Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
O Sizi aldadır: 8 işarə
O Sizi aldadır: 8 işarə
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2666
Səs ver:
Yoldaşınızın sizə xəyanət etdiyindən şübhələnirsinizsə, sadəcə bir neçə işarə ilə beyninizdəki sual işarələrindən xilas ola bilərsiniz.

 

"Bütün kişilər aldadır” demək doğru deyil, amma bir çoxunun aldatma potensialının olduğu da bilinən bir reallıqdır. Təbii ki, belə bir hal olunca biz qadınların da ən böyük qarabasmalarından biri sevdiyi kişi tərəfindən aldatılmaq olur.

Siz də sevgilinizin, ya da həyat yoldaşınızın sizi aldatdığından şübhələnir və bundan əmin olmaq istəyirsinizsə, bir neçə sadə ipucuyla onun sonuna çıxara bilərsiniz. Beyninizdə sizi yeyib bitirən sualları, üzləşmə qorxunuzu, hətta sevginizi bir kənara buraxın və şüphələrinizdən bir an əvvəl xilas olmağınızda köməkçi olacaq ipuclarımızı oxuyun.

"Zəng etdiyiniz şəxsə zəng çatmır”

Telefon etdiyinizdə bu səsi artıq daha çox eşitməyə başladınızmı? Hər dəfə də bir açıqlaması var. Ya batereya bitir, ya günorta yeməyinə getdikləri yerdə set tutmur, ya da telefonu problemlidir, öz-özünə sönüb dayanır. Xüsusilə də, sizlə danışdıqdan sonra unutduğunuz bir şeyi söyləmək üçün yenidən zəng etdyinizdə həmişə eyni səs: ” Zəng etdiyiniz şəxsə zəng çatmır…”. Bu vəziyyət sizi şüphələndirir, amma bir az üstünə getdiyiniz zaman qarşınızda qəzəblə üstə çıxmağa çalışan birini görürsünüz. Anidən zəng çatmayan telefonlara və bu vəziyyətdən narahat ola biləcəyinizi anlamaq əvəzinə günakarlıqla qəzəblənən kişiyə diqqət!

Görünüşünə ekstra diqqət

Əvvəllər sizin hazırladığınız gözəgəlimli kombinlərə burun sallayan, geyinərkən görünüşünə deyil, rahatlığına fikir verən kişinizin yerini indi az qala metroseksual biri alıb. Dəb arxasınca qaçan, hər zaman tərtəmiz və xoş görünməyə diqqət edən bu adam kimdir? Alış-veriş mərkəzlərinə yalvar-yaxırınızla gələn, ehtiyacı olduğunda isə al-veri sürətli addımlarla tamamlayan sevgiliniz indi tez-tez shopping-ə çıxır və mağaza-mağaza gəzməkdən heç yorulmursa, aldatma siqnalları çoxdan çalmağa başlamışdır! Birdən saçıyla, geyimiylə, tərziylə məşğul olmağa başlayan sevgilinizi artıq yaxın təqibə almağınızın zamanı gəlib deməkdir.

Telefonuyla münasibətində dəyişiklik

Əgər aldatıldığınızdan şübhələnirsinizsə, yoldaşınızın telefonuyla əlaqəsini mütləq yaxından izləyin. Əvvəllər necə idi, indi necə, bunu müqayisə edin. Məsələn; əvvəllər telefonunu kresloda, masada unuda bilən əriniz indi də bu qədər rahatdırmı, yoxsa cibindən telefonunu ayırmırmı? Bəs, telefonuna zəng gəlmə sıxlığı necədir? Hər çalınan zəngin bəzən heç məna verə bilmədiyiniz bir bəhanəsimi var? Təbii ki, telefonla əlaqədar ən əhəmiyyətli ipucusu şübhəsiz bir anda ortaya çıxan şifrələrdir! Yoldaşınız telefonunu koda qoyursa, deməli, bunda nəsə ola bilər. O telefonda şifrələrlə sizdən saxlanacaq şey nə ola bilər?! Bunlardan əlavə bir də tez-tez mesaj yazdığını görürsünüzsə və hər soruşduğunuzda bir-birinə yaxın bəhanələri eşidirsinizsə, aldadılma ehtimalınızın çox yüksək olduğunu söyləyə bilərik.

Artan iş saatları

Son zamanlar yoldaşınız çoxmu işləyir? Qəflətən çıxan görüşlər, uzanan iş saatları, son dəqiqə tapşırılan işlər, bir-iki günlük peyda olan iş səyahətləri … Üstəlik, bu sıxlıqdan davamlı şikayət edir. Hətta bəzən o qədər deyinir ki, sizin bir qram şikayət etməyinizə belə fürsət qalmır. Əgər vəziyyət tam da belədirsə, bu qədər sıx çalışdığı üçün ona kədərlənməyi bir kənara buraxın və bunu aldatması haqqında bir ipucu olaraq görməyə başlayın. Təbii ki, iş yerində işlər həqiqətən də bir anda sıxlaşmış ola bilər, buna görə hələ qəti bir dəlil əldə etdiyinizi də düşünməyin. Yalnız işlə əlaqəsini daha yaxından izləyin. Bəhs etdiyi o çox iş saatlarının büdcəsinə və ya kariyerinə bir qatqısı olacaqmı? Ya da söylədiyi saatlarda həqiqətən ofisdədirmi? Şübhələrinizi müəyyən etmədən bunu öyrənmənin bir yolunu tapa bilərsiniz.

Plan qurmamaq

Son vaxtlar yoldaşınızla qısa və ya uzun müddətli planlar etmək çətinmi olur? Dərhal hər təklifinizin qarşılığında ən çox eşitdiyiniz cavab "Baxarıq”, ya da "Bir şey çıxmazsa ola bilər” kimi səslənirmi? Daha da pisi, planları son dəqiqə bir bəhanəylə ləğv edimi? Uzun zamandır onunla birlikdə bir şeylər etməyi nə qədər darıxdığınızı düşünürsünüzsə, bir problem olduğunu rahatlıqla söyləyə bilərik. Əvvəllər olduğu kimi birlikdə bir tətili, axşam yeməyini, ya da dost görüşmələrini təşkil edə bilməməniz, sizin etdiyiniz planlara bir bəhanəylə qatılmaması aldatıldığınızın ən əhəmiyyətli ipuclarından biri ola bilər.

Diqqətində azalma

Əgər son zamanlar yoldaşınızın, ya da sevgilinizin marağında bir azalma hiss edirsinizsə, bunu mütləq nəzərə alın. Sizinlə çox az, ya da yalnız müəyyən qədər maraqlanması marağını çəkən birilərinin olmasına işrarə ola bilər. Saçınızdakı, xarici görünüşünüzdəki dəyişikliklərin olmasından xəbərsizdirsə, danışdıqlarınızla maraqlanmaması aldatıldığınızın işarələri ola bilər.

Cinsi istəksizlik

Sevişməyi son zamanlar tez-tez sizmi başladırsınız? Üstəlik, çox vaxt rədd edilirsinizsə başqa bir qadının varlığından şübhələnə bilərsiniz. Arzu və cinsəllik bir əlaqənin ən əhəmiyyətli açarlarından biridir. Əgər kişiniz sizi arzulamırsa, bu haqda onunla danışmalısınız. Sizi lazımı qədər təmin edən bir cavab tapa bilmirsinizsə və qarşınızdakının söylədikləri bəhanədir, aldatılmayla qarşı-qarşıya ola bilərsiniz.

Hər kəsdən uzaqlaşan adam…

Əgər sevgilinizin, ya da yoldaşınızın ehtirasında, marağında, duyğularında olduğu kimi vaxt keçirmə vərdişlərindən də bir dəyişiklik hiss edirsinizsə, qırmızı siqnal! Əvvəllər çox dost canlı olan və sizinlə birlikdə zaman keçirməkdən keyf alan biri olmasının yerinə son zamanlar dərin xəyala dalır və tez-tez yalnız vaxt keçirmə ehtiyacından söz edirsə, bu işdə bir tərslik olduğunu düşünə bilərsiniz. Həyatın mənasını sorğulayan halları, istorahət etmənin ona yaxşı gələcəyini və bir az ayrı vaxt keçirmək istədiyini söyləməsi, bunun da çox təbii və haqqı olduğuna sizi razı etmək üçün səyləri çox da xeyirə əlamət olmaya bilər.



Şərhlər:
Baxılıb: 2666
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz