Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəyanəti hansı əlamətlər biruzə verir
Xəyanəti hansı əlamətlər biruzə verir
Göndərən: NoName
Şərhlər: 12
Baxılıb: 1801
Səs ver:
Kişilərin xəyanətini iki əlamətə əsasən, bilmək olar. D.Rzayev qeyd edib ki, bunlardan ən əsası kişinin arvadına yaxın durmamasıdır: "Azərbaycanda, ümumiyyətlə, belə şeylər olur. Əsasən də, evliliyin ilk aylarında arvadına qarşı diqqətli olan ər, uşaq dünyaya gələndən sonra arvadına qarşı soyuyur. Bu qadına pis təsir etsə də, normal bir davranışdır. Ona görə ki, təbiətcə insanın əsas məqsədi nəsli davam etdirməkdir. Uşaq dünyaya gəldikdə isə elə bil ki, bu funksiya yerinə yetirilir”, - deyə psixoloq əlavə edib ki, ər tez-tez arvadına yorulduğunu və s. bəhanə gətirərək yaxın ünsiyyətdən qaçırsa, onun həyatında başqasının olması ehtimalı çoxdur. Ola bilər ki, ər hansısa psixoloji problemlər yaşadığı üçün də bu cür hərəkət edir.
Xəyanətə işarə edən ikinci əlamət isə kişinin davranışının dəyişməsidir. Ola bilsin ki, hər şey yaxşı olduğu halda da ər nədənsə qəmgin və fikirli görünür. Həmişə münasibətləriniz yaxşı olsa da, pozulmağa başlayıb. Bu onu göstərir ki, hansısa qadın xoşuna gəlib. Lakin bu cür davranış işlərində problemlərin olduğundan da xəbər verə bilər. Belə ki, kişilər qadınlara nisbətən maddi durumun pisləşməsinə, işlə bağlı problemlərə daha çox reaksiya verirlər. Uzun müddət aralarında yaxınlıq olmayanda da kişidə istək azala bilər. Qadının xəyanət etdiyini göstərən əlamətləri isə tapmaq çox çətindir.
Qeyd edək ki, qadınların guya ki, səbəbsiz yerə kədərlənib ağlamaları və ya əksinə olaraq hardansa gəldikdən sonra hədsiz sevinmələri, həyat yoldaşının qarşısında özünü günahkar kimi hiss etmələri, mobil telefonu üzdə qoymamaları, zəng və ya mesaj gələndə həyəcanlı olmaları onların xəyanətinə işarə edir.
Müsahibimizin dediyinə görə, çox vaxt qadınlar kişidən qadın ətrinin iyi gəldikdə və ya üstündə qadın teli gördükdə şübhələnməyə başlayırlar. Lakin bu, təsadüfən, kişi hansısa iş yoldaşı ilə görüşəndə və yanağından öpəndə də baş verir. Qadın telləri isə geyimə hər yerdən yapışa bilər. Nəzərə almaq lazımdır ki, bu, bir-iki dəfə təsadüfən baş verə bilər, üçüncü dəfə isə artıq şübhə doğurur. Yaxşı olar ki, tapılan tellər yığılıb saxlanılsın. Sonra isə eyniləşdirilsin. Əgər tüklər eynidirsə, narahatlığa əsas var. Qadın və ya kişinin xəyanət etdiyini öyrənmək üçün "sms” və zəngləri çap formasında çıxartdırmaq da olar. Eləcə də, dedektiv tutmaq və sevdiyin insanın izlənməsini də sifariş etmək mümkündür.


Şərhlər: 12
Baxılıb: 1801
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ayka95
xeyanet edene Allah nehlet etsin ailesini atib basqa arvad la gezenleri Allah cehennemde yandirar. insAllah
31 may 2015 14:34
# 12
Antikvar
Çox boş mənasız yazılardı.Siz allah qadınların başını belə məqalərlərlə qarışdırmayın.Kişi bəlkə həqiqətən yorğundu ,işlərindş problem var indi biz duraq kişiylə qırğına çıxaq ,sən bizə xəyanət edirsən?Uşaqlarımın atası bugun üzü gülürsə ,iki gündən sonra əhvalında dəyişiklik olsa bilirəmki işlə bağlı problemi var,və oturub mənlə öz problemini bölüşürdə ,Belə ətraflı danışan insanaın nə xəyanəti ola bilər?Telefonuda işdən gələn kimi stol üstə olur,orda burda gizlətmək kod qoymaq,gizlincə deşiyə girmək belə xusisiyyətləri yoxdu.Mətndə yazılanlar keçmişdə qalmış hiylələrdi,indikilərə hiylə zad lazım deyil açıq -aşkar istədiklərini eləyirlər.Bir baxın son zamanlar gündəmdə olan hadisələr "kişi başqa kişinin arvadını qaçırtdı"sonda nə olur?Qaçanlar kef çəkir olan arxada qalan çurbana olur...
Nəsə çox sözlər yazmaq olar yuxarıda qeyd edilənlərədə çox önəm verməyin,burdakılar sadəcə yazıdı,əsas yanındakınızın gözlərinə baxaraq ona inanaraq həyatınızı yaşayın....
31 may 2015 01:50
# 11
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
WiRiN BaLaM
xeyanet eden kisileri Allah cezasin versin deyirem
31 may 2015 01:25
# 10
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Miss_Oxatan
Men bele wey hiss etsem ne dedektive ehtiyac duyaram ne de hecneye,ozume ne gelib.sonrada pryam razvod.
31 may 2015 00:44
# 9
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Happy
Gozu bagli olanlarin gozunu achar bu xeber. Allah hech kime yashatmasin..
31 may 2015 00:19
# 8
Nur k-off
Allah uzaq etsin
30 may 2015 23:52
# 7
SVETA
Menim balam
adamın ağlına gelmeyen başina gelir. heç kim yalanan gopa basmasın 122 kişilerin hamısı haaa baxın hamısı edır.
30 may 2015 23:43
# 6
Tomris Müslümova
Sitat: arzum-aysum
Bu

mende ele eliyirem hemise inamsizliq ona deeyil seytan donu geyinmis qadinlaradi
30 may 2015 23:37
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
arzum-aysum
men. cox qisqancam, yersiz bos seylere gore cox qısqanıb sozlesmisem bidenemle. beynimi şübhələr cox yeyib, amma her defesinde de haqsiz cixmisam. yaxsi da, haqsiz cixmisam. qisqancligim bideneme inamsizliqdan deyil. indiki qadinlara inamsizliqdandir. kisini ele herleyib firlayib yoldan cixarirlar ki, hec ruhu da incimir
30 may 2015 23:27
# 4
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
vipbetul
xeyanet basa dushmekden asand bir sey yoxdu sadege olaraq gormek isdeyene
30 may 2015 23:27
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Men de xeyanete nifret edenlerdenem. Xeyanet hem acizlik hem de alcaqliqdir. Insan sevdiyine yox oz menliyine sexsiyyetine xeyanet edir
30 may 2015 23:17
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Cox wukur bele problemler yawamamiwam yorgunluqdan ve ya problemden hami fikirli ola biler bu odemek deyil ki yoldawim mene xeyanet edir o ki qaldi telefona bizim telefonlar hemiwe ortaliqdadi o menim telfonumu men onun telefonunu qurcalayiriq uwaqlarda hemcinin saca qaldiqda ise iwim gucum qutarib durub sac yigacam weher hamisi qohum eqrabadi biriyle goruwende ola biler sac ustunde yapiwib qalar yeni bele problemde olmayib wukurAllahima
30 may 2015 23:08
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz