Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadın xəyanət edərsə...
Qadın xəyanət edərsə...
Göndərən: Nazlı_qız
Şərhlər: 10
Baxılıb: 964
Səs ver:
Hər zaman bəşəriyyəti və ən əsas kişiləri bu sual düşündürüb. Qadınlar nə istəyir? Belə məndən konkret cavab soruşulsa, qısa və şablon bir cavab verərdim: Böyük fəlsəfəyə ehtiyac yoxdur. Qadınlar sizin onların nə istədikləri sualını düşünməniz əvəzinə, sadəcə sevməyinizi istəyirlər. Anlamağa çalışmayın, sevin. Amma illah ki, bu sualın cavabını tapmaq istəyirəm deyirsinizsə, sizə italyan rejissor Vittorio de Sika-nın bir filmi əsasında izah verə bilərəm. Filmin adı "Woman Times Seven”-dir (Yeddi dəfə qadın). Bir yazar yoldaşla qəhvə içərkən qadınlara bağlı söhbətimizdə həmin filmə baxmağımı tövsiyyə etmişdi. Film yeddi qadın obrazının yeddi qısametrajlı filmdə birləşməsidir. Hər qadın bir xarakterimizi ortaya qoyur. Komediya-dram janrında çəkilən bu filmin ilk obrazından qadınları "kəşf” etməyə başlayaq.

1. Filmdə ilk obraz ərini gənc yaşda itirən Paullettanın elə ərinin dəfn mərasimindən olan kadrlarla başlayır. Bu qadın ərinin vəfətına necə yandığını, onu necə sevdiyini göz yaşları, ah-naləsi ilə göstərməyə çalışarkən ailə həkimlərinin yolda, dəfnə gedərkən qadını "təsəlli”etməsindən onun xeyli məmnunluğu aşkarca görünür. Eyni zamanda Fransa küçələrində tabutun arxasınca dəfnə gedən hər kəs ayağını kiçik bir su çuxuruna basır. Amma bu ah-naləsi "göyə ucalan” , özündə olmayan qadın nədənsə həmin çuxuru o hayında belə diqqətindən yayındırmır. Ayağını bir misqal da suya bulaşdırmadan keçir. Bu qadının nə qədər şeytani və süni olmasını açıqca göstərir.

2. Mariya Tereza gec saatda əlində "çemodan”ları ilə haradansa evinə gəlib, ərinə surpriz etmək niyyəti ilə gizlincə qapını açıb, yataq otağına keçir və yatmış olan ərini öpür. Bu dəmdə ər ilk əvvəl onu öpən arvadı yox, məşuqəsi olduğunu sanıb xoşallanır. Daha sonra arvadının "əzizim” deməsi ilə səsə ayılıb, birdən xatırlayır ki, bu qaranlıq yataq otağında yanında arvadının rəfiqəsi olan məşuqəsi ilə yatır. Kişi qorxusundan yerinin içində çığırmağa başlayır. Arvadı işığı yandıranda rəfiqəsini ərinin yanında görüb bu mənzərədən dəliyə dönür. Əvvəl evdə qırılacaq nə qədər əşya vardısa hamısını sındırıb, dağıdır. Daha sonra gecənin qaranlığında evdən qaçır. Əri elə gecə geyimi ilə onun arxasınca düşsə də, onu tapa bilmir. Qadın gecə ürkərək yolun kənarında dayanan yüngül əxlaqlı qadınların yanına gedir. İlk olaraq ağlından ərinə xəyanət etmək keçsə də, bunu bacarmır. Fahişələr ona çox qayğıkeş münasibət göstərir. Və qadını öz tanışlarından birinin maşınına əyləşdirib, onu sadəcə evinə aparıb qoymasını tapşırırlar. Qadının evinin önündə əri bunu görür və onu gətirən kişiyə bozarmağa başlayır. Həmin kişi də maşınından enib onun ərinə bir yumruq vurması ilə Marianın əri yerə tirtap olur. Maria Tereza isə xəyanətini gözü ilə gördüyü ərinin yanına qaçır. Bir yumruqla nəsə olacağını zənn edir və ağlayıb, onu əzizləməyə başlayır. Bu da qadın ürəyi və sədaqəti.

3. Linda tərcüməçi və savadlı qadındır. Kişilərin zəif xüsusiyyətlərindən istifadə edərək ələ salıb, həyatını öz istədiyi kimi yaşayır. İş "party”-sində ona vurğun kişilərdən biri rəqs zamanı; Ax Linda, Linda... Linda, mən bütün ömrüm boyu sənin adını söyləmək istəyirəm- deyir. Linda da soruşur ki, sən doğurdan bütün ömrün boyu mənim adımı çəkmək istəyirsən? Kişi cavab verir ki, bəli, bütün ömrüm boyu. Linda isə donuq və bu nə axmaqcadır mimikası alır və cavab verir: Dəhşət! Sanır ki, Linda da çox qadınlar kimi bundan feyzyab olacaq. Amma nəticə gözlənilən kimi olmur. Yəni intellekli qadınlar pafoslu romantikanı loru dildə desək, axmaqlıqdan başqa bir şey hesab etmirlər. Bu qadınlar az təsadüf olunan və cəsarətli qadınlardır.

4. Edit obrazı dramatik və faiz etibarı ilə çox rastlanılan, fədakar qadınlardır. Əri yaradıcı adam olan qadın özünü sevdirmək, sevdiyi adamın maraq dairəsində olmaq üçün onun əsərlərində yazdığı obrazlara bənzətməyə çalışır. Dəyişik və anormal hərəkətlər edir. Özünü başqa qadınlarla müqayisə etməsi və küçümsənilməsi onu təngə gətirir. Amma bir qadın özü kimi olmadan nə qədər çalışsa da, başqa qadınlar kimi cəlbedici ola bilməz. Edit sadəcə bunu anlamır. Eyni zamanda ərinə olan sevgisi də tükənmir. Onu ələ almaq üçün çıxmadığı hoqqa, etmədiyi fədəkarlıq qalmır. Bu da ərinin onun ağlını itirdiyini düşünüb, evə psixoloq çağırması ilə nəticələnir. Ümumiyyətlə qadın həqiqətən, dərindən sevəndə gerçəkdən də ağlının idarəsini itirir. Bir az şiziklik, bir az uşaqlaşma və s. kimi xoşagəlməz tərəflər meydana gəlir. Qadın kişidən çox sevəndə həm daha çox təhlükəli, həm də daha çox fədakar olur. Editin sonda bir cümləsi var. Deyir: "Mən dəli deyiləm, sadəcə sevirəm!” Əslində bu söz mənim bu qədər cəfəngiyat izahıma bədəldi.

5. Eva özü üçün sifariş etdiyi geyimi tanıdığı digər bir qadının alıb, ikisinin də gedəcəyi eyni gecədə geyinəcəyini öyrənəndə əvvəlcə modelyerlə qırğın edir. Sakitləşməyib digər qadının ərinə zəng etdirir ki, bəs sizin arvadınız o geyimi geyinə bilməz. Amma bu biri qadın da dişli çıxıb onu vecinə almayıb, geyinəcəyini deyir. Geyimi ilk sifariş edən Eva digər qadının həmin məclisə gələcəyi maşına yüngülvari partlayış etdirir. Amma sonda həmin məclisə bu qadınlardan xeyli yaşlı bir qadın o geyimdə gələndə Eva hirsindən dəliyə dönüb salonu tərk edir. Vəziyyət bir az şişirdilmiş formada göstərilsə də, rejissor bir qadın üçün eyni geyimdə bir məclisdə olmağın nə qədər faciəvi bir şey olduğunu nəzərə çatdırır. Heç eyni geyimi geyindiyi üçün dalaşan kişi gördünüzmü? Bu da qadın eqosunu göstərir.

6. İkisi də birlikdə intihar etmək istəyən kişi və qadın obrazları. Qadın ərindən, kişi də yaşlı arvadından təngə gəlib, bir otel otağında özlərini öldürməzdən əvvəl səslərini diktafona yazdıraraq, niyə bu intiharı etdiklərindən danışırlar. Bizim ağlımız başımızdadır. Dəli zad deyilik, həyat gözəldir. Amma insanlar çox iyrəncdir və s. kimi, qərəz, ürəklərin boşaltdıqdan sonra gəlinlik və bəylik kostyumunu geyinib ölməyə hazırlaşarkən sevişməyə başlayırlar. Ardından əyinlərini geyinib necə öləcəklərini düşünəndə Meri hamam otağına keçir. Bu dəmdə kişi qadından gizli intihardan vaz keçib, qaçmaq istəyəndə birdən hamamın pəncərə şüşəsinin qırıldığını eşidir. Amma düşündüyünüz kimi qadın intihar etmir, kişidən əvvəl qaçır. Statistikaya əsasən daha çox qadınlar intihardan danışsalar da, kişilərə nisbətdə daha az meylli və qəti məqsədli olurlar.

7. İki rəfiqə şəhərdə görüşərkən onları yaraşıqlı bir bəyin izlədiyini görürlər. Jean əvvəlcə bu vəziyyətdən məmnun olmur. Rəfiqəsi isə bunun romantik olduğunu deyir. Jean onun heç yaxınlaşmağa cəsarəti yoxdur, nə romantikası deyəndə, rəfiqəsi də; "Aha, siz bir-birinizə oxşayırsınız bu mənada. Heç sənin də ərinə xəyanət etməyə cəsarətin yoxdur.”- deyir. Jean öz növbəsində mən hələ ərimdən yaxşısı ilə qarşılaşmamışam cavabını verəndə, rəfiqəsi kinayə ilə gülür. Yollarına davam edirlər. Sonra oturub qəhvə içirlər və hara gedirlərsə bu adam da onların arxasınca gedir. Xanımlar qərar verirlər ki, yollarını ayırsınlar. Adam kimin ardınca gəlsə, evə çatanda zəngləşib nə baş verdiyini bir-birinə danışarlar. Kişi Jeanın ardından ayrılmır. Artıq bu vəziyyət Jeanın da xoşuna gəlməyə başlayır. Düz evinə kimi Jeanı izləyir. Və Jean evinə çatanda xoşbəxtcəsinə ərinə aldığı "hədiyyə”ni verib (Filmə baxsanız hədiyyənin nə olduğunu görəcəksiniz), qaçaraq pəncərənin önünə keçir. Onu izləyən kişi onların pəncərəsinin altında gözləyir. Jeanın əri Jeana hara getdin, günün necə keçdi kimi suallar verir. Jeansa tez-tez cavablayıb ərini başından etməyə çalışır. Bu dəmdə Jeanı izləyən adam telefon köşkünə yaxınlaşıb, harasa zəng edir. Nə təsadüf ki, Jean gilin evlərinə də zəng gəlir. Gözü pəncərədə olan Jean heç telefona tərəf də baxmır. Əri gözləyirmiş kimi dəstəyi qaldırır. Kimləsə xısın-xısın danışaraq: -Kimlə? Həə, rəfiqəsidir. Kofe içdilər, sonra da evə gəldi? Hə əla, elə mənə də belə demişdi. Və bayaqdan onu izləyən adam telefon köşkündən çıxıb, pəncərəyə tərəf baxmadan iti-iti addımlayaraq yolun izini tutur. Bəli, dedektivin cavabından xoşbəxt olmuş ər, dedektivin çıxıb getməsinə üzülən arvadını qucaqlayaraq; "Mən səni sevirəm, Jean”-deyir. Burada rəfiqənin şeytaniliyi, digər tərəfdən də bir qadınla kişi məntiqinin arasındakı fərq göstərilir. Yəni Jeanın arxasınca düşən bir kişinin hərəkətindən gəldiyi qənaət yalnız bu olur. O, məni bəyənir.

Çox qadınlar belədirlər. Kişi bir davranışı tamam başqa niyyətlə edər, qadınsa özünə götürüb, məni sevir deyə düşünər. Sonda qeyd edim ki, əziz bəylər, bilin ki, ən düzənbaz kişini də sevmək olar. Hə, hə elə bu mənfi cəhətlərinə görə də sevmək olar. Vallah olar, inanın mənə. Biz qadınlar elə ən çox düzənbazları sevirik. Amma hərtərəfli gözəl insandı, yaxşı biridir dediyimiz adam gözlənilmədən bir əclaflıq etdisə, tullayın getsin. Özünüzü zorlamayın. Odur ki, ya əclaf olun, ya da birdəfəlik adam. Yəni nə edim qadın razı qalsın, onu necə anlayım düşünməyi bir kənara qoyub, olduğunuz kimi davranın. Və bizi anlamağa çalışmayın, sadəcə sevin. Qadınlar hərəsi bir xarakterə sahib olsalar nə var idi? Başa düşürəm, çətindir. Amma ondan da çətin olan bu yeddi xüsusiyyət, xarakteri bir qadında cəmlənməsidir. Bir də onu qeyd edim, hər zaman daha çox qadınlar tərəfindən deyilir ki, niyə kişilər xəyanət edir və onları bağışlamaq olar, bizi yox? Aydınlıq gətirim. Psixoloqlar deyir ki, kişi xəyanət edirsə bu biolojikdir. Kişi heç bir səbəb olmadan, sevdiyi qadın olduğu halda belə xəyanət edə bilər. Bu onların sevdiyi qadına olan sevgisinin öldüyü və ya zəifliyi demək deyil. Amma bir qadın həyatında əri, sevgilisi olduğu halda xəyanət edirsə, mütləq bir səbəb vardır. Kişilər xəyanət edən qadını günahlandırmaq haqqına sahib deyillər. Çünki qadın həyatındakı kişiyə xəyanət edibsə, mütləq səbəbkar o kişinin özüdür. Qadın maksimum dözümlüdür. Maksimum ümid edir. Amma əgər ərinin onu aldatması, qayğısızlığı, sevgisizliyi, cinsi istəklərini önəmsəməməsi kimi əskiklik hiss edirsə, qadın bir yerdə tükənir ki, xəyanət edir. Amma xəyanət etmiş qadını bağışlamaq da düzgün deyil. Bu mənada ki, mən demirəm cinayət işi törədin, baş kəsin. Əsla! Qəti surətdə bu haqqa sahib deyilsiniz. Hələ ki, vicdanınızla bir qadını xəyanətkar etmənizin xəcalətini çəkməlisiniz. Bu mənada bağışlamayın ki, qadın xəyanət edibsə, demək o sizdən gedib. Lap bağışlasanız, lap yanınızda qalmaq istəsə belə bu həm qadının, həm də sizin özünüzü aldatmağınızdan başqa bir şey demək deyil. Cəmal Sürəya demişkən hələ də sizin yanınız uzanan, mətbəxinizdə yemək bişirən qadın sizdən getməmiş deyil. Bir qadın susmuşsa, çoxdan getmişdir. Qadınınız hələ də sizə acıqlanır, dalaşır, deyinir, nəyisə oturub danışmaq istəyirsə, eeeh, başladı yenə bu dır-dır deməyin. Buna sevinin. Bu o qadının hələ də sizin qadınınız olması deməkdir. Bir şeyləri yoluna qoymaq çabası, ümididir. Qadınları anlamağa çalışmayın, sadəcə sevin. Kişilərin hamısı eynidir, qadınsa individualdır. Bu səbəbdən onsuz da anlamayacaqsınız. Bekar olsanız filmi bir də öz nəzərinizlə izləyin.


Şərhlər: 10
Baxılıb: 964
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
ne kisinin nedeki qadinin xeyanetini baqislamaq olmaz,Jeanin erinin jeana inanmiyib dedektiv tutmasinidan Mariya Terezanin erinin xeyanet etmesine qederburda en cox beyendiyim Linda olduki butun qadinlara onun kimi olmaqi dileyirem
26 iyul 2015 16:47
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
1205
Xeyanat her weyden evvel gunahdi.ister qadin ister kiwi ona halal olan biri ile kifayetlenmelidi
26 iyul 2015 16:43
# 9
efsane..
qadin kisi ferq etmez xeyanet pislikdi filmde maraqlidi dunyadaki insanlar hamisi ferqlidi
26 iyul 2015 15:50
# 8
neri
hee burda eva obrazi menem cunki bityerde oz paltarimdan kimdese gorsem deli olaram sukur hele gormemusem.oncyn tikdiritem .qadinlara geldikse duzdy kisiler qadinlari anlayamaz cunki biz qadinlar bezen ne dusunduyumuzu isteyimizi bilmirik.sadece kisiden sevgidem baska hecne istemirik belkidd baskalari istiyr amma men istememisem.sadece meni sev demisem.
26 iyul 2015 10:05
# 7
Sert
WiRiN BaLaM
sonda yazılanlarla razıyam...ama heç bir halda nə qadına nədə kişiyə xəyanəti yaraşdırmıram...xəyanət xəyanətdi heç bir səbəblə heçkimə haqq qazandırmır .
26 iyul 2015 02:26
# 6
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Niquw Abdulayeva
Oxumaqa sebrim catmadi. Umumiyyetle ister kisinin istersede qadinin xeyanetine yaxsi baxmiram
26 iyul 2015 01:47
# 5
Gul_Konul
Oxudum tesirlidi.. qadini izletdiren kiwi onun eve geldiyine gore sevinib, ama qadinin fikrinnen kecense baeqa weymiw..
Menim fikrimce hec fikrile bele xeyanet etmemelidi neinki bedenile
26 iyul 2015 00:48
# 4
qanadli melek
Qadina xeyanet hec vaxt yarawmaz
25 iyul 2015 23:45
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
ayka95
cox pis baxiram qadinin xeyanetine
25 iyul 2015 23:42
# 2
BARBI
Qadinet etmesine cox pis baxiram. Qadin ailesine bagli olmalidir. Xeyanet qadina yarasan hereket deyil.
25 iyul 2015 23:20
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz