Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Aldadan bir daha aldadar mı?
Aldadan bir daha aldadar mı?
Göndərən: Fialka
Şərhlər: 8
Baxılıb: 674
Səs ver:
Son zamanlarda  ayrılıq səbəblərindən ən başda gələni aldatmadır! İstər kişi olsun istər qadın, nə səbəbə "aldadırlar" və aldatdığını düşünən  əslində '' aldanandırmı''?
Kişilər cinsi, qadınlar romantik səbəblərdən ötəri aldadır!
Mütəxəssislərə görə kişilərin əksəriyyəti cinsi baxımdan fərqli təcrübələr həyata keçirtmək ehtiyacından və marağından, qadınlar isə romantik səbəblərdən ötəri aldadırlar. Üstəlik bu davranış forması yeni bir problem deyil. Dünənin kişi-qadın münasibətlərinin ən əhəmiyyətli mövzusu olan aldatma, bu gün də cütlər arasında gündəm maddəsi olmağa davam edir.
Aldatma dəyincə ağıla kişi gəlir!
Maraqlıdır, araşdırmalarda "aldatma" sözü deyilincə qadının da, kişinin də ağılına əvvəl "kişi2 gəlir. Çünki kişi bu mövzuda potensial günahkar olaraq qəbul edilir. Qadına isə bir çox adam aldatmağı yaraşdırmır.
İşin  digər bir maraqlı yanı isə nigahlı cütlər arasında aldatma nisbətinin subay cütlərə görə daha çox olduğudur. Əvvəlcə kişini müqayisə etsək,  yenə mütəxəssislərə görə nigah üzüyünü barmağına taxan kişinin testesteron hormonlarında eniş olur və özünü sübut etmək həyəcanını canlı tutmağa çalışır. Bu da kişilərin aldatma nisbətlərinin niyə yüksək olduğunun ən qısa yoldan dəlili olsa gərək!

Romantikmi, cinsimi?
Kişilər daha çox işi romantikliyə çevirmədən, cinsiliyə söykənən aldatmalar yaşayır. Çünki gizli görüşmələr, sürətli birlikdəlik  ona həyəcan verir və bunu davamlı hala çevirirlər.
Bunun əksini müdafiə edənlər olsa da, bəziləri kişilər üçün aldatmanın çox təbii olduğunu, təsadüfən də olsa ayağına gələn şansı asan rədd etmədiyini söyləyir. Kişilərdə aldatma səbəbləri arasında ilk sıranı fərqli cinsi təcrübələr həyata keçirmək ehtiyacı çəkir. Bunu həyəcan, dostlarına özünü göstərmə arzusu, aşiq olma, sərxoş olma, həyat yoldaşıyla problemlərindən qaçma, özünü sübut etmə, cinsi istəyə qarşı qoyamama kimi səbəblər izləyir.
Mühafizəkar ətrafda yetişənlər daha çox aldadır!
Edilən bir araşdırmada, "ictimai quruluşda aldatmada əhəmiyyətli bir faktor olaraq qarşımıza çıxır. Mühafizəkar bir ətrafda yetişmiş olmaq, tez qurulan evlilik, yetkinlikdə sayca az qadın-kişi tanımış olmaq, görücü üsulu evlilik də aldatma səbəbləri arasındadır.
Evlilik əvvəli cinsi əlaqəyə girmək istəməyən qadınlar, kişinin məcburən başqa qadınlarla əlaqəyə girməsini aldatma olaraq xarakterizə etmir. Aldatmanın yanında gedən bir digər davranış isə intiqamdır. Intiqam üçün aldatmağı qadınlar seçim edir.

Xoşbəxt olmayan  qadın aldadır!
Vəziyyətə qadın baxımından baxıldığında isə sanki saat əqrəbləri tamamilə tərsinə hərəkət edir. Qadın kişiyə nisbətlə daha çətin aldadır. Aldatdığı zaman da duyğularıyla cəmiyyət təzyiqi arasında qarşıdurma yaşayır. Qadın kişinin əksinə bir günlük bir əlaqədən çox, uzun davamlı və romantik bağları qüvvətli bir əlaqə yəni eşq yaşamaq üçün aldadır.
Bədbəxt qadının aldatma ehtimalının çox yüksək olduğunu ifadə edən mütəxəssislər qadının aldatmasının da şəxsiyyətinə görə fərqlilik göstərdiyiniz altını cızırlar. Qadınların aldatma səbəbləri arasında bədbəxtlik, yeni partnyorunun ağıllı olması, təminsizlik, aşiq olma, yoldaşın laqeydliyi, şəfqət həsrəti, özünü sübut etmə, ərindən intiqam alma, karyera pillələrini sürətli dırmanma yer alır.
Mütəxəssislər nə deyir?: "Aldadan bir daha aldadarmı?"
Bir dəfə aldadan birinin bir daha aldadıb-aldatmayacağı sualını anlamağa çalışarkən, birdən çox uclu bir suala cavab çalışmış olarıq. Çünki cavab cinsiyətimizə, yaşımıza, təcrübələrimizə, içində yaşadığımız mədəniyyətin və dövrün quruluşuna görə dəyişəcək. Həqiqətdə aldatma hərəkətinin adam üçün nə anlama gəldiyinə bağlı olaraq dəyişən bir cavabımız olacaq.
Əgər adam aldatmanın nəticəsində acı çəkmiş, həqiqətən peşman olmuş, həyatında geriləmələr, itkilər yaşamışsa, aldatma hərəkətinin bir daha təkrar etməyəcəyini gümanetmək olar.Çünki insanlar təcrübələrinin nəticəsinə görə o həyatı yenidən həyatlarına soxmaq ya da soxmamaq istiqamətində bir qərar verə bilərlər.

"Bir dəfə aldatdı və bu bir vərdiş oldu" şəklindəki dünyagörüşü, maraqlı bir şəkildə yenidən aldatmanın gizli qaynaqlarından biri kimi dayanmaqdadır. Çünki əksəriyyətlə aldadılan həyatyoldaşı, dərin bir etibarsızlıq hissi yaşamaqda, aldadılma özünün bir əskikliyi ya da qüsuru kimi qəbul etməkdədir.
Bir dəfə daha aldadılmamaq üçün daha möhkəm nəzarət etməkdə və fərqində olmadan, aldadan yoldaşa onun 'sədaqətsiz bir quruluşu' olduğu şəklində bir geri bildiriş verir. Halbuki təklifimiz; aldatmanın səbəblərini anlamaq və varsa əlaqədəki problemləri açıq açıq dilə gətirməyin tərəfdarıdır.
Aldadan kişini ələ verən davranışlar.
* Cib telefonuna daha çox mesaj gəlməyə başlamışsa və bunu "Bankın endirimli günləri, bezdim bu mesajlardan" deyə açıqlayırsa.
* Əvvəllər həftə sonları işləmir olduğu halda birdən şənbə günləri bitirməsi lazım olan təcili işlər ortaya çıxırsa.
* Sizə xitab şəkli yoxkən, birdən-birə "Sevgilim" deyə səslənirsə.
* Tanışlarının sayı gündən günə artırsa.


Şərhlər: 8
Baxılıb: 674
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
___Jasmin___
aldadan yuz defe de aldadar
3 mart 2016 17:54
# 8
Buyudum artik anne 14 bahar kaldi geride...
Tomris Müslümova
Onsuzda xəyanət etməyən kiş çox nadir hallarda tapılar.Elə kişiləri muzeyə nadir tapıntı kimi qoyma olar.İnsan xarakteri heç zaman dəyişməz.Bir eliyən birdə eliyər.İnsan iradəsinin gücü deyiən bir şey var.Onnanda asılı ola bilər ki,etdiyi səhvin nəticəsini görüb dərs çıxartsın və bir daha təkrarlamasın.Yox əgər hissləri,yaşadığı kehvi hər şeydən üstün tutursa gec ya tez yenə edəcək.
3 mart 2016 11:24
# 7
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
ulduz
Turklər demis insan 7de nedise 70 dede odu. Əlbətdəki aldadır arxayindiki onu hər dəfə bağışlayan həyat yoldaşı var.
3 mart 2016 00:10
# 6
vipbetul
aldadan her zaman aldadir bir kere aldatdisa bosa getsun
2 mart 2016 23:58
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Svetoklana
Bu suali çox düşünmek bele menasizdir.Əminliklə qeyd ede bilerem ki,aldadan yeniden aldada biler.İnsanın xasiyyeti heç bir zaman deyişe bilmez,bu sebebden aldadilan zaman bagislamaq en boyuk sehvlerden biridir."Qoy 1 defe de edim onsuz yene bagişlayacaq"düşüncesi ile bundan beterleri ola biler.
2 mart 2016 23:36
# 4
Göz yaşlarının belə bir vəzifəsi var imiş,ardından gələcək təbəssüm üçün təmizlik edərmiş...
Antikvar
İnsan xarakterindən aslıdır deyərdim kimsə etdiklərindən dərs çıxardıb təkrarlamaya bilər kimisi isə əksi etdikdə dahada meyilli olurlar o yola, qadının xəyanətidə indiki dövrdə azlıq təşkil etmir dahada çoxalır mən qadın xəyanətinə hər hangi bir özünə bəraət qazandırıb ona görə xəyanət etdim deyə bir haqqlı lıq görmürəm, qadın namusunu kimlərəsə görə yox özünə görə qorumalıdır yox əyər namusuna sahib çıxa bilməyi bacarmırsa o qadın deyil yolda qalan qadınlardan heçdə fərqi yoxdu deyərdim. Kişi xəyanətiylə bir ailəni məhv etmiş olar uşaqlarına öz tərbiyəsizliyi ilə örnək ola bilər, ailədə birlik olmaz, inamsızlıq güvənsizlik sevinc sevgi hər biri bir anda yox olub gedəcək. Əldə sadəcə məcburiyyət qalacaq.
2 mart 2016 23:34
# 3
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
arzum-aysum
deyir kişilər cinsi baxımdan fərqli təcrübələr həyata keçirtmək ehtiyacından və marağından aldadır, xəyanət edir. olmazmi ki, kişilər bu ferqli təcrübə istəklərini oz yoldaşlarına bildirib, ele təcrübəni de oz yoldaşı ilə həyata keçirsin. yoxxxx, niye? axi onların xemiri xəyanətdən yoğrulub...
2 mart 2016 23:30
# 2
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
krisa
Mence aldatmaga meyillidirse ,ister kisi ,ister qadin,tebii ki yene aldadacaq.Yox eger heyatdi ,seytana uyub yolundan kenara cixirsa,bir sehvdir deyib kecmek ve bu sehvi barede dûsünmeye imkan vermek lazimdir .Yani nece deyerler bir daha sans vermek lazimdir .Cünki insan birinci öz namusun qorumali,adina leke getirmemelidir.aldadan kisi ,isterse qadin hec bir sebeb getirmemelidir .Cünki namus,qeyret,temiz ad her hansi bir sebeble ölcülmür .
2 mart 2016 23:21
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz