Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilər niyə xəyanət edir?
Kişilər niyə xəyanət edir?
Göndərən: Nazlı_qız
Şərhlər: 23
Baxılıb: 1385
Səs ver:
Bu mövzu yaşadığımız dövrdə çox aktualdır və yəgin ki, həmişə aktual olaraq qalacaq. Əksər qadınlar isə bu suala birmənalı cavab verirlər: çünki onlar kişidirlər. Elə kişilər özləri də təbiətin onlara verdiyi bioloji və fizioloji xüsusiyyətləri həmişə bəhanə olaraq gətirirlər.  

Yəgin ki, heç bir qadın deyə bilməz ki, onun sevgilisi və ya həyat yoldaşı ona heç vaxt xəyanət etməyib. Maraqlı həm də ondadır ki, qadının kim olmasının, onun sosial vəziyyətinin, tanınmış olub-olmamasının heç bir əhəmiyyəti yoxdur, dünyanın ən gözəl, ən varlı, ən tanınmış qadınları belə kişilər tərəfindən aldadılıblar. Ona görə də bunu faciə eləməyə dəyməz, siz xəyanətlə qarşılaşan yeganə qadın deyilsiniz.  

Səbəblər
Əslində isə mövzunun kökü daha dərindir. Səbəb yalnız konfliktlər deyil, ən yaxşı və sabit münasibəti yaşayan qadınlar da xəyanətlə üzləşə bilər. Səbəblər isə çox müxtəlifdir; məsələn, əgər kişi lazımi diqqət almırsa, intim münasibətlər onu təmin etmirsə o, mütləq yenilik axtarışında olacaq. Məişət problemləri, səs-küy onu bezdirib və o, rahatlıq, sakitçilik və isti qucaq axtaracaq. Maraqlı və başa düşülməyən səbəblərdən isə "Bütün kişilər aldadır, mən niyə geri qalım?” prinsipiylə yanaşanlardır.


Əlbəttə ki, bu, riyaziyyat deyil və dəqiq əlamətləri olmasa da, təxmini olaraq aşağıdakılar sizə şübhələnməyə əsas verir:

1.   Sizə qarşı kəskin və səbəbsiz soyuyub, sizinlə artıq heç nəyi bölüşmür

2.    Son zamanlar çox "məşğul” olmağa başlayıb və işdə çox vaxt keçirir

3.    Kompüter və mobil telefonuna parol qoyub

4.   Telefonunu əlindən qoymur və hətta tualetə gedəndə belə özü ilə götürür

5.    İntim yaxınlıq etməkdən qaçır

6.    Görünüşünə daha çox fikir verməyə başlayıb, yeni tərzdə geyinir və s.

7.    Əvvəlkindən daha çox pul xərcləyir, amma hara xərclədiyi bilinmir

8.   Hər şeydən narazıdır və heç bir səbəb olmadan sizi incidir və konflikt yaradır

9.   Maşınında, ciblərində sizə tanış olmayan əşyalar tapırsınız və s.

Xəyanətlə qarşılaşmaq istəmirsinizsə
İstənilən münasibətlərdə, xüsusilə kişi-qadın münasibətlərində özünə hörmət çox vacibdir, yalnız özünə hörmət etdiyiniz və dəyər verdiyiniz halda qarşındakı sizə hörmət edəcək. Kişini əldə saxlamaq üçün çəkəcəyiniz əziyyətləri boş verin, ən yaxşı üsul özünüzə qoyacağınız sərmayədir. Sərmayə sizin həyat tərzinizdən asılı olaraq dəyişir. Görünüşünüzü həmişə gözəl saxlamayağa çalışın, əgər iş qadınsınızsa özünüz üçün məqsədlər təyin edin və onları həyata keçirin. İnkişaf edən qadın həmişə kişilərə maraqlı olur və onu itirmək qorxusu kişidə həmişə olacaq.

Kişinin sizi itirmək qorxusu yoxdursa, bu, çox hallarda onun sizinlə istədiyi kimi rəftar etməsinə, o cümlədən də xəyanət etməsinə səbəb olacaq.

Yox, əgər sevdiyiniz artıq sizə xəyanət edibsə, isterikaya düşməyə dəyməz, heç vaxt və heç bir halda özünü alçaltmayın, ona yalvarmayın və qətiyyən zəif olduğunuzu göstərməyin. Xəyanətdən sonra nə edəcəyinizi isə soyuq başla düşünün, gözləyin gərginliyiniz keçsin, çünki bu vəziyyətdə verəcəyiniz qərar düzgün olmayacaq, sonra peşman ola bilərsiniz.


Şərhlər: 23
Baxılıb: 1385
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nergizz
Sitat: Ewqin
Nergiz baci orda yaza bilmedim nedense

ewqin bacim,her xebere werh yaz yuz werhin olsun wexsi msjdari oxuya bilesen yaiwaq,
3 iyul 2015 22:43
# 23
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Nergizz
Sitat: Ewqin
Ozunden ustu ortulu soruwdum yox ele wey yoxdu dedi and verdim and icmedi eseblewdi aciladi mende dava boyumesin deye her weyi bildiymi demedim

sohbet otagi var ora gele bilersen bacim? yuxarida cat yazlib ora,
3 iyul 2015 14:39
# 22
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Nergizz
Sitat: Ewqin
Menim heyat yoldawim axir vaxtlar yuxuda daniwirdi, telefonunun parolunu gunde deyiwirdi whatsappdan hec cixmirdi arawdirdim oyrendim bildimki mene xeyanet edir. Ama bele weyleri ona deyende biraz aqressiv olur. Xeyanetini oyrendiymi nece deyeceymi bilmirem indi. Mene komey edin xahiw edirem

burdasan bacim?

xeyanet oyrenende caliwin demeyin,,eger ayrilmaq fikriniz yoxdusa,ozunuzu bilmemezliye vurun,,cunki kiwi bilendeki qadini bilir onun xeyanet etdyin onda dahada rahat olurki,,ewi bilirdee,,,
3 iyul 2015 14:32
# 21
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Mrs.Pianist
Esl kiwi ele wey elemez!
2 iyul 2015 19:38
# 20
Acısı çox olan qizların guluşu gozel olur.!
aliceWOnDer
Cunki xeyanet eden adamin seviyyesi olmur edir..!
2 iyul 2015 13:55
# 19
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
wenikmurik
cox wukr ERIMDEN RAZIYAM AXRAkimide ele olsun.. ALLAH hec gostermesin hec bir qadina..cox cetin olar xeyaneti bagiwlamaq ..ama ele kiwiler varki hem xeyanet edr hemde arvadi wubhelenmesindeyeonu yaxsi saxliyir her nazi cekirki bilmesin..ama axr evvel ustu acilir herweyin
2 iyul 2015 12:09
# 18
Bugunume wukr!
tatyana
butun kisiler edir xeyanet,hec bir qadin hec vaxt demesinki menimki etmezzz,menimki etmez demekle insan ozunu basqasinin gozunde aptal yerine qoymus olar,insan ovladina etibar etmek olmaz sohbet insan nefsine geldikde,cunku ilk defeden cennetde yaranmis ilk insan(Adem ve Hevva) nefsinin ucundan allahin emrini pozdu,allahin yemeyin dediyi meyveden seytana uyaraq,nefsine uyaraq yediler,burda balaca qizlarimiz yazirki bes atalarimiz,atalarimiz deyerkende unutmuyaqki onlar bizim gozumuzde ata,basqa qadinlarin gozunde kisidir,neyise bu xeyanet temasi hemise burda uzun serhlere sebeb olur,cox yazmaq olar faktlarla, delillerle.menim gozumde,menim alemimde esil qadin,guclu qadin,en esasi agilli,zekali qadin kisiye inanmiyan qadindi,ozunu hec vaxt kisinin gozunde gucsuz gostermiyen qadindi.yenede allaha tapsiraram men xeyanet zamani,cunku guveniremki allah cezasini verer xeyanetkarin,cunku xeyanet allaha meqbul islerden deyil.
2 iyul 2015 08:29
# 17
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
Dosta_inam
Vallah ele kişiler var ki,ele xeyanet edir ki,yoldaşına,heç ruhuda incimir,neinki evdeki xeber tutsun,tebii ki,hamısına aid deyil,son nefesine kimi ailesi ile nefes alan kişilerde var.
2 iyul 2015 06:28
# 16
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
GünƏşimƏ_AiD_
Sitat: Asya Müslümova
Elə bir kişi yoxdu ki o qadınına xəyanət etməsin bu mümkünsüzdü.hansı qadın ki deyir mənim yoldaşım mənə xəyanət etmiyib o bilməlidir ki onun dünyadan xəbəri yoxdur.bəzi arqumetnlər gətiriri ki kişilər pinti qadından,çox danışan qadından,evdə uşağın səs-küyündən bezir və nəticədə də xəyanət edir.Qəbul edən kişi o qadını pinti halıylada sevir və onu kiməsə dəyişmir.Mən elə insan tanıyıram ki qadın nə pintidi əksinə kifayət qədər baxımlı və gözəldir,olduqca şirin dillidir və artıq o ailənin nəvəsi var amma kişi yenədə xəyanət edir ədəb ərkannanda gəzir! kişilərin qanənda var,tez bezillər bir qadından,əlləri çatana kimir çətini sonra başqa tam axtarıllar.Burda da yük yenə düşür qadının çiyninə dözməlidir,yola verməlidir,sifət etməməlidir,şirin dil olmalıdır.Bir sözlə bu yolda qadınlara səbr dözm irədə arzulayıram,ucuz münasibətə görə gəlin ailəmizi başsız,uşağımızı atasız böyütmüyək!
Catwomanin dediyi kimi eger butun kisiler xeyanetkardirsa onda atalarimiz???Bezi xeyanet eedenlere gore butun kisilerin adini batirmaq olmaz Xeyanet eetmeyen kisi yoxdur demek lazim ddeyil. Sadece nefsine hakim ola bilmeyen insanlar vardir.
2 iyul 2015 01:59
# 15
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Catwoman666
Esl kisi dediyin xeyanet elemez halalina. Eliyen de kisi adini batiran kisiciklerdir!!! Unutma ki bizim de atamiz var. Onlar anamiza xeyanet edib??? Bezi "kisiciklere" gore butun kisilerin adina ssoz ddemek olmaz. Ona qalsa bezi "yolda dduranlara" gore de butun qadinlar eledi??? Bu neyin kafasi yaaa

Sitat: Catwoman666
Esl kisi dediyin xeyanet elemez halalina. Eliyen de kisi adini batiran kisiciklerdir!!! Unutma ki bizim de atamiz var. Onlar anamiza xeyanet edib??? Bezi "kisiciklere" gore butun kisilerin adina ssoz ddemek olmaz. Ona qalsa bezi "yolda dduranlara" gore de butun qadinlar eledi??? Bu neyin kafasi yaaa

offf unutmayin evezine unutma yazmisam
2 iyul 2015 01:45
# 14
"All men must die, but we are not men"

Daenerys Targaryen
WiRiN BaLaM
Burda yazılanların hamısı mənim yoldaşımda var........sadəcə Allah deyirəm Allah özü bilən məsləhətdi.
2 iyul 2015 01:43
# 13
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Antikvar
Hər zaman belə mövzuları oxuduqda əsəbləşirəm çünki yenədə qadının əzilməsi hor görülməsi bir daha buna sübutdu.Xəyanət etməyən kişi var?Varsa halal olsun ,mənimdə yoldaşım mənə etmir deyirəm hələki amma gələcək nə göstərəcək bilmirəm.Amma bizim millətlərin qanlarında var o bataqlıqda özlərini rahat hiss etmələri,insan utanır daha hansı bir idarəyə yollan azərbaycan qadını və kişisi görsə döyəcəklərmiş kimi baxırlar..səbəb?Sizin millətin kişiləri aldadan millətdilər bizləri dolayıb atırlar demirlərdə,biz Azəri qadınlarını alçadırlar niyə?Çenki bizim millətin kişiləri özləriddi səbəbkar özləri öz millətinin namuslu,təmiz həyat yoldaşlarını saxlayıb dərmanlarını küçə pozğun qaddında tapırlar...Sonra hansısa pozğunlar bizim millətin qadınları üçün başqa nəğmə oxuyur.Bir şərəfsiz tanıyırdım burda həyat yoldaşı uşaqıyla balnıssada yatırdı,uşaqın anası bu şərəfsizə zəng etdikdə götürmür niyə? pozğun qadınla barlarda oturub kef çəkir,cibində bir köpüyü belə olmayan onun bunun qapısında yatan şərəfsizə pozğun qadın nə desə yaxşıdı?Bəlkə götürəsən uşaqıva birdən nəsə olar..görürsünüzmü küçə qadının dillərinə möhtac qalıblar əsas həyat yoldaşının ,uşaqının taleyi ,elə kişinin sonu birdəfəlik köçmək oldu bu şəhərdən,onsuz elələrinin sonu ancaq ac susuz yaşamaq olur...İnsan ağıllı başında ailəcanlı olsa ailəsini fikirləşən olsa pnda bir düşünər nəyə görə evdə öz sevdiyim təmiz yoldaşım qalarkən başqalarına toxunum ,sonra o çirkinlik ilə evdəkinə zarazit edim?Hər nəysə çox sözlər yazıb doldurmaq olar buranı əyər yazmaqım ilə bir irəlləyiş olarsa kitab çıxardaram təki halalca qadınını qəlbini ruhunu incitməsinlər...
2 iyul 2015 00:49
# 12
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
ell.nell
Mene hec kim inanmaya biler.amma bizimki etmez heyatında etmeyibde .ondan tektukdur bu heyatda....amma etsede problem etmerem men.bezen özüm deyirem.qinayardız meni belkede.men deyirem belke edesen.ammabilirem heyatda olmaz..

Coxunuz belkede hec birinuz inanmayacaqsınız.menimki heyatda etmeyib etmezde ....ondan tek tukdur heyatda...qınaya bilersiz meniki cox safam eksidi ele edirki bilmirsen.amma men yaşayıram bilirem adım kimi eminem...
2 iyul 2015 00:21
# 11
Tomris Müslümova
Elə bir kişi yoxdu ki o qadınına xəyanət etməsin bu mümkünsüzdü.hansı qadın ki deyir mənim yoldaşım mənə xəyanət etmiyib o bilməlidir ki onun dünyadan xəbəri yoxdur.bəzi arqumetnlər gətiriri ki kişilər pinti qadından,çox danışan qadından,evdə uşağın səs-küyündən bezir və nəticədə də xəyanət edir.Qəbul edən kişi o qadını pinti halıylada sevir və onu kiməsə dəyişmir.Mən elə insan tanıyıram ki qadın nə pintidi əksinə kifayət qədər baxımlı və gözəldir,olduqca şirin dillidir və artıq o ailənin nəvəsi var amma kişi yenədə xəyanət edir ədəb ərkannanda gəzir! kişilərin qanənda var,tez bezillər bir qadından,əlləri çatana kimir çətini sonra başqa tam axtarıllar.Burda da yük yenə düşür qadının çiyninə dözməlidir,yola verməlidir,sifət etməməlidir,şirin dil olmalıdır.Bir sözlə bu yolda qadınlara səbr dözm irədə arzulayıram,ucuz münasibətə görə gəlin ailəmizi başsız,uşağımızı atasız böyütmüyək!
1 iyul 2015 23:43
# 10
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Bu mövzuda çox danışmaq olar əsas məqam kimi bircə onu demək olar ki, xəyanət edən kişinin xəyanət etməsində iki səbəb rol oynaya bilər, biri kişinin o xislətdə olması biridə evləndikdən sonra dəyişən ( təbii yaxşı tərəfə deyil) qadındır. Ancaq hər iki halda kişi günah sahibi olur orası dəqiqdir. Ancaq qadından hər şey asılı olmasada çox şey asılıdır . Qadın öz güvənini qürurunu heç vaxt itirməməlidir...
1 iyul 2015 23:37
# 9
GünƏşimƏ_AiD_
Mence eyer kishi ozu gezeyendise onu hec kes saxlaya bilmez..yox evvele ele bir shey yox idise ele sevgili flan oldiqdan sora edorse ondan gunah qadindadi.oqlanlar rahatliq sevir huzur dolu ev sevir eyer sobet evlilikden gedirse yox arvad deyinsin flan onda kishide huzuru bashkasinda tapar ve xeyanet eder.tebiki bu menim shexsi fikrimdi..onsizda oqlanin caninda varsa edecek..ha arbadi yaxshi olsun hada pis elediyni edecek onsuzda.evlikde xeyaneti ise gunahkar qadini gorurem.Bu menim shexsi fikirmidi
1 iyul 2015 23:27
# 8
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
qanadli melek
Xeyanet kiwilerin qaninda var
1 iyul 2015 23:26
# 7
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Narın Yağış
Nədənsə hər zaman xəyanət edən kişilər (mənim tanıdığım) xanımına çirkin xanımla xəyanət edir.Şərhlərdə də rast gəldim buna. Halbuki bəlkə də xəyanət etdiyi o xanım kişinin həyat yoldaşının əlinə su tökməyə belə yaramaz. (Hər tərəfli). Birdə bu yazılan xüsusiyyətlər olmayan kişilərin də xəyanət etməsinə rast gəlmək olar. Elə kişilər var elə xəyanət edirki yoldaşının heç xəbəri belə olmur . (Yani elə davranır xanımıyla).
1 iyul 2015 23:24
# 6
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
yarpaq33
Duzdu bu yazilan wubheler heyat yoldawimda olmasada yenede kiwilere inanmiram en ideal xanimi bele olsa yenede gozleri onda bundadi xanimi gozel olan cirkin axtarir seliqesiz olanda seliqelisin axtarirlar yazmaqnan qurtarmaz Allah bele kiwileri islah elesin onlarin xanimlarina da sebr versin Amin
1 iyul 2015 23:11
# 5
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
guler19
Kişilər üçün gözəllik və cazibə anlayışı tam fərqlidir, ona görə də bir kişinin çox gözəl sevgilisi və ya həyat yoldaşı olduğu halda, xanımına heç də gözəl olmayan biri ilə xəyanət etdiyinə təəccüblənməmək lazımdır. ALLAH heç bir ailəyə göstərməsin xeyanəti amin.
1 iyul 2015 23:10
# 4
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
ayka95
xeyanet eden kisini Allah lehnetlesin
1 iyul 2015 23:04
# 3
vipbetul
genlerinde var
1 iyul 2015 23:03
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Kisilere xeyanet etmeye sebeb yoxdur. Esas ferqli ve yeni maraq axtarisinda olmalaridir. Her zaman yeni heves yeni heyecan isteyirler
1 iyul 2015 23:02
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz