Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəyanət edəni bu hərəkətlərindən tanıyın
Xəyanət edəni bu hərəkətlərindən tanıyın
Göndərən: Bestoş
Şərhlər: 13
Baxılıb: 1557
Səs ver:
Səbəbi nə olur, olsun, xəyanət qəbul edilə bilməz. Sevdiyi şəxs tərəfindən aldadılan kişi və ya qadın ağır zərbə alır.
 
Ən yaxın adamı rəhmətə gedən insan necə hisslər keçirirsə, xəyanətə uğrayan şəxs də eyni hala düşür.
 
Xəyanət edən isə məsələyə tam fərqli yanaşır.
 
O, sədaqətsizliyinə bəhanə tapmaqla məşğul olur. Yəni, hamıdan əvvəl özünü aldadır.
 
Xəyanətin səbəblərini tam olaraq müəyyənləşdirmək mümkün deyil. Belə insanların psixologiyası çox fərqlidir.  Söhbət xəyanətdən gedəndə, hər kəsin səbəbi fərqli olur.
 
Xəyanət sevgi münasibətlərinin əsas düşmənidir.
 
Evlilik terapevtləri xəyanətin qismətlə deyil, genetika ilə bağlı olduğunu bildirirlər. Belə ki, atası şorgöz olan kişilərin özləri də eyni cür həyat tərzi keçirməyə meyilli olurlar.
 
Mütəxəssislər gələcəkdə xəyanətin əsl səbəbinin tapılacağına əmindirlər.
 
Hətta 2050-ci ildə cütlüklər üçün xüsusi xəyanət testlərinin hazırlanacağı deyilir. Sevgililər evlənməzdən öncə həmin  testlərdən keçməli olacaqlar.
 
Təəssüf ki, hələlik elm həyat yoldaşınızın sizə xəyanət edib etmədiyini deməkdə acizdir.
 
Ancaq uzun illər davam edən araşdırmalar nəticəsində bir neçə ümumi müddəalar müəyyənləşdirilib ki, onlara əsasən 80 faiz doğru nəticələr əldə edə bilərsiniz.
 
Bunun üçün sadəcə, partnyorunuzun davranışlarına nəzər yetirməyiniz kifayətdir. Bəs, hansı davranışlarına əsasən, həyat yoldaşınızın sizə xəyanət etdiyindən şübhələnməyə tam haqqınız çatır?
 
Sizin üçün bir neçə ipucu verə bilərəm:
 
1.Geyim, qida və yuxu rejimində dəyişikliklər var?
2. Evdən xaricdə çox vaxt keçirir?
3. Sizə qarşı diqqətsizdir və cinsi istəyində azalma müşahidə edirsiniz?
 
Bu suallara "hə” cavabını verirsinizsə, deməli, torbada pişik var.
 
Düzdür, həyat yoldaşınızın bu davranışları başqa səbəblərdən də qaynaqlana bilər.
 
Ancaq yenə də diqqətli olmaqda fayda var.
 
Onu da qeyd edim ki, xəyanət edən kişi və qadın davranışları arasında fərqli nüanslar müşahidə edilir.
 
Sizin üçün hər iki cinsin nümayəndələrinin xəyanət siqnalı verən davranışlarını araşdırmışam.
 
Gəlin, görək xəyanət edən qadın və kişi necə davranır.
 
"Bu axşam işlə bağlı iclasım var, gec gələcəyəm”, "Həftə sonu işlə bağlı səyahətim var, getməliyəm” kimi cümlələr quran kişidən ilk başda şübhələnməməyiniz normaldır.
 
Ancaq bu cümlələri quran kişi eyni zamanda aşağıdakı müddəalara uyğun davranırsa, deməli. şübhələnməyə dəyər.
 
1. Xarici görkəminə, geyiminə daha çox fikir verməyə başlayıb.
2. Evə mütəmadi olaraq gec gəlir.
3. Mütəmadi olaraq işlə bağlı iclaslarda iştirak etdiyini deyir. Başqa şəhərə gedir.
4. Evlilik üzüyünü taxmaq istəmir.
5. Gigiyenik qaydalara əvvəlkindən daha çox əməl edir. Tez-tez çimir, alt paltarlarını dəyişir.
6. Tez-tez yalan danışır.
7. Sizinlə daha az vaxt keçirir, gözəl sözlər demir.
8. Kiçik bir şeyə görə dava çıxarır, tez əsəbiləşir.
9. Qəsdən dava salır, evdən getmək üçün bəhanə axtarır.
10. Kompüterinə və mobil telefonuna kod qoyur.
11. Mobil telefonundan ayrılmır.
12. Daha çox pul xərcləməyə başlayıb.
13. Heç bir səbəb olmadan sizə hədiyyə alır.
14. Gecələr televizora baxdığını bəhanə edərək sizdən ayrı yatır.
15. Cinsi fantaziyaları dəyişib.
16. Cinsi performansı zəifləyib.
17. Xəyanətlə bağlı verdiyiniz suallara "nə əlaqəsi var, səfehləmə, heç elə şey olar?”, - deyə cavab verir.
18. Gün ərzində etdiklərini sizinlə paylaşmır. Verdiyiniz hər hansı sual onu əsəbiləşdirir.
 
İndi də keçək xəyanət edən qadınların ortaq xüsusiyyətlərinə.
 
1. Sizin yanınızda soyunmur, utanır.
2. Ona toxunduqda sanki yad biri toxunmuş kimi ürpərir.
3. Saç rəngini və ya kəsimini dəyişib.
4. Geyim tərzini dəyişib.
5. Əvvəllər heç problem etmədiyi artıq çəkini indi kompleks edir. Pəhriz saxlayır.
6. Evlilik üzüyünü taxmır.
7. Sizinlə daha az zaman keçirir.
8. Danışarkən sizinlə göz-gözə gəlməməyə çalışır.
9. Sizinlə əvvəlki kimi maraqlanmır.
10. Sizi mütəmadi olaraq tənqid edir, günahlandırır.
11. Cinsi əlaqəyə girməmək üçün müxtəlif bəhanələr tapır.
12. Tez-tez telefonla danışır və danışarkən sizin yanınızdan uzaqlaşır, başqa otağa keçir.
13. Telefonuna gələn və gedən zənglərin siyahısını, həmçinin, mesajları silir.
14. Ev işlərini görmür.
15. Tez-tez alış-veriş edir, dəblə ayaqlaşmağa çalışır.
16. Sizin evə gəliş-gediş saatlarınızı dəqiqləşdirir.
17. Daha öncə adlarını heç eşitmədiyiniz rəfiqələriylə tez-tez mesajlaşır, görüşür.
18. Qızlarla vaxt keçirəcəyini deyərək, axşamlar evdən çıxır.
19. Bir anda müəyyən bir idman və ya musiqi növünə maraq göstərməyə başlayıb.
20. Gecələr yatmaqda çətinlik çəkir.
21. Bütün gün əsəbi və narahatdır.
22. "Səni sevirəm”, demir.
 
Təbii ki, yuxarıda yazılanlar tam olaraq xəyanətə uğrayıb-uğramadığınızı aşkar edə bilməz. Bu zaman 6-cı hissinizə güvənməlisiniz. Çünki həyat yoldaşınızı ən yaxşı siz tanıyırsınız.
 
Əgər aldadıldığınıza əminsinizsə və əlinizdə bəzi dəlillər varsa, onunla oturub sakit şəkildə söhbət edin. Məsələyə aydınlıq gətirməsinə imkan verin.
 
Unutmayın ki, "hirslə qalxan, zərərlə oturar”.
 
Əgər onu bağışlayacaqsanızsa, bir şans daha verdiyinizi deyin. Ondan davranışlarını düzəltməsini tələb edin.
 
Əgər buna söz verirsə və peşman olubsa, yolunuza davam edin.
 
Lakin bu xəyanəti heç vaxt unuda bilməyəcəksinizsə, həmişə baş verənləri xatırlayıb mübahisə salacaqsanızsa və ən əsası partnyorunuzun sözünə əməl edəcəyindən əmin deyilsinizsə, yolunuzu ayırın.
 
Həyat qısadır və heç kimə görə, həyatı zəhər etməyə dəyməz.


Şərhlər: 13
Baxılıb: 1557
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Gunelkam
men inanmiram niwanlimda olsa inanmiram men vapwe hec kime inanmiram icon_sada
20 may 2015 05:20
# 13
GuNeLKaM
vipbetul
xeyanet eden yalan danishan adam her hereketiyle ozunu shubhelndirir onsuzda
14 may 2015 16:06
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
cinqosh
Mən özümə qarşı xəyanətin zəhərini dadmışam... ciyy
14 may 2015 12:40
# 11
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Tomris Müslümova
bu haqda dusuncelerimi nece yazim bilmirem....ama onu biliremki butun heyatimizi deyiser onun xeyaneti
14 may 2015 11:49
# 10
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Ayten666
Men .......
14 may 2015 09:16
# 9
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
xeyalperest
Allah heckese gostermesin.ama yalan danişan insan kenardan o deyqe anlaşilir.tewekkur
14 may 2015 08:35
# 8
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Ayselina
Allah uzaq eləsin. ..çox şükür belə hala rast gəlməmişəm. Gəlmərəm də insallah.
14 may 2015 00:50
# 7
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
WiRiN BaLaM
şans verende ayağı yer alir kisiye ne şans ee onsuzda yene bildiyini tutacaqda .......amma birr yerde tutmayanda boynuna qoymaqda olmur telefonda gorursen meselcün mesaj bir yalanla özünü temize cixarir olursan günahkar sen
14 may 2015 00:08
# 6
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Narın Yağış
Heç bir səbəb olmadan sizə hədiyyə alır.

Gozden perde asmag ucun herweyi eliyer bezi "kiwi"-cikler..eseblewdim lap)

Əgər onu bağışlayacaqsanızsa, bir şans daha verdiyinizi deyin. Ondan davranışlarını düzəltməsini tələb edin.

1 Defe o camura wuen birde duwer wans vermeye bele deymez...
13 may 2015 23:57
# 5
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
_BELOSNEJKA_
Xeyanet Eden insanlara sonsuzzzzz nifret elitirem nifret

Xeyanet Eden insanlara sonsuzzzzz nifret elitirem nifret
13 may 2015 23:34
# 4
REBBİM TUTULAN ORUCLARİ QİLİNAN NAMAZLARİ QEBUL ETSİN İNSALLAH AMİN
Miss_Oxatan
Sonuncu cumleyle raziyam hec kime gore heyati zeher etmeye deymez.ele buna gore de xeyanet eden insanla bagiwlayib yeniden bir yerde yawaya bilmerem,cunki,mende bir xasiyyet var,birinden ozume qarwi ne vaxt pis hereket goruremse hemiwe uzune vururam,hemiweki kimi ola bilmirem,o ki,qaldi er xeyaneti.bu artiq heyat olmaz.ona gore de bowanaram.
13 may 2015 23:31
# 3
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Fialka
Xəyanət edən fərqi yoxdu kişi ya qadın gözümdə dəyəri avtomatik qalxmamaq üzərə düşər və həmin an nöqtə qoyular hər şeyə) bu cür insanların dəyəri öz gözlərində bir heçdi sadəcə onlar özləri özlərini aldadırlar , fikirləşsələr ki, günaha batırlar və özləri axirətdə cəhənnəm hazırlayırlar bəlkədə birdə fikirləşərdilər ...
13 may 2015 23:26
# 2
BARBI
Allah gostermesin hec vaxt sevdiyim insana xeyanet etmerem en alcaq isdir. Mende sevdiyim insanda bunlardan subhelenmisdim subhelerimde yanilmamisdim
13 may 2015 23:03
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz