Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ərinizin xəyanətini necə qarşılamalısınız?
Ərinizin xəyanətini necə qarşılamalısınız?
Göndərən: emis
Şərhlər: 17
Baxılıb: 1124
Səs ver:
Ərinizin xəyanətini necə qarşılamalısınız?
Etibarlı həyat yoldaşına bəzi məsləhətlər:
Əgər siz ağıllı, təmkinli xanımsınızsa, aşağıda göstərilən məsləhətlər yaşadığınız böhran vəziyyətindən çıxmağa Sizə kömək edəcəklər. Amma egər Siz dəlisov, qısqanc qadınsınızsa - onda oxuduqlarınızın mənası olmayacaq. Çünki qısqanclıq dağıdıcı bir hissdir, və çoxları onu idarə edə bilmirlər.
Psixoloqlar ailə psixoterapiyası zamanı xəyanət faktları ilə tez-tez rastlaşır. Qisqanclıq zəminində xanımlar intihar cəhti edirlər və ya ağır depressiya yaşayırlar.
Bir məqamı nəzərə almaq lazımdır ki, heç bir zaman qadın ərini nə gündəlik isterikaları ilə, nə də ki dava-dalaşla qaytara bilməz. Siz özünüzü üzəcəksiz, sonda bir xəstəlik tapıb yataq xəstəsi olacaqsız. Əriniz isə bu cür gərgin şəraitdə çox qalmayacaq bir gün həmişəlik çıxıb gedəcək.
Bezi ailələrdə bu səhnələrin şahidləri günahsız uşaqlar olur. ən çox əziyyət çəkəndə onlardı. Ola bilsin nə vaxtsa böyüklər aralarındakı problemləri həll edəcəklər, onlar kiçik dünyası isə artıq çat verdi. Bu zaman bir çox uşaqlar hətta psixi travma keçirir. Sonra valideynlər həkimlərdən övladlarını xilas etməyə yalvarırlar. Halbuki özləri günahkardılar.
Birinci məsləhət
Unutmayın: kişilər sevgidə sadiq deyirlər. Onlar daim yeni təəssürat axtarışında olurlar. Bu əlaqələr onları özlərini bir daha təstiq etmək üçün vacibdir.
Ümid etməyin ki, nigah, ailə, uşaqlar kişilər üçün sevgi macəralarını yaşamaqda maneə ola bilər. Onlar bu məsələyə sadə baxırlar, və bəzən özlərini xain də hiss etmirlər.
Deyilən faktlar kişilərə bu hərəkətlərində haqq qazandırmırlar, sadəcə onların tabiətini başa düşməsində yardımçı ola bilər.
Xəyanət hadisəsindən faciə etməyin. Bundan daha yöksəkdə olun!
İkinci məsləhət
Əriniz xəyanətinin mümkün olan səbəblərini özünüz tapmağa çalışın.
Ailədə xəyanət problemi ailədaxili münasibətlərin böhranından yaranır. Əgər evdə insan mənəvi, psixolojı, fiziolojı anlaşılma, gəlb rahatlığı tapmırsa əlbəttə o, kimdənsə kənarda özünə təssəlli axtarıb tapacaq.
Qadınlar bəzən bu səbəbi inkar edirlər, çünki bu zaman günahkar, zalım, qəttar kişi deyil, xanımlar özləri şərait yaradır.
Dərindən düşünün, əgər ailənizin dağılmağını istəmirsinizsə gecə-gündüz çıxış yolları axtarıb tapın. Ərinizi qaytarın!
Üçüncü məsləhət
Ərinizi seçim qarşısında qoymayın: Ya ailən, ya da o ... qadın.
Bəzən onların başları o qədər qarışır ki, əvvəl yeni həyatı seçib, sonra peşman ola bilərlər. Seçim etməyə tələsdirməyin, əgər lazım bilsəydi özü qəti qərar verərdi.
Dördüncü məsləhət
Ərinizdən təəssüf, qəm - qüssələndirməyinizi gizlətməyin. Qoy o sizi məyus olduğunuzu görsün. Heç bir sözə ehtiyac olmasın, sizə baxıb o, artıq özünü təqsirli hiss edəcək.
Beşinci məsləhət
Uşaqlar sizin ən güclü silahınızdı. Amma heç vaxt onları bu situasiyaya qatmayın. Deməyin ki, atan picdir, o anani, sizi atıb başqa ailə tapıb.
Əriniz öz hərəkətilə sizə xeyanət edib. Ola bilər onlar üçün o nümünəvi ata olsun.
Uşaqlar sizin göz yaşlarınızı görməməlidirlər. Sizin onlara psixi travma yaşamağa səbəb olmağa haqqınız yoxdur. Valideynlərin problemlərindən övladlar əziyyət çəkməməlidirlər.
Altıncı məsləhət
Psixoloqlar həsab edir ki, qadın bu situasiyada mümkün qədər çox vaxt qazanmalıdır. Əgər bir il müddətində kişi yeni heyat qurmadısa, zaman kecdikcə bunun ehtimalı azalır.
Iki ev şəraitindən bezib ailəsinə qayıdacaq! Amma unutmayın ki, əksinə də ola bilər.
Yeddinci məsləhət
Rəqibinizlə görüşüb - münasibətlərə aydınlıq gətirmək  ancaq sizin zəifliyinizi göstərəcək. Bu addımı atmağa tələsməyin!
Səkkizinci məsləhət
Əgər çox narahatsız, əsəbisiz  özünüzü saxlamayın: ağlayın, ərinizin şekillərini iynə ilə deşin, qayçı ilə doğrayın, amma TƏKLIKDƏ. Bu səhnəni nə əriniz, nə də övladlarınız görməməlidir. Depressiyalar adətən sakit, problemi içində yaşayan xanımlarda olur.
Bu hadisə sizin şəxsi probleminizdi, heç bir zaman ananızla bölüşməyin. Ona yazığınız gəlsin. Balasının əzab çəkdiyini görən ana bunu daha ağır keçirir. Nə vaxtsa mənfi hadisələr sovrulsa o, sizin heyat yoldaşınızı hec zaman bağışlamayacaq. Ona görə ehtiyatlı olun!
Ən təhlükəli qadınlar  ən yaxın sayılan rəfəqələrdi. Onlar size təsəlli verib arxanızca pislik edə bilərlər. Kim bilir - bəlkə elə sizə rəqib qadin  sizin ən yaxın sayılan rəfiqənizdi?!
Əgər situasiyaya hərtərəfli baxmaq istəsəniz  psixoloq konsultasiyasından isitfade edin. O size obyektiv qiymətləndirmədə kömək edə bilər.
Və sonda...
Müdrk insan demişdi:  Bu da keçəcək.
Qəlb ağrısı - rahatlıqla əvəz olunacaq və siz bu hadisəni gülər üzlə xatırlayacaqsınız.
Sizə uğurlar.


Şərhlər: 17
Baxılıb: 1124
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Aysu Tagızadə
Bilmək olmaz həyatımın necə olacağı.Ancaq bağışlaya bilmərəməm..
18 avqust 2015 10:48
# 17
ALESSANDRA
Allah uzaq etsin hemen gunu onu oldurerem!
evvelceden danisdim)
17 avqust 2015 20:16
# 16
Don't trust anyone ∆
vipbetul
eriniz xeyanet edibse utandirin sonrada onu sonsuzad dek terk edin
17 avqust 2015 12:36
# 15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
WiRiN BaLaM
Xəyanətlə üzləşməyənlər üçün qıraqdan məsləhət vermək çox asandDI

bİR İNSANIN NƏLƏR ÇƏKDİYİNİ O İNSANDAN BAŞQASI ANLAYA BİLMƏZ )))
16 avqust 2015 18:26
# 14
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Catwoman666
Xəyanət bağışlanmaz. Bəlkə bağışlanar, amma hər zaman qadının (və ya kişinin) ürəyində bir şübhə, bir inamsızlıq olacaq.

...666...
16 avqust 2015 17:29
# 13
"All men must die, but we are not men"

Daenerys Targaryen
MODABAZ
Xeyaneti mence hec bir qadin bagislamaz hec kesede qismet olmasin ama en cox kisilrr xeyanet edir
16 avqust 2015 14:33
# 12
Heyata daim gulmek lazimdii
Dosta_inam
Allah hec bir xanimi xeyanetle uz-uze qoymasin, Amin Insaallah.
Adi bele incidir insani neinki ozu, xeyanet cox pis seydir.
16 avqust 2015 08:45
# 11
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
efsane..
yazida cox asanca qeyd olunub amma bunu qebul etmek asan mesele deyil
16 avqust 2015 01:54
# 10
Milawka18
bu heyatda bagiwlamadigim tek wey xeyanetdir...
16 avqust 2015 01:35
# 9
toya hazirlaşıram))) Subay qizlarmız üçün olsun
meni_gozle
hele xeyanet sozunu ewidende cin vurur beynime bagiwlamaqdan sohbet gede bilmez
16 avqust 2015 01:28
# 8
14MsM
olur her ailede soz sohbet ovlad cun yola vermek lazimdi ele ozumuz ailemizcunde ama qadin isteyiremki erini dogru yola yonetsin biraz sebr etmek lazimdi seyfini onun bawa duwebileceyi dilde bawa salmaq lazimdi bir de bu realqdi ki xeyanete bezen qadin sebeb olur bezi herxetleri ile nese sevmek aile qurmag asandi onu qorumag ise her kiwi qizinin iwi deyil cox wukur ailem var men ozumden awagi baxib wukur edirem cox wukur bu gunume minwukur menimde cetin vaxtim olub ama yene wukur
16 avqust 2015 00:21
# 7
yarpaq33
Xeyanet pis weydi Allah hec bir qadina yawatmasin
15 avqust 2015 23:50
# 6
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnci
Bilirsiz mence bagislanmalidi xeyanet arada usaq var axi onun ne gunahi var dost tanis ata deyib fexr edende o 1 kuncde qalsin.menim baıdizim eri xeyanetrtdi deye evden qovdu masinini sindirdi 2aydan sora barisdi allah hec kimi ata eline mmöhtac etmesin ona gore qadinlar 1az agil isletmelidirler
15 avqust 2015 23:39
# 5
Her gulusun arxasında bır keder vardır
Fialka
Ailədə bir çox söhbətlər ola bilər heç kəs heçnədən sığortalanmayıb ancaq qadın düşdüyü vəziyyəti öz xeyrinə çevirə bilər sadəcə burda qadının ağıllı və təmkinli birdə dəlisov və qısqanc olmasıyla vəziyyət dəyişir )) ...
15 avqust 2015 23:24
# 4
Turkan Abbasova
O xeyanet eden kişini gorum ele hala qalsin ki yuxusuna kabuslar girsin. Rahat yuxu uzune hesret qalsin. Yaziq o qadının halına. Onun goz yaşlarına dəyərmi heç . Axi kisiler halalca arvadlarıni qoyub onun bunun artiginin daliyca niye düşürlər. BUNU anlamaq cetindi. Allah hec bir qadına yasatmasin bu hissi. Rebbim xeyanet eden kisinin de başqasının yuvasını yıxan o murdar ifritelerinde cəzalarını versin
15 avqust 2015 23:16
# 3
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
VIP
Allah hec bir qadını xəyanətlə qarşılaşdırmasın.Pis haldı.Oxuyanda pis oluram.Nəinki edərsə.
15 avqust 2015 23:07
# 2
Başımın üstündə Allah,yanımda ailəm olsun.
BARBI
Xeyanet bagislanilmazdir. Kisiler xeyanet edirse oz ailesine ovladlarina xeyanet edir. Kisilerin xeyaneti yalniz ozunu alcaltmasidir.
15 avqust 2015 23:07
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz