Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həyat yoldaşın xəyanət edirsə
Həyat yoldaşın xəyanət edirsə
Göndərən: Narın Yağış
Şərhlər: 16
Baxılıb: 600
Səs ver:
Şübhələnirsən ki, həyat yoldaşın xəyanət edir?
Etriraf etmək istəmirsən, amma hiss edirsən ki, artıq münasibətiniz əvvəlki kimi deyil. O, evə gec gəlir, sənə fikir vermir. Yorğun olduğunu bəhanə edərək səninlə vaxt keçirtməkdən qaçır. “İşlərim çoxdur”, “Yorğunam, özümü yaxşı hiss etmirəm”, “Evdə oturanda ürəyim sıxılır”, “İclasda idim”, “Dostlarımla görüşürdüm” deyib səni sakitləşdirir. Bir sözlə hər şeyə vaxt tapır, səndən başqa.

Sən isə ən çox sevdiyin donu geyinib, xoşladığı yeməkləri bişirib onu gözləyirsən. Sən gözləyirsən, o isə..
Əvvəlcədən də ona zəng vurub xəbərdarlıq etmisən ki, tez gəlsin, işdən sonra yubanmasın. O, isə əvvəlcə gələ bilməyəcəyini desə də, sonunda təkidlərinin qarşısında aciz qalıb razılaşır. Amma nə qədər zəng etsən də cavab vermir və ya telefonu söndürülüb. Heç vaxt düşünmürdün ki, bu sənin də başına gələ bilər. Həyatında başqası var. Bunu dərk etməyə başlasan da ürəyin qəbul etmir. Acı həqiqətlə barışa bilmirsən. Hər şeydən küsüb, süfrədə yoldaşının boş qalan qabını itələyib başını onun çiyninə dirəyib sakitləşmək əvəzinə stolun küncünə qoyub ağlayırsan. Düşünürsən ki, “yəni bu münasibətimizin sonudur?”. Buna inana bilmirsən. Mübarizə aparmaq, onun sevgisini, qayğısını, diqqətini qaytarmaq istəsən də heç nə alımır. Sən ağlayırsan, o birisi isə gülür. Buna imkan vermə!

Çıxış yolu yaxındadır
Adətən filmlərdə həyat yoldaşının xəyanətindən xəbər tutub dalaşır, çox vaxt da boşanırlar. Amma sən bunu edə bilməzsən. Ona görə ki, Azərbaycanda ailə müqəddəs sayılır. Və onu dağıdanlar səbəbindən asılı olmadan daim qınanılır. Ailəni qorumaq və münasibətlərinizi davam etdirmək istəyirsənsə sənə qarşı xəyanət etdiyini demə. Ona görə ki, sənin onun xəyanətinə göz yummağın, ayrılmamağın, səni hörmətdən salacaq. Əgər o, əvvəl həyatında başqa bir qadının olduğunu gizlədirdisə, artıq buna ehtiyac olmadığını anlayacaq. Əvvəllər həftədə iki dəfə gec gəlib dostları ilə görüşdüyünü, iclasda olduğunu bəhanə gətirirdisə indi hər gün gec gələcək. Heç bir bəhanə də uyduraraq özünü yormayacaq. Axı, sən hər şeyi bilirsən. Buna baxmayaraq heç nə etmədin. Dalaşdın, qışqırdın, ağladın, bir-neçə gün onunla danışmadın. Sonra isə əvvəlki kimi yaşamaq məcburiyyətində qaldın.

Ona dünyada ən yaxşı həyat yoldaşı olduğunu de
Yaxşı olar ki, bütün gücünü toplayıb susasan. Heç nəyi bilməyən kimi davran. Ona dünyada ən yaxşı həyat yoldaşı olduğunu de. Qoy səni aldatdığı üçün özünü günahkar hiss etsin.

Ünsiyyət problemi
Çox vaxt qadınlar ailə həyatı qurduqdan sonra məişət problemləri barədə danışır və şikayətlənirlər. Kişilər isə belə söhbətləri dinləməyi xoşlamırlar. Yaxşı olar ki, məişət problemlərinin həllinə bir saat ayırıb qalan vaxtınızı münasibətinizə və sevgi barədə olan söhbətlərə həsr edəsiniz.

Həyat yoldaşının ailə üzvləri barədə dediyiniz mənfi fikirlər də münasibətlərin soyumasına səbəb ola bilər. Çalışın ki, onun ailə üzvləri ilə yaranan problemləri özünüz həll edib, yalnız ehtiyac yarandıqda həyat yoldaşınızla bölüşəsiz.

Münasibətiniz əvvəlki kimi deyil?
Əksər qadınlar ailə həyatı qurduqdan, uşaqlıqdan bəri arzuladığı arzusuna çatdıqdan sonra arxayınlaşır. Başı ailə qayğılarına, məişət problemlərinə qarışır. Özünə fikir vermir, düşünür ki, həyat yoldaşı onu olduğu kimi sevir. Bəli, həyat yoldaşınız sizi olduğunuz kimi sevir. Ancaq evdə pırtlaşıq saçlarla, yemək iyi hopmuş paltarda, ləkəli xələtdə, hər gün idman üslublu geyimdə sevgilini görmək insana çox pis təsir edir. Ən azından sizi səliqəli və baxımlı görmək həyat yoldaşınızın haqqıdır. Onun üçün tanışlığınızın və ya evliliyinizin ilk illərində olduğu kimi bəzənin. Yorulmağınız və vaxtınızın olmaması sizə bəraət qazandırmır. İstəsəniz bunu edə bilərsiz. Bəzənməyiniz və baxımlı görünməyinizlə yanaşı idmanla məşğul olmaq da həm xarici görünüşünüzə, həm də sağlamlığınıza müsbət təsir göstərəcək.

Xəyalların sahibəsi
O, səninlə vaxt keçirməkdən qaçır? Münasibətiniz həyacanını itirib? Narahat olmayın, evli cütlüklərin əksəriyyəti gec və ya tez bu mərhələni yaşayır. Əsas odur ki, bunu anlayıb dəyişməyə cəhd edəsiz. Ümid edirəm, hər şey alınacaq. Həyat yoldaşınıza darıxdığınızı və birgə harasa getmək istədiyinizi təklif edin. Kinoya, teatra, restorana və ya təbiət qoynunda dincəlməyə gedin. Şənlənib mənfi emossiyalardan uzaq olmağa çalışın. Birgə vaxtlarınızı bayram kimi qeyd edib onun xəyallarının sahibəsinə çevrilin.

Şərhlər: 16
Baxılıb: 600
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dilaycan
Sərt statuslar 2014
Onunla cehenneme bele gederem!
" AMMA "
XEYANETE , ŞEREFSİZLİYE
Gele Bilmerem!
Bilmiş olsun ..!!
1 noyabr 2016 17:30
# 16
Heyat gozel olsaydi dogulduqda aglamazdiq.Heyat temiz olsaydi oldukde yuyulmazdiq.
YalniZ-ArZu
Oz evdeki halalina haram qatan kiwiye WEREFSIZ demek olar.Hele werefsiz kiwi ise olmaginnansa olmamagi onnan yaxwidi.Oz arvadini colun pozgunun ayagina verende ne qeyret olacaq?Hec vaxt bagiwlamaram,xeyanet edecekse,heyatimnan silerem.Ozude bunu bilir.
21 avqust 2016 17:22
# 15
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
TuralSebnem
menim canim heyat yoldawim hecvaxt etmez ))))duxuu catmaazz))

hecvaxt bagiwlamaram xeyaneti hecvaxt!!!
21 avqust 2016 15:03
# 14
ş
son bahar
cox aktual movzudu kisi xeyaneti...mencede ele kisi yoxdurku xeyanet etmesin...sadece bunu hiss etdirmeyen kiwiker var men uc ildi evliyem indiye qeder hec hiss etmemisemki xeyanet etsin...onuda deyim cox diqqetcilem gozumnen bir sey qacmaz yenede bir sey tapmamisam vaxti vaxtinda evine geklir bow vaxtlarini bizimle kecirir telefonu bele cox vaxt mende olur sevib evlenmisiy coxda baximli xaninam ozumede guvenen... cox sorucmuwam xeyanet edersenmi deye hemise deyib yox deyebdeyse niye deyim halalima haram qatmaram ve ele qadinlardan iyrebdiyini deyib ....duzdu hec vaxt ay niye gec geldi hara getdi xeyanet eder deye ozume derd etmemisem ...ele qadinlar varki ailelerini dagidib usaqlarini yetim kimi atasiz boyudurler azman kecdikcede ozleride pis ad alirlar....men bunun terafdari deyil nede olsa kisidede gunah olsa zamanla ailenin dagidilmasinda qadin gunahgar girulecey...men bir xanim kimi hec vaxt ailemi dagitmaram diger serhimdede bildirmisdim ele hala salaramki omur boyu birde o q....i elemez qetiyen
21 avqust 2016 13:31
# 13
...
Bahar Nesirova
Xeyanet eden insan özünü günahkar hiss etmez heç vaxt eksine özünü haqli hiss eder bağişla demek asandi e ama olmur aile müqeddesdi deye gerek her vicdansizliğa dözüb oturaq birine senle yox başqa biriyle olmaq xoşdusa qoy getsin eyer qir saqqiz kimi yapişsan sene daha da nifret eliyer gerek qadinda azca da olsa qürür olsun yapişib boşanmiram demekle deyil cehennem olsun adet eneneler ki men xoşbext deyilem ne var ne var boşanmaq aileni dağitmaq olmaz
21 avqust 2016 12:25
# 12
Barbaris
Hələki uğramamişam xəyanətə İnşallah uğramaramda
21 avqust 2016 08:48
# 11
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Onun_Mələyi
Sitat: ___Jasmin___
Sitat: Mrs.Pianist
Deyirler hamisi xeyabet edir kiwilerin. Amma men meni seven biriyle aile heyati qurmusamsa o mene niye xeyanet etsin?? Mene xeyanet edenin birce birce gozunden tokerem. Amma bowanmaram. Xeyr ola? Halalca heyat yoldasimi colun. Q larina verim! Ne olursa bagislamaqi bacarmaliyiq.

ayy elene sagliq mira

ikinizinde elnize saqliq amma.valla ele kiwiler var ki gedir gezir felur alildede xow davranir.eleleri de var ki pulnu colun q....lerne yidirdir gelir evdekilere zulm edir.
21 avqust 2016 01:43
# 10
Bir duam var,səndən amin gözləyirdua09123
naxçıvan balası
Sitat: İnci
Essı bele seylerle basınızı yormayın bunların hamısı beledır alllah hec kımı ata evıne boynu buluk qaytarmasın bos verın getsın ele kısı yoxdu xeyanet etmesın 5ıl 10ıl ne bılım ne ce ılden se sora evvel axır edır he bır satlıq sehve gore bır omru puc etmek esla etmerem kefımı crkırem yedıyım qabagımda yenedıyım arxamda menımle xos davranır ureyım ısteyenı alıb getırır ovladımı kral balası kımı tasadır ı fso gedır bırı ıle yox besı ıle gezsın vecıme de deyıl nıye menım balam atasının o....lıgına gıre yetım boyumelıdı?!ona gore qızlar menden sıze meslehet ele burda yaxılanları edın elebıl hec bele sey be bılırsınız ne esıdırsınız heyatınızı yasayın

Ya elisiyle birden gezirse siz burda gozu yawli sixinti cekirsiz onun yolunu hesretle gozluyursuz yoldawm xowbext olsun diye derdiden qabixdan cixirsiniz o ise qapidan cixmamiw ardica qapi baxlanmamiw kuce qadnlariyla gulub eylenirse kefini kef edirse eve gelende ele bil butun dunyanin yuku bundaymiw kimi davranirsan birde siz biwlu cixirsinizsa ona nece dozekmi xeyanet dozulesi derd deyil baci hemde delicesine sevirsense onun ucun alenden heyatindan kecirsense dozulesi olmur ister bawindan birliyadar yaqutdar tokulsun men quru coreye raziyam yeterki yoldawm sadiq olsun meni sevsin diye ama olmadi buna ise dozmek cox cetindi men o qedr guclu deyilem

Sitat: naxçıvan balası

Baxwla bacim sozum sene deyil set daniwdimsa sadece yaxwi gunler kecirmirem ona gore bele yazdm
21 avqust 2016 01:35
# 9
İnci
Essı bele seylerle basınızı yormayın bunların hamısı beledır alllah hec kımı ata evıne boynu buluk qaytarmasın bos verın getsın ele kısı yoxdu xeyanet etmesın 5ıl 10ıl ne bılım ne ce ılden se sora evvel axır edır he bır satlıq sehve gore bır omru puc etmek esla etmerem kefımı crkırem yedıyım qabagımda yenedıyım arxamda menımle xos davranır ureyım ısteyenı alıb getırır ovladımı kral balası kımı tasadır ı fso gedır bırı ıle yox besı ıle gezsın vecıme de deyıl nıye menım balam atasının o....lıgına gıre yetım boyumelıdı?!ona gore qızlar menden sıze meslehet ele burda yaxılanları edın elebıl hec bele sey be bılırsınız ne esıdırsınız heyatınızı yasayın
21 avqust 2016 00:53
# 8
Her gulusun arxasında bır keder vardır
Kölge
Qizlar gelin real danişaq.qadin hamile olur.son aylarda cox adam yaşamir.40gun yaşamir.sonra da uşaq geceleri zirhazir.bu uşaq bir az sakitleşir ki 2ci duşur boynuna....ve belece bu (aile formalaşma prosesi )hardasa iller alir.
Ona gore inanmiram ki bu ailesi donemde olan kişiler yoldaşina 1defe de olsa xeyanet etmesin.inanmiram
21 avqust 2016 00:03
# 7
Her şeye gore şukur
Turkan Abbasova
Kişilər in 1 00000 inden bi ya ikisi çıxa ki arvadına xəyanət etməyə. Kişinin arvadı öləndə bir iki il keçəndən sora gedib tezesin gətirir. Arvadların (coxu)əri öləndə cavanda olsa oturub evində uşaqların saxliyir. Nə isə. Bu barədə danıs danış bitmir. Allah kişilərə vəfa ağıl qadınlara da səbr versin
21 avqust 2016 00:00
# 6
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
lale.veliyeva19
Hər kişi eyni deyil elə kişilər var arvadlarına xəyanət edir eləsidə var arvad olara xəyanət edir insannan çox şey asılıdır sevən insan xəyanət eləməz
20 avqust 2016 23:33
# 5
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

___Jasmin___
Sitat: Mrs.Pianist
Deyirler hamisi xeyabet edir kiwilerin. Amma men meni seven biriyle aile heyati qurmusamsa o mene niye xeyanet etsin?? Mene xeyanet edenin birce birce gozunden tokerem. Amma bowanmaram. Xeyr ola? Halalca heyat yoldasimi colun. Q larina verim! Ne olursa bagislamaqi bacarmaliyiq.

ayy elene sagliq mira
20 avqust 2016 23:28
# 4
I remained behind now the mother of 14 spring -Big

Mrs.Pianist
Deyirler hamisi xeyabet edir kiwilerin. Amma men meni seven biriyle aile heyati qurmusamsa o mene niye xeyanet etsin?? Mene xeyanet edenin birce birce gozunden tokerem. Amma bowanmaram. Xeyr ola? Halalca heyat yoldasimi colun. Q larina verim! Ne olursa bagislamaqi bacarmaliyiq.
20 avqust 2016 23:25
# 3
Acısı çox olan qizların guluşu gozel olur.!
vipbetul
xeyanet edirse boshuyun getsin xeyanet edeni baghishlasaz her zaman xeyanet edegey bilegey ki her zamanda baghishlayageysiz

xeyanet edirse boshuyun getsin xeyanet edeni baghishlasaz her zaman xeyanet edegey bilegey ki her zamanda baghishlayageysiz
20 avqust 2016 23:17
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Canavar sevgisi
Heqiqeten de birini terifleyende psehv herejetine gore utanir.
Amma xeyanet edene kisi demek olmaz. Cinsi kisidir amma karaxteri kisi deyil
20 avqust 2016 23:03
# 1
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 
Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz