir pambığı ilıq çayla isladıb gözlərinizi silin. Daha təsirli və praktik bir həll üçün paket çayları soyuduqdan sonra gözlərinin üzərində beş dəqiqə qədər gözlədə bilərsiniz.
DAHA GƏRGİN BİR DƏRİ
Bu üsulu vərdiş halına gətirdiyinizdə; dərinizi, cazibənə qarşı qoruma altına ala bilərsiniz: Səhər və axşam nəmləndiricinizi üzünüzə masaj edərək çəkin. Yanaqlarınızı və almacıq sümüklərinizi, ovucunuzun içinə alaraq gicgahlarınıza doğru itələyin. Alın və qaşlarınızı da eyni şəkildə yuxarıya doğru itələyin. Üzünüzdəki gərginliyi və möhkəmliyi çox keçmədən fərq edəcəksiniz.
SAÇ BOYASI LƏKƏLƏRİ
Evdə saç rəngləyərkən; saç diblərinizin ətrafına, qulaq ətrafınıza və dırnaqlarınıza vazelin çəksəniz ləkə meydana gəlməsini önləyərsiniz.
SAÇLARINIZI TƏMİZLƏYİN
Saçlarda qalan şampun və saç kremi; mat və donuq bir görünüşə gətirib çıxarar. Bunu önləmək üçün saçlarınızı bol suyla yaxşıca durulayın. İlk durulamadan sonra, bir litr suyun içinə yarım qəhvə fincanı alma sirkəsi tökün və saçlarınızı bununla durulayın. Beləcə saçlarınız yağ və şampun qalıqlarından təmizlənərək daha canlı bir görünüşə qovuşar.
TIXANAN MƏSAMƏLƏR
Tıxanan məsamələri ən asan, buxarla təmizləyə bilərsiniz. Qaynamış suyun içinə iki damla lavanta və nanə yağı damladın. Başınızı bir örtüylə örtərək, buxarı 8-10 dəqiqə üzünüzə tutun. Sonra peeling edin və məsamələri bağlamaq üçün üzünüzü soyuq suyla yuyun və ya buzla biriki dəqiqə masaj edin. Son olaraq gül suyuyla da sildinizmi; dəriniz pambıq kimi olacaq.
ÖLÜ DƏRİDƏN TƏMİZLƏNİN
Əvvəlcə bədəninizi kisə ya da duş fırçasıyla ölü dərilərdən təmizləyin. Duşdan çıxdıqdan sonra yüngül düsturlu, yağsız bir nəmləndirici çəkin. Təmizlənmiş və nəmli dəriyə tətbiq olunan bürüncləşdirici, daha təsirli və düz bir görünüş təmin edər.
YAĞLI CİLDLƏRƏ XÜSUSİ...
Yağlı cildlər üçün hazırlanmış, dərinin parlamasını önləyən baxım məhsulları istifadə edin. Makiyaj edərkən simli və işıltılı məhsullardan uzaq durun. Mat və kadifemsi bir görünüş təmin edəcək kirşan və tonal kremi seçin. Minerallı tonal kremləri sınayın. Gün içində yaranan parlama və yağlanılma üçün yağ quruducu pedler istifadə edin ya da salfetlə dərinizdəki çox yağı alın.
DAHA AĞ DİŞLƏR
Diş fırçanızın üzərinə bir az karbonat, duz və bir neçə damla limon damladıb dişlərinizi fırçalayın. Karbonat və limon köpürərək dişlərinizin rəngini açmağa köməkçi olarkən, duz da diş ətlərinizi qoruyar.
SIZANAQLAR
Bir aspirini bir neçə damla gül suyuyla əridib sızanaqların üzərinə çəkin. 10-15 dəqiqə gözlədikdən sonra yuyun və gül suyuyla silin. Aspirinin antibakteriyel və gül suyunun sakitləşdirici xüsusiyyəti, sızanaqlarla döyüşər.
Tərcümə etdi:Aytən Mələk


Şərhlər:
Baxılıb: 1127
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz