Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dəri problemləri və həlli
Dəri problemləri və həlli
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 1854
Səs ver:
Dəri problemləri biz qadınların gözəllik və estetik qayğısını pozan ciddi sağlamlıq problemlərindən biridir. Hansı dəri tipinə sahib olduğumuzu bilməmiz lazımdır. Yağlı, quru və ya qarışıq dəriyə sahib ola bilərik. Əvvəlcə sağlam, təbii və balanslı bəslənmənin dəri sağlamlığı üçün nə qədər faydalı olduğunu ifadə edək. A vitamini ən başda olmaq üzrə, vitamin və minerallar dəri üçün lazımlı. Hücrəsəl təmirə və inkişafa ehtiyac duyan dərimiz içəridən A vitamini ilə bəsləndiyində, bu funksiyanı yerinə yetirəcək.
Həm dəri sağlamlığı həm də dəri gözəlliyi baxımından bu əhəmiyyətlidir. Kollajen liflərini təmir etmədə, günəş və ultrabənövşəyidən təsirlənən dərinin baxımını etmədə sağlam bəslənmək də, idman və təbii dəri baxımı qədər lazımlıdır. Günəş işığına və solarıuma məruz qalmamaq da lazımdır. İrəlidə dəri xərçəngindən qorunmaq adına çox günəşdə qalınmamalı. Üzü şapka və eynəklə qorumalı, kölgə yerləri seçməliyik.
Təbii şəfalara geri dönsək; beta karoten ehtiva edən vitamin, mineral və tərəvəz meyvələrlə hazırlanacaq bir müalicən)i həm dəriyə tətbiq edə bilər həm də nizamlı olaraq qəbul edə bilərik. Kök və pomidor yaxşı bir beta karoten və A vitamini qaynağıdır. Diş pastası, qatıq, tütün, süd, çiy ət kimi dəbdən düşmüş üsullardan uzaq dayanılması tövsiyə edilir. Dəri mütəxəssislər bu köhnə üsulların fayda deyil zərər verəcəyini söyləyir.
Dərinin nəmləndirilməsi ən əhəmiyyətli addımdır. Bol su için, idman edin, müxtəlif maskalardan faydalanın, kreminizi çəkin və mütləq dəriyə nəmi verin. Gündəlik dəri təmizliyinə diqqət edin. Gecə yatmadan makiyajınızı təmizləyin. Çox makiyaj etməyin hətta tonal krem kimi maddələrdən uzaq durun. Maskanızı edin və nəmləndiricinizi çəkib üzünüzü istirahət etdirin. Eyni şəkildə, əl, qol, ayaq, qıç və digər bölgələrə də uyğun maskaları və baxımı tətbiq edin. Bioloji istilənən maska da alternativ bir variantdır.
Gözəllik mərkəzlərində aylıq baxımınızı etdirin. Zeytunyağı, limon, bal və xiyar ilə hazırlayacağınız bir maskanı həftədə bir üzünüzə tətbiq edin. 20 dəqiqə gözlədin və nəmləndiricinizi tətbiq edin. Dəyişikliyi siz də görəcək və çaşacaqsınız. Məsamələr açılar, dəri yenilənər və işıldayar. Xüsusilə quru dəri tiplərinə zeytunyağı sanki şəfa kimi gəlir. 
Quru dərilər üçün hazırlayacağınız maskada bu vəsaitlər iştirak etməlidir:
Yulaf, balqabaq, kök, kahı, banan, alma, şaftalı və xiyar.
Yağlı dərilər üçün hazırlayacağınız maskada bu vəsaitlər iştirak etməlidir:
Badam, alma, çobanyastığı, cökə, lavanta, şam və yumurta.
Ayrıca,  nanə qaynatması, gül yarpaqları ilə tütsü,qırmızı ağac, gül yarpaqları, yulaf unu, misir unu və zeytunyağı da dəri problemlərində istifadə edilən təsirli təbii həllərdir. Bir kosmetik məhsuluna dünyanın pulunu verəcəyinizə öz baxımınızı ucuz və təbii yollarla siz hazırlayın.
Yüz illərdir qadınların gözəllik sirləri təbiətdə gizlidir. Ayrıca dərini içdən bəsləmək üçün də gözəl bir bəslənmə proqramı edin. Diyet siyahınızdan kənara çıxmayın, sağlamlıqsız yediyiniz hər şey həm kilo almanıza həm də dəri problemlərinə yağlanılma və sallanmağa gətirib çıxarar. Özünüzə də dərinizə də yaxşı baxın. Unutmayın, bir qadın gözəl və baxımlı olmalı.. Dərisiyə də diqqət göstərməli ki girdiyi yerlərdə kimsə gözlərini ondan ala bilməsin…
Tərcümə etdi: Aytən Mələk



Şərhlər:
Baxılıb: 1854
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz