Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Niyə xəyanət edirik?
Niyə xəyanət edirik?
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 584
Səs ver:
Əsrlər boyu insanları düşündürən, bəzən isə insanlıqdan belə çıxmağa vadar edən problemlərdən biri də, bəşər övladının bir-birilə münasibətində davranış problemi kimi xarakterizə olunan xəyanətdir. Əsasən, kişilərdə tez-tez rast gəlinən xəyanət günümüzdə qadınlarda da müşahidə olunur. Bu səbəbdən ailələr dağılır, münasibətlər pozulur.

Bəs xəyanət nədir? Bir insanın xəyanət etməsinə səbəb nə ola bilər? Xəyanət həqiqətən psixoloji problemdir, yoxsa xarakter problemi? Qadın-kişi münasibətlərinə həssaslıqla yanaşılmasına baxmayaraq, tərəflərin xəyanətə görə, münasibətlərinin pozulması adətən, dərin depressiya, ağır travmalar və özünəqəsdlə də nəticələnir. Getdikcə xəyanət etmək sanki daha çox asanlaşır. İnsanlar asanlıqla bir-birinə yalan danışa bilir, zamanla daha da irəli gedib, həyat yoldaşlarını iş yoldaşları, dostları ilə aldadırlar. Müasir dünyada yaşasaq da, hələ də aşa bilmədiyimiz bir çox tabular var ki, bu səbəblə münasibətdə olan, yaxud evli olan iki şəxs davranışlarında bir-birinə nəzarət edir, göz qoyur, özünə qarşı gördüyü hər hansı bəyənmədiyi davranışı xəyanət kimi qarşılayır.

Sosiallaşan insanın əks cinslə geniş münasibətlər qurması, iş yeməkləri, iş səyahətləri, ətrafıyla daha geniş münasibətlərin yaranması davranış problemləri yaradır. Beləliklə, davranışlarda nəyin harada uyğun olub-olmayacağını aydınlaşdırmaq çətinləşir. Bu bir qədər də şəxsiyyət məsələsi olduğu üçün, insanların xəyanət anlayışı bir-biriylə ziddiyyət təşkil edir. Avropaya nisbətən Azərbaycanda xəyanət anlayışı kişilərin baxışından namussuzluq, qadınların baxışıyla "öyrəşilmiş məcburi çarəsizlik” sayılır.


Şərhlər: 10
Baxılıb: 584
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
zezema
bilmirem xaricde sebeb nedir xeyanete. men Azerbeycanda xeyaneti 50-50ye basha dushurem. hele heyatinda hec bir kishi olmayan bir qiz gedir ere bir oglana, hansiki o oglanin intim heyatindan bu qizin hec bir melumati yoxdu. Uygun olsalar ne yaxshi. uygun gelmedikde, bashlanir bedbextcilik! Evlilikde intim cox vacibdir. kim dese ki yox! bilin ki yalan deyir! er ve arvadin butun yollari gedir cixir yataq otagina!
evlenenler bir-birlerine uygun gelmedikde, normal dushuncelidirlerse - boshanirlar, yox saman altdan su yerindendirlerse - xeyanet edirler!
10 mart 2016 15:25
# 10
Bir hissimi itirmishem - TEECCUBLENMEK
ɢüмüş
Men oyresilmis caresizlik kimi baxmiram. Mene xeyanet edeni ne olur olsun bagislamaram hec vaxt. Xeyanet en cox diqqetsizlislikden,hormetsizlikden ireli gelir. Bir kisi qadinina diqet qaygi gostersin onda gorek qadin xeyanet edirmi. Ama kisiler cox vaxt yeni heyecan axtarisinda oldugu ucun xeyanet edir.
10 mart 2016 08:42
# 9
Dosta_inam
Məncə ağlı düşüncəsi normal olan kəs, xəyanət etməz.
10 mart 2016 06:47
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
qanadli melek
Xeyanet olume beraberdi.hec kime qismet olmasin onu yawamaq
10 mart 2016 00:35
# 7
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
vipbetul
xeyanet niye edilir exlaqsizliqdan duzgun terbiye almamaqdan aileden gorulen seviyyeden aile mesuliyyeti bilmemekden
10 mart 2016 00:26
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fi-Ra
Mən əvvəlki xəyanət mövzusunda da yazmışdım indi də yazıram. İstər kişi eləsin, istər qadın xəyanət şərəfsizlikdi
9 mart 2016 23:51
# 5
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Antikvar
Qadınlar indiki zamanda kişilərdən heçdə geri qalmır.Niyə xəyanət edir sualına gəldikdə mən belə deyərdim,indiki istər kişilər olsun istərsədə qadınlar rahat həyat (türk seriallarına baxıb )yalançı sevgi,gəzib dolaşıb kef etmək,hər istəklərinə razılıq verən "kişi"hər etmək istəklərinə heç bir söz deməyən"qadın"axtarışındadılar insanlar.çətinliklərə dözmürlər bir az artıq hərəkət ,söz-söhbət olan kimi ya əllərini xəyanətə atırlar yada boşanırlar.qayın qardaşı arvadına,balduz bacısı ərinə,dost dostunun arvadına,göz tikən naçussuz qadınlar,qeyrətsiz kişilərimiz çoxdu indiki zamanda,əri xəstə olubda üz döndərən istəklərini ödəmədi deyə çöllərə atılan qadınlarımız var,cinsindən aslı olmayaraq xəyanət qəbuledilməzdir...Xəyanətə uğrayan qadın qadınlıqdam çıxıb tək olan zamanlar acizliyə dönür,kimlərinsə yanında isə bir vəhşiyə...
9 mart 2016 23:37
# 4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Fialka
Fon şəkli izah edir " məsələni" )) Xəyanətlə üzləşənin ürəyi qopub əlində qalır yeridə bir ömür sızıldayaraq xatırladır insana...
9 mart 2016 23:20
# 3
Nur_Naz
by hal cox vaxt kisilerde baw verir qadinlardada olur am a mence cox nadir hallarda bas vere biler cunki ele qadinlar taniyiram hetda sevdeyi kisiye bele xeyanet etmirki icimde sevmesemde artiq yoldasimdi olmaz mence by birazda nefsle ve Allah qorxusuyla olculur herkese aid olmasada ekser insana aiddi
9 mart 2016 23:16
# 2
sadece_men
bu movzu barade o qeder daniwmaq olarki ama ne faydasi kiwiler aldatmaqdan zovq alirlar.isdiyirsen neyniyirsen ele onlar ucun xeyri yoxdu
9 mart 2016 23:10
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz