Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ən asan makiyaj təmizləyiciləri
Ən asan makiyaj təmizləyiciləri
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 2675
Səs ver:
Bu xüsusi tövsiyələr ilə makiyajlarınızı asanlıqla təmizləyə biləcəksiniz! 
Vazelin
Vazelini üzünüzə yüngülcə tətbiq edin və ardından bir pambıq köməyiylə dərinizdən təmizləməyə başladığınızda üzünüzdəki bütün makiyajı çıxaracaq qədər təsirli olduğunu görəcəksiniz. Eyni zamanda olduqca ucuz və uzun müddət istifadə edə biləcəyiniz bir məhsuldur.
Körpə yağı
Ən yaxşı istifadə şəkli bir pambığa töküb gözlərinizi bağlayaraq bütün dərinizə tətbiqinizdir. Əsla gözünüzün içinə çəkməyin amma göz ətrafınıza masaj etməniz faydalı olacaq. Yalnız göz kölgəsi deyil, eyeliner və kirpik üçün tuşu da rahatlıqla çıxarmanızı təmin edəcək.
Zeytunyağı
Əgər təmizləmə mövzusunda olduqca çətindirsə, dərhal mətbəxə gedin. Saf zeytunyağı olmasına diqqət edin. Yemək etmək üçün istifadə edilən bir məhsulu təmizləmə məhsulu olaraq istifadə etmək qəribə gələ bilər amma unutmayın zeytun yağı eyni zamanda sağlam bir maskadır.
Bal
Balı da unutmaq olmaz Bal, ehtimalla ən faydalı və rahat yeməkdir.Kosmetoloqlar tərəfindən gözəllik və baxım məhsulunda ondan faydalanılır. Amma balı istifadə etdiyiniz nisbətə diqqət yetirməniz lazım, çox çox istifadə etməniz üzünüzdə bir faciəyə səbəb ola bilər. Ən yaxşı yolu barmaqlarınızda incə bir təbəqə şəklində üzünüzə tətbiqiniz və ardından bir pambıq köməyiylə dərinizdən təmizləmənizdir. Bal, dəriniz üçün bəsləyici xüsusiyyətə də sahib olduğundan əgər xoşlasanız maska olaraq da istifadə edə bilərsiniz.
Qatıq
Bir az qəribə görünür, bəli. Sadə qatıq (meyvəli və ya hər hansı bir qatqı maddəsi ehtiva edən quruluşda olmamalı) ən az digər alternativlər qədər yaxşı nəticə təmin edəcək. Gözünüzü narahat edəcək şəkildə istifadə etməməyə diqqət edin və qatığın içindəki bakteriyaları üzünüzdən yaxşıca təmizlədiyinizə əmin olmadan yatağa getməyin.
Aloe Vera
Yalnız yanıqlar üçün deyil! Əgər yağlı bir dəriyə sahibsinizsə və daha da pisə getməsini istəmirsinizsə möcüzəvi bir təklif. Ümumiyyətlə kirpik üçün tuşları çıxarmaq üçün çox yaxşı bir həll təklifi ikən sizin bütün üz makiyajınız üçün möcüzəvi bir variant. Dərinizi yumşaldar, xüsusilə də göz ətrafınızı boşaldar və heç də yapışqan olmayan bir maskadır. Əlavə bir xüsusiyyət olaraq əgər gözlərin narahatsa, aloe yaxşı gələcək və gözlərinizdəki qızarıqlığı da azaldacaq.
Hindistan cevizi yağı
Qadınların çox fərqində olmadığı bir variantdır. Qabın içindəykən sıx bir konsistensiyası var kimi görünür amma çəkməyə başladığınızda yağlanıldığını görürsünüz. Barmaqlarınızla göz ətrafınıza ehtimalca tətbiq edin. Digər yağlar kimi yayaraq istifadə edin, yapışqan bir təsiri yoxdur.
Tərcümə etdi:Aytən Mələk





Şərhlər:
Baxılıb: 2675
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz