Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadın kişiyə xəyanət edə bilərmi?
Qadın kişiyə xəyanət edə bilərmi?
Göndərən: Nazlı_qız
Şərhlər: 7
Baxılıb: 968
Səs ver:
Son illər dünyada qadın-kişi bərabərliyi müzakirə mövzusuna çevrilib. Məsələn, illər öncə bir kişinin xanımına xəyanəti adi qarşılanırdısa, indi qadınlar belə şeylərə heç də göz yummaq niyyətində deyillər. Hətta bəzən sosial şəbəkələrdə "kişi xəyanət edirsə, niyə qadın da etməməmlidir" məzmunlu müzakirələr də açılır.

Bəs görəsən kişi və qadın hansı hallarda bir-birinə xəyanət edə bilər? Ümumiyyətlə, dinimizə görə belə bir şey mümkündürmü?

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov açıqlamasında bildirik ki, dinimizə görə istər kişinin öz həyat yoldaşına, istərsə də xanımının ərinə xəyanəti bağışlanmır.

"Ümumiyyətlə, xainliyi dinimiz qadağan edir. Xainlik etmək münafiqlərin, yəni ikiüzlü insanların adətidir. Yəni səninlə olanda səni inandırır, səndən kənarda isə əleyhinə olur. Hər iki cinsin nümayəndəsinin xəyanəti Allahın razı olmadığı işdir, həmin cütlüklər arasında ayrılıq, bu əgər ailə daxilindədirsə, ailənin dağılmasına səbəb olan böyük təhlükədir. Bu səbəbdən həm kişi, həm də qadın xəyanətdən uzaq durmalıdır. Bu gün cəmiyyətimizdə mənəvi məsələlərə xüsusi diqqət ayrılır, insanlar doğru islam dəvətçiləri sayəsində öz dinlərini öyrənib yaşayırlar. Amma buna baxmayaraq, etiraf etməliyik ki, mənəvi boşluqlarımız daha çoxdur. Xüsusilə efirlərdə müxtəlif xəyanətlərdən bəhs edən mövzuların olması, xəyanəti öyrədəcək teleserialların verilməsi həmin seriaalların təsiri altına düşən qadınların öz ərlərinə xəyanət etməsi son vaxtlar şiddətli artım göstərməyə başlayıb. Bununla bağlı çoxlu zənglər, mesajlar, şikayətlər bizə də gəlir. Bunun həlli üçün maarifləndirici tədbirlər həyata keçirməlidir".

Bəs əgər qadın haqsız yerə ərindən boşanıb başqa biriylə münasibət qurmaq istəsə, onda necə? Ə.Həsənov sualımıza konkret faktla cavab verir:
"Mənim üzərində duracağım əsas məsələ bu günlərdə bir ailədə baş verən olayla bağlıdır. Ailənin 12 və 13 yaşında iki övladı var. Ata maddi cəhətdən elə də güclü imkana sahib deyil, uşaqlar məktəbdə oxuyurlar. Ana isə uşaqların atasına, öz həyat yoldaşına daha imkanlı biriylə xəyanət edir. Uşaqlar ananın bu hərəkətindən iyrənirlər. Onu heç cür qəbul etmək istəmirlər. İş o yerə çatıb ki, qadın imkanı zəif ərindən boşanmaq və imkanı güclü kişiyə ərə getmək üçün məhkəməyə müraciət edib. Məhkəmədə isə dünyəvi, hüquqi qanunlar ərinə xəyanət edən qadın tərəfdədir. Belə halda bəs dinimizə görə necə olmalıdır? Günahkar kimdir və övladların aqibəti necə olsun? Təsəvvür edirsinizmi bu, hələ sadəcə bir ailədə baş verən hadisədir. Belə xəyanətlər çoxdur və sonu heç də yaxşı olmur. İslam dininə görə bir kişi əgər bütün şərtlər yerindədirsə və ədalətli bir müsəlmandırsa, qadınlar arasında hamısını eyni səviyyədə saxlaya biləcəksə Allah təala tərəfindən 4 qadınla evlənməsinə icazə verilib. Həmçinin islam dininə görə boşama hüququ kişidə olur. Kişi qadına "səni boşayıram" dedikdən sonra qadın boşanmış olur. Əgər bir kişi müsəlman bir qadına əziyyət verirsə, onda qadını qaziyə müraciət edib, məsələni ona deyə bilər, ərinin haqsızlığını vəlisinə (onu ərə verən atası, yaxud da əmisi, dayısı) vasitəsi ilə şəriət qazisinə deyə bilər. Valideynlərinin və yaxınlarının məsləhəti ilə qadın ona zülm edən ərindən boşanma tələb edə bilər. Amma bir qadın özünə oynaş seçərsə, ərinə xəyanət edərək pozğun həyat tərzi yaşayarsa, bu 4 şahidlə təsdiq olunarsa, onda islam dininə görə həmin qadın zina etmiş sayılar. İslama görə evli qadın və kişi zina edirsə, cəzası daş-qalaqdır. Subay zina edərsə, 100 şallaq vurular. Bununla onun etdiyi günahın kəffarəsi (cəzası) verilmiş hesab olunur. Yüz şallaq vurulmaqla həmin şəxs Allaha günahsız olaraq qovuşar. Amma cəza ona tətbiq edilməzsə, günahını gizlədərsə, Allahdan bağışlanmasını istəyərsə Allah təala ya onu bağışlayar və ya Cəhənnəmdə uzun müddət yandırar".

İlahiyyatçı alim deyir ki, bütün bunların baş verməməsi üçün seçimi öncədən doğru etmək lazımdır:

"Evlilik məsələsində heç vaxt tələsmək olmaz. İstər qadın, istər kişi özünə həyat yoldaşı seçəndə onun Allaha iman edən olması, Allahdan qorxan olması, Allaha ibadət edən olması, yaxşı əməl sahibi olmasını nəzərə almalıdır. Bunu dəqiqləşdirməlidir. Bu çox təhlükəli və heç kimin heç nədən əmin olmadığı məsələdir. Qeyd etdiyimiz bu hadisədə isə qadının etdiyi islam dininə görə zina sayılır. Zina edənin də islam dinində ciddi cəzası vardır. Övladlarının atalarına qarşı xəyanət edən ananın yanında qalmaması, ondan iyrənmələri də normaldır. Ancaq dünyəvi hüququ cəhətdən məhkəmə qərarına görə övladlar müəyyən olunmuş yaş həddinə qədər ananın yanında qalmalıdırlar. İslam dininə görə yaşadığın ölkədə olan qanunlara tabeçilik göstərmək zərurəti vardır. Allah daha düzünü bilir. Kişinin xəyanəti də eyni ilə qadının xəyanəti kimi bağışlanmazdır. Bu məsələdə kişi ilə qadın arasında xüsusi fərq yoxdur".


Şərhlər: 7
Baxılıb: 968
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Gultekin.A
Bu soze nifret edirem.!!!

Xeyanet edenin cinsi ne olursa olsun medeni adi"ŞƏRƏFSİZDİR"
18 iyun 2015 19:43
# 7
..
tek umidim sen
Xeyanet ne qadina ne de kisiye yarasmaz…
18 iyun 2015 11:19
# 6
Kadın derin ama adam yüzme bilmiyor...
WiRiN BaLaM
yaxsi kişinin arvadı xeyanet etmez...kişi kişi olsa ailesine sahib çıxar qadını pis yola salanda kişidi pis yoldan alanda qadın xeyanet edirse gunah kişidedi demekki.....umimiyyətlə mənliyi şəxsiyyəti olan insan xeyanet etmez ...!! ferq etməz qadın olsun kişi olsun...!!!
18 iyun 2015 00:14
# 5
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
vipbetul
ne qadin nedeki kishi oz yoldashina xeyanet ede bilmez
18 iyun 2015 00:12
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Qadina xeyaneti hec cure yarawdirmiram hele qadinlara nifret edirem qadin anadi evladlarini fikirlewmelidi namuslu qadin ezizleriycun her hereketine diqqet elemelidi eri ona xeyanet etse bele
Xeyanet eden qadin agilsizdi o agliyla yox bawqa yeri ile duwunur
17 iyun 2015 23:31
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Tomris Müslümova
o bir söz vareee kişi xeyanetini sebir örtər qadin xeyanetini qəbir.kişi deyekki agilsizliq edib xeyanet edir bu olub olacaqda hec kim deye bilmezki menim yoldasim mene xeyanet etmiyib! bu ola bilmez.bes qadinin arına namusuna abrına ne gelib? kisi edib deye oda etmelidi? menim tanidigim bir insan var cox yaxsi vezifede calisir imkani filan superdi kisi evlenen gunnen xeyanet edir orda burda qadin saxliyir artiq esitmisik ki arvadida gezir! beli-merdi qova qova namerd elemek meslesi.indi uje yaslasiblar ama kisi qocalib ne gundedi arvad cavan qiza benziyir.kisi kisi olsa ailesini bir qala olub qoruyar onun bunun artigina tamah salmaz namerde aldanib ailesine ocagina haram qatmaz! kisiye indi cehennem bir yön var ama qadin xeyaneti uje qediy qeyrete namusa soykenir qetiyyen bagislanilmazdi.demirlerki filankesin kisisi gezir.deirlerki filnkesin anasi,bacisi,arvadi,qizi gezir.bir qadin artiq bir aileni bir nesli batirir etdiyi yalnisi ile.yaxsi qadin cennen oz oglunu qardasini erini ve atasini aparir ama yaxsi qadin1 bir menali bagislanilmazdi vessalam
17 iyun 2015 23:18
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Xeyanet qanda var. o adami baglasanda xeyanet edecek. Her zaman vefasiz ve xeyanetkar insannan uzaq ol
17 iyun 2015 23:02
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz