Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Aldatma da genetik keçir
Aldatma da genetik keçir
Şərhlər: 6
Baxılıb: 825
Səs ver:
Günah təkcə aldadan tərəfdə deyil, aldadılan tərəfdə də olur

"Aldatma ailə dağıdarmı", "Yalnız kişilərmi aldadır" kimi suallar uzun zamanlar psixoloqların və sosioloqların diqqət mərkəzində olub. Əslində, aldadılmaq qadının da, kişinin də ən qorxulu yuxusudur. İnsanlar münasibət qurarkən, ailə həyatına qərar verərkən də "aldadılmaq" qorxusunu unuda bilmirlər. Bəzən elə bu qorxu ailənin dağılmasına, münasibətlərin pozulmasına gətirib çıxarır. Amerikalı sosioloqlar aldadılmanı yol qəzasına bənzədirlər. Onlar hesab edirlər ki, hər bir qəzanın səbəbi olduğu kimi aldadılma hekayələrinin də ciddi bir səbəbi var. Və burada günah təkcə aldadan tərəfdə deyil, aldadılan tərəfdə də olur. Yəni heç bir hadisə birtərəfli baş vermir. Əhəmiyyətli olan bu qəzadan sonra hər iki tərəfin "mən niyə aldandım", "Mən niyə aldatdım" sualları üzərində düşünməsidir. Bu suallara cavab tapan insanlar gələcək münasibətlərdə bir daha aldanmırlar. Çünki hər kəs öz səbəbini, öz çatışmazlığını, ona nəyin lazım olduğunu bilmiş olur. Aldatma münasibətlərdə çox müşahiə edilən bir haldır. Çünki bütün qadağan edilənlər və təhrikedicilər daha cazibədar olur. Psixoloq Nigar Məmmədovanın sözlərinə görə, aldatma da bir çox xüsusiyyətlər kimi genetik keçir. Yəni aldadan şəxsin atası və ya anası aldadıbsa, bunu nə vaxtsa övlad da edəcək. O, aldatmaya əxlaqsızlıq kimi yanaşmağı düzgün hal saymır: "Ümumiyyətlə, terapiyaçılar belə hallara hekayə-hadisə kimi baxırlar. Əgər bir terapiyaçı ona aldatdığını və ya aldadıldığını danışan birinə "düz etmirsən" deyirsə, deməli, o da baş verənlərə daxil olur. Kənardan dəyərləndirmə verə bilmədiyi üçün belə terapiyaçıya qulaq asmamaq məsləhət görülür". Aldatma təkcə fiziki yox, romantik və ya zehni də ola bilər. Evli insanların bir başqası ilə cinsi əlaqə yaşaması cinsi aldatma, birini sevərkən digəri ilə romantik münasibət yaşama isə romantik aldatma kimi qəbul edilir. Bir başqasının xəyalı ilə yaşamaq belə aldatmadır. Həmsöhbətimizin dediyinə görə, aldatma qadın və kişinin romantik əlaqələrinin ödənilməsi, bəzən macəra yaşamaq duyğusu, bəzən cinsi əlaqə, bəzən isə psixoloji vəziyyətlə əlaqəli baş verə bilər. "Aldatma hər zaman olub və olacaq. Bunu da belə qəbul etmək lazımdı". Əvvəllər çox zaman kişinin aldatması hadisələrinə rast gəlinirdisə, indi qadınlar da aldadır: "Kişilər aldatdığı zaman ailəyə diqqətsiz olurlar. Özlərinə baxmağa, daha çox diqqət etməyə başlayırlar. Özlərinə yeni geyimlər alır, tez-tez duş qəbul edir, məşq etməyə başlayır və ya dieta saxlayırlar. Qadın aldatdığı zaman isə cəmiyyətin təzyiqini düşündüyü üçün daha diqqətli olur. Ona görə də aldadan qadınlar daha həyəcanlı olurlar. Qadınlar kişilərdən fərqli olaraq, aldatdığı zaman güclü sevgi, romantika, dəyərgörmə axtarırlar. Və kişilərdən fərqli olaraq istədiklərini tapdıqlarında yaşadıqları partnyorlarını tərk edirlər. Qadın həyatında özünü bədbəxt və narahat hiss etdiyi zaman axtarışa başlayır. Kişi isə özünü subut etmək, həyəcan yaşamaq istəyindən irəli gəlir". Aldanma həm qadına, həm də kişiyə çox böyük təsir edir. Qadınlar bunu hiss etdikləri zaman münasibətlərə göz gəzdirməyə başlasalar da, günahkar axtarışında olsalar da, dövrümüzdə kişilərin reaksiyası daha kəskin olur. "Belə ki, kişilər aldadıldığından şübhə belə etdiyi zaman daha aqressiv davranışlar göstərirlər. "Sən qadınsan, sənə olmaz", "Nəyin çatmır?" və s. kimi sözlərlə özünə haqq qazandıran kişi qadından şübhələndiyi halda çox zaman araşdırmadan, bilmədən zorakılığa əl atır. Buna ölkəmizdə günbəgün artan qadın cinayətlərini misal göstərmək olar". Müsahibimiz bildirir ki, aldatmanın qarşısını almaq mümkün deyil. Bu, insanın daxilindən gəlir. Bunun üçün nə dərman, nə də hər hansı vasitə yardım edə bilməz. Aldanan da, aldadan da başına gələnlə razılaşmalıdır.


Şərhlər: 6
Baxılıb: 825
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Tomris Müslümova
goresen onun atasi xeyanet edib??? girl_impossible
7 may 2015 14:24
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Nur k-off
inanam esasda atasindan ogula kecir
7 may 2015 00:09
# 5
SVETA
Zeynep_Fatih
hm.......
6 may 2015 23:42
# 4
BARBI
Ister cinsi ister romantik aldatma aldatmadir. En slcaq isdir sevdiyin insana xeyanet etmek sen onu yox ozunu aldadirsan ozunu kicildirsen
6 may 2015 23:29
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Aldadanlar fərqi yoxdu səbəb oldu olmadı günaha batır ancaq aldadılan əksər hallarda günahı bölüşə bilər bunun da saymaqla bitməyən bir çox səbəbləri ola bilər. Və düşünürəm ki, etdiyi əməlin peşmançılığını çəkmək mənasızdı ən azı qarşındakını yox özünü fikirləşib günah etməsəydi peşman da olmazdı. Təəssüf vicdanı olmayanlarda peşmançılıq çətin tapıla...
6 may 2015 23:14
# 2
vipbetul
hansi teref olursa olsun aldatmasinin izahi ola bilmez,

hansi teref olursa olsun aldatmasinin izahi ola bilmez,
6 may 2015 23:06
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz