Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəyanətə uğrayan qadınlar
Xəyanətə uğrayan qadınlar
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 873
Səs ver:
Xəyanət - odlu silahdan açılan bir güllədir. Fərq ondadır ki, açılan güllə canlını öldürər, amma qarşılaşdığımız xəyanət illərlə içimizdə yaşayıb bizi dəlik-deşik edər, qəlb yandırar, əzab verər, amma öldürməz. Xəyanətlə qarşılaşmısınızsa, amma onu sizə yaşadanı sevirsiniz və ayrılmaq istəmirsinizsə, aşağıdakılara diqqət edin.

1. Hər şeydən əvvəl çalışın təmkininizi pozmayasınız. Hirs və qəzəbinizin şüurunuza üstün gəlməyinə yol verməyin. Acığınızı tökməkdən utanmayın, lakin yaxşı olar ki, bunu təklikdə, yaxud psixoloqun iştirakı ilə edəsiniz. Balışı döyəcləyin, təsəvvür edin ki, o sizin vəfasız yoldaşınız və ya sevgilinizdir. Onu ən tünd  təhqirlərə qərq edin. Bu zaman sakitləşərsiniz və hər ikiniz üçün çətin olan söhbətə başlamaq üçün hazır olarsınız.

2. Çalışın ki, imkan daxilində sakit, açıq danışıq zamanı, ümumiyyətlə, xəyanətin olub-olmadığını aydınlaşdırasınız. Bəlkə bu sizin təxəyyülünüz, şübhənizin bəhrəsidir? Əgər həqiqətən xəyanət baş veribsə, ''daha məni sevmir'' kimi fikirdən uzaq olun. Bunu düşünmək çox təhlükəli və böyük şüursuzluqdur.
Əvvəla, kişinin başqa qadınla bir dəfə yaxınlığı heç də tam xəyanət demək deyil. Ola bilsin ki, yoldaşınız yaxud sevgiliniz gənc və qəşəng qıza meyl göstərsin, amma qəlbini sizə bağlasın. Bəlkə də onu bu cür hərəkətə, intim ideyaları sövq edib. Bəlkə də şəxsi münasibətinizdə onu qane etməyən rəqibinizin ''intim bacarığı''dır. Axı bir çox xanım var ki, özünün sərt xasiyyəti ilə sevgidə çox soyuq olur. Belələri sevişməni arxa plana atıb, bunun ''ət tökən'' bir iş olduğunu deyirlər. Hələ bu təsəvvürün həyatınızı kasıblaşdırıb, ailə münasibətlərinin pisləşdiyini, həyat yoldaşınızın soyumasına necə təsir etdiyini qeyd etmirəm...

3.  Xəyanət gördünüzsə, dərhal əlaqələri kəsməyi tələb etməyin. Bunu heç bir kişi özünə sığışdırmaz. Əlbəttə, sizin mənəvi cəhətdən onu ittiham etmək hüququnuz var, amma dönüb bir özünüzə də baxın. Ola bilsin ki, burada siz günahkarsınız. Həyatınızın intim tərəfinə etinasız və soyuqqanlıqla yanaşmanız bu cür halın baş verməsinə gətirib çıxarıb. İndi sizin qarşınızda yoldaşınızın ürəyini fəth etmək kimi vəzifə durur. Çalışın ona əvvəlki sevgi dolu, ehtiraslı günləri yaşadasınız. Axı yaşadıqlarınız izsiz-tozsuz bir anda yox olub gedə bilməz. Xoş hisslərinizi mənfi emosiyalara qarşı qoyun. Bu, böyük zəhmət, təmkin və dözüm tələb edir. Amma inanın, buna dəyər. Əgər həqiqətən itirmək istəmirsinizsə...

4. Ən təsiredici taktika onun gözlədiyinin əksinə hərəkət etməkdir. O, dava-dalaş, nifrət dolu baxış gözlədiyi halda, siz qayğıkeş olun.


Şərhlər: 7
Baxılıb: 873
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Tomris Müslümova
Əslində çox yaxşı məsləhətlərdir.Dava-dalaş əvəzinə onun gözləmədiyi bir formada görünmək hardasa onu peşman edə bilər.Sakit olmaq,təmkinli davranmaq insanın özünədə yaşadığı münasibətinədə müsbət təsir edər.Dava-dalaş,ən axrıncı sözlər,söyüş kimi ifadələr bir olan bağlarıda qırıb ata bilər.Çalışmaq lazımdır ki,onu peşman edəsən,vicadnını sızladasan,ona əvvəlkinnəndə yaxşı davranasan ki peşman ola ki,gör kimə kiminlə xəyanət edirəm.Bilmirəm bu mənim şəxsi düşüncəmdi.Bilirəm ki qadın üçün çox çətin şeydir xəyanətlə üzləşmək ancaq ailədi bu dağıtmaq əvəzinə möhkəmləndirmək lazımdır ki,bu yolda da ən çox əziyyət hər zamanki kimi qadının üzərinə düşür.Çox yaxşı məsləhətlərdir.Təşəkkürlər.
6 mart 2016 17:56
# 7
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Vuska87
Eslinde biraz qadinda mehriban olmalidi.heyat yoldawini her terefli qane etmelidi.eger etmirse kiwini daha az qinamaq lazimdi.cunki biz qadinlar illerle kiwisiz yawaya bilerik,hec yadimizada duwmez.amma kiwilerin orqanizmasi tam ferqlidi.ona gorede qadin erini elinde saxlamagi bacarmalidi
6 mart 2016 01:52
# 6
vipbetul
xeyanete uqradiqda guclu olub ayaq usde durmaqi bagarmaq lazimdir daha eyilib zeiflik gorsetmek deyil esasi ise o insandan ayrilmaq
6 mart 2016 01:05
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
arzum-aysum
xəyanətin bir qadinin qəlbində açdığı yara hec bir zaman sağalmaz. ömür boyu ne qeder xoşbəxt olsa da bir yerdə qanayacaq, onu incidecek. en xoşbəxt olduğu bir zamanda, cox sevildiyini düşündüyü bir anda yadina düşüb bütün düşüncələrini alt üst edəcək, çünki xəyanət bir qadını alçaldır...
6 mart 2016 00:46
# 4
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Azəri_Ledi
xəyanəta uğrayan qadınlar sevilmeyen qadənlardır, məncə ailədə əsas şey sevgidir.Sevgi olsa xəyanət olmaz.
5 mart 2016 23:26
# 3
Həyat mənə ele bir oyun oynadı ki, klounun dediyi kimi...
Aglaya bilmədiyim üçün gülürəm..!
1205
Mence derhal ayrilmaq uzaqlaşmaq agilsuzliqdi.agilli qadin heyat yolsaşini onun meşuqesine hediyye etmez
5 mart 2016 23:16
# 2
14MsM
Xeyanet pis weydi dost oldu sevgili oldu ferq etmirki. Problemin kokunde ne durur onu bilmey en vacibdi ve ona gore hereket ede insan .. bir en azindan taniyirsanki bu seyfini bawaduwendi birde etmez yada deyisen sennen adam olmaz duzelmezsen...NESE ALLA HECKIME GOSTERMESIN ADI BELE ADAMI VAHIMELENDIRDI LAPPP
5 mart 2016 23:08
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz