Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dəridəki məsamələr
Dəridəki məsamələr
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4259
Səs ver:

 
 

Məsaməli dəri təkcə estetik baxımdan deyil, həm də sağlamlıq baxımından qadınlara əziyyət verir. Belə ki, onların daxilinə çirk dolur və nəticədə sızaqlar əmələ gəlir ki, onlarda da iltihablananda insana ağrı verir.

 

Dəridə məsamələr bir neçə faktora görə əmələ gələ bilər: pis qulluq, irsi problem və s. Bu halda siz menyunuzdan spirtli içkiləri, kimyavi əlavələr olan qidaları, yağlı, acı və qızardılımış yeməkləri çıxarmalısınız. Tez-tez üzünüzü sərin su ilə yaxalayın, xüsusilə çöldən gələndən sonra, çünki küçə tozu məsamələrə dolduqca infeksiyaya yol açır. Hər həftə skrabdan istifadə edin, pudra və tonal kremlərdən imtina edin. Yağlı dəri üçün nəzərdə tutulmuş qel və köpüklə yuyunun.

 

Dəridəki məsamələri necə yox edək?

 

Hal-hazırda bunun üçün mağazalarda müxtəlif süd, losyon və skrablar var. Skrabdan sonra mütləq soyuq su ilə yuyunun. Bu məqsədlə buz qırığını da üzünüzə sürtə bilərsiniz. Bəzi maskaları özünüzdə evdə düzəldə bilərsiniz.

 

Badam maskası. 1 xörək qaşığı badaçı qəhvə üyüdən maşınla üyüdün, üzərinə 50 ml qaynar ot dəmləməsi əlavə edin, yarım çay qaşığı bal və 1 çay qaşığı un əlavə edin. Bunları qarışdıraraq 30 dəqiqəlik üzünüzə sürtün. Daha sonra sərin su ilə yuyunun. Ot dəmləməsi üçün çobanyastığı, cökə, şam ağacının zoğlarından 2 xörək qaşığı götürərək dəmləyirik.

 

Limon şirəsi məsaməli dərilər üçün faydalı hesab olunur.

 

Limonun qabığını soyun, içini doğrayın və üzərinə araq tökərək 10 gün saxlayın. Daha sonra səhər axşam bu məhlulla üzünüzü silin. Lakin sonra üzünüzü su ilə yaxalamayın.

 

Məsaməli dəri üçün ən efektiv maska isə yumurtanın ağından düzələn maska sayılır. Yumurtanın ağını köpüklənənə kimi çalın, 1 çay qaşığı isidilmiş bal və orta ölçülü limonun şirəsini əlavə edin – yapışqanlı məhlul alınmalıdır. Üzünüzə maska kimi sürtün və 30 dəqiqə gözləyin. Maska tam quruyandan sonra sərin su ilə üzünüzü yuyun. Xanımlar həmçinin kosmetik gildən istifadə edir. Mavi və ya ağ gili 15-20 dəqiqə saxladıqdan sonra yumaq məsləhətdir.

 

 



Şərhlər:
Baxılıb: 4259
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz