Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəyanət etməyən kişini 6 addımda tanı
Xəyanət etməyən kişini 6 addımda tanı
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 1553
Səs ver:
Xəyanət boşanmaların ən böyük səbəblərindən biridir. Düzdür, öz ayaqları üzərində dura bilməyən və ya cəmiyyətin qınağından çəkinən qadınlar xəyanəti bağışlayırlar. Ancaq onlar heç vaxt xoşbəxt ola bilmir, ömrünün axırına kimi həyat yoldaşları ilə dava-dalaş edirlər. Çünki heç kim xəyanəti normal qarşılaya bilməz. Bəs görəsən, evlənməzdən əvvəl kişinin xəyanətə meyilli olub-olmadığını müəyyənləşdirmək mümkündürmü?

Onu yoldan çıxartmaq asan deyil
Əgər kişini təhrik etmək  asan olmursa, deməli, onun xəyanət etmək ehtimalı azdır. Araşdırmalar təhrik olan kişilərin daha çox xəyanət etdiklərini üzə çıxarıb.

Sadiq dostlar
Araşdırmalar sübut edib ki, dostları eyş-işrətlə məşğul olan kişinin xəyanət etmək ehtimalı yüksəkdir. Belə bir atalar sözü var: "Mənə dostunu göstər, sənə kim olduğunu deyim”. Yəni partnyorunuzun ətrafındakı kişilər şorgözdürsə, həyatındakı qadınlara xəyanət edirlərsə, sizin də eyni vəziyyətlə qarşılaşmağınız labüddür.

Pulunu hara xərcləyir?
Kişilərin pullarını hara xərclədikləri çox önəmlidir. Əgər partnyorunuz əlavə gəlirləri haqqında sizə məlumat verir, maaşını hara xərclədiyini dəqiqliyi ilə sizə açıqlayırsa, qorxmayın. Belə kişi xəyanət etməz. Tam əksini edən, yəni pulunu hara xərclədiyini açıqlamaq istəməyən kişi isə təhlükəlidir. Çünki böyük ehtimalla o pullar sizdən daha baxımlı və gözəl bir xanıma xərclənir.

Sevildiyini hiss edən kişi
Sevildiyini hiss edən, qadınına güvənən kişi asanlıqla xəyanət etməz. Kişilərin çoxu xəyanəti cinsi təlabatla əlaqələndirməyin yanlış olduğunu bildirirlər. Bunu nəzərə alın və həyatınızdakı insana onu dəlilər kimi sevdiyinizi hiss etdirin.

Populyar kişi
Populyar kişilərin ətrafında onlarla qadın olur. Ancaq bu o demək deyil ki, belə kişi sizə hər an xəyanət edə bilər. Statistika göstərib ki, ətrafında çoxlu qadın olan kişilər daha sadiq olurlar. Çünki onlar arzuladıqları, fərqli hesab etdikləri qadını tapdıqdan sonra gözləri heç kimi görmür. Əksinə, ildə-ayda bir dəfə yeni bir qadınla tanış olmaq şansı əldə edən kişilər isə xəyanət fürsətini əldən vermirlər.

6-cı hiss
Qadınların 6-cı hissləri çox güclüdür. Odur ki, ilk baxışdan sizə güvən verməyən, sadiq bir adama bənzəməyən kişilərə yaxın dumayın.


Şərhlər:
Baxılıb: 1553
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz