Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəyanət
Xəyanət
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 700
Səs ver:
Xəyanəti yaşayanlar üçün həyat ağ-qara görsənər, heç bir şeyin mənası qalmaz, üzün gülməz, həyatdakı heç bir gözəlliyi gözün görməz. Sərxoş adamlar  kimi başın dumanlı olar, nə edəcəyini, necə baş çıxaracağını düşünsən də, bir yol tapa bilməzsən.Təkliyə yenilməmək üçün tez-tez xəyallar qurarsan, nəyin xəyalını qurarsansa, qur tənhalıq bütün xəyalların sonudur.

Mən xəyanəti bağışlamıram. Çünki xəyanət ölümdən betər olur, ölən insan ölüb dünyasını dəyişir, bir daha həyata qayıtmır. Xəyanət edilən isə hər gün ölüb dirilir. Ona görə də xəyanət edən insan bağışlanmazdır. Əgər sevdiyin sənə görə kiməsə xəyanət edibsə, gec-tezi kiməsə görə sənə də xəyanət edəcək. Ən dəhşətlisi də xəyanət edəni layiq olmadığı qədər sevməkdir. Tək fiziki ağrıdan olmur ağrılar...

Xəyanət - insana tək özünə güvənməyi bir daha  sübut edir.
Xəyanət - etmiş əziz bir adamı bağışlamaq olar. Lakin bundan sonra o əziz qala bilərmi?
Xəyanət - səndən yaxşısını axtarmaq deməkdir. Kim ki, həmişə axtarışdadır, heç vaxt yanındakının qiymətini bilməyəcək.
Xəyanət - belədir. Sənin yerini dolduracaq birini tapdıqda səni unudub xəyanət edirlər.
Xəyanət - onun dadı yoxdur, dadmayın onu.
Xəyanət - edən insandan hər şey gözləmək olar.
Xəyanət - ölümün başqa formasıdır.
Xəyanət - tək o hər şeyi məhv edər.
Xəyanət -  başqasını aldatmaqla başlayar, özünü aldatmaqla bitər.
Xəyanət - tək sevdiyinə xəyanət deyil, öz seçiminə xəyanətdir, öz seçiminə hörmətsizlikdir.
Xəyanət - bu haqda düşünmək belə acı verir.
Xəyanət - canım, əzizim  dediyimiz insanın bizi tərk etməsi ilə başlar.
Xəyanət - aldatmaq niyyəti ilə edilməsə də, insanın təbiətcə zəif olduğunu bildirir.
Xəyanət - bəzən düşünürsən ki, bağışlamaq olar. Lakin ona öyrəşmək zaman alır, bəzən də həyatını.
Xəyanət - xroniki xəstəlik kimidir, əgər o bir dəfə yaranıbsa insanda, yəqin ki, o xəstəlik bir də geri qayıdacaq.
Xəyanət - əsl xəyanət nə sms, nə görüşlər, nə intim yolu ilə deyil, xəyanət başqasını yüksəklərə qaldırıb, sevdiyini aşağı endirməkdir.
Xəyanət - acısını parçalanmış bir ürək ağrısı ilə yaşayarsan.
Xəyanət - içində çəkdiyin dərmansız dərddir.
Xəyanət - edən, deyəcək sözün də qalmamış. Çünkü deyiləcəklərini artıq demisən başqasına.
Xəyanət -  toxunduqca, danışdırdıqca, ovundurduqca qanayan bir ürək daşımaqdır içində. Ən dəhşətlisi də budur ki, artıq onu dəyişdirmək mümkün deyil.
Xəyanət -  edilərkən hər şeyi içinə atarsan. Lakin özünü atacaq bir yer tapa bilməzsən.


Şərhlər:
Baxılıb: 700
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz