Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilər niyə xəyanət edir?
Kişilər niyə xəyanət edir?
Göndərən: NoName
Şərhlər: 14
Baxılıb: 1976
Səs ver:
… və qadınlar hansı profilaktik tədbirlərə əl atmalıdırlar?

Biz kişilərin gözünün şorluluq dərəcəsinin çox olması heç bir müayinəyə ehtiyacı olmayan anatomik aksiomdur. Bu fiziki durum qadınların orqanizmi üçün xas deyil – qarşı cinsin nümayəndələrinin bu cür meyilliyi, yumşaq desək, ayağı sürüşkənlik, bir az da irəli getsək fahişəlik kimi dəyərləndirilir. Qadınların hansı səbəblərdən fahişəliyə düçar olduğu (və ya bu yolu seçdiyi) geniş müzakirə olunan məsələlərdəndir, bəs kişilər niyə xəyanət edir? Bax, gördünüz yenə də qadının hərəkətini fahişəlik adlandırdığımız halda, kişinin eyni "gedişini” yalnızca  "xəyanət” adlandırmaqla kifayətləndik – beləliklə də, zərif cinsin nümayəndələrinə cəmiyyətdə gender bərabərliyinin pozulması barədə daha bir fakt vermiş olduq. Nə isə. Mövzuya keçək – beləliklə, kişilərin niyə xəyanət etməsi barədə danışacağıq.

Amerikalı psixoloq M.Gray Neuman "kişilər niyə xəyanət edir” mövzusunda 200 kişi üzərində araşdırma aparmışdır. Tədqiqatda iştirak edən kişilərin ortaq cəhətləri isə evli olmaları və hamısının həyat yoldaşlarına xəyanət etmələri olub. Araşdırmanın sonunda kişilərin xəyanət etmə səbəbləri belə bir mənzərə yaradıb:

- Kişilərin 48%-i psixoloji cəhətdən yoldaşı tərəfindən başa düşülməməsini səbəb göstərmişdir. Kişilərin də diqqətə və qayğıya ehtiyacı olduğu halda qürurlu olması bu ehtiyacın görünməsinə əngəl olur və qadınlar kişilərdən diqqət tələb etməklə bərabər özləri onlara qarşı diqqətsiz qalırlar. Nəticədə isə kişi diqqəti başqa qadınlarda axtarmağa başlayır.

- İkinci yerdə isə cinsi problemlər dayanmaqdadır.

Tədqiqatlar göstərir ki, xəyanət edənlərin 68%-i nə vaxtsa həyat yoldaşına xəyanət edəcəyini ağlına da gətirməyib. Həmçinin araşdırmalar göstərib ki, əksər hallarda xəyanət edən kişi xəyanət edərkən və ondan sonrakı dövrlərdə daima peşmançılıq duyğusu ilə yaşayır.

Sosioloqların sorğusuna əsasən, kişilərin yarısı həyat yoldaşlarına xəyanət edir. Təhlilçilər kişi xəyanətinin səbəblərini bu cür də təsnifləşdirirlər:

* Siz sadəcə həmin kişini seçməmisiniz. Onun üçün inam, ailə həyatı, sadiqlik bir o qədər də qiymətli deyil. O yenilik və macəra axtarışındadır. Sıxıntı və sükutun baş verməməsi üçün o, sevgili axtarışında olacaq.

* Sevgilinizlə münasibətlərdə inam yarada bilmirsiniz. Ola bilsin ki, siz çox qısqancsınız və emosiyalarınızla bacarmırsınız. Əgər onun işdən gec gəlməsi, telefonla çox danışması və ya hər hansı ötən qıza baxmasına görə daim söz-söhbət və dava yaradırsınızsa, bu, o deməkdir gec və ya tez onu itirəcəksiniz.

* Heç də bütün kişilər kənarda seks axtarmır. Bəzi kişilər sevgilisi ilə tam fərqli xəyallar qurur. Ola bilsin ki, həyat yoldaşınız ailədə özünə lazım və vacib olan emosiyaları ala bilmir.

* Daim xəyanət haqda düşünmək və qorxmaqla onu özünüzə daha asan cəlb etmiş olacaqsınız. Vəfasızlıq haqda düşünərək biz özümüzə əmr veririk və şüursuz olaraq xəyanətkar həyat yoldaşı axtarmağa başlayırıq.

***

Ər öz xanımını nə qədər sevsə belə, zamanla qadının xarici görünüşündə və davranışındakı dəyişikliklər onun diqqətindən kənarda qalmır. Belə ki, ailə həyatı qurmuş əksər qadınlar illər keçdikcə özlərinə qulluq etməyi bir o qədər vacib hesab etmir. Qadınlar belə hesab edirlər ki, əgər ər varsa, bununla hər şey bitdi. O artıq heç hara getməyəcək.

Qadınlar kişi psixologiyasına məxsus bir neçə əsas məqamı bilməlidirlər. Belə ki, ən vəfalı və sevən kişi ilk olaraq gözləri ilə sevir. İşdə və gündəlik həyatda onu baxımlı qadınlar əhatə edir. Onlara diqqət yetirməmək isə kişi psixologiyasına yaddır. Tez və ya gec onlardan hər hansı birinə adi kişi marağı yaranır. Sonra isə təsadüflər baş verə bilər: iş yoldaşları ilə qonaqlıq, yaxın dost və rəfiqələrlə yığıncaq və s. Bütün bunlar artıq cəlbedici olmayan həyat yoldaşını unutdura bilər.

Lakin heç də hər şey qadından asılı deyil. Potensial olaraq bütün kişilər uyğun zaman baş verdikdə xəyanətə meyillidir. Əgər kişi ömrünün sonuna kimi vəfalıdırsa, bu ya anormallıqdır, ya da sadəcə olaraq həmin qadının bəxti gətirib.

Kişilər – ilk olaraq bioloji, daha sonra sosialoji varlıqdırlar. Bəzən kişilər qadınları özlərinə cəlb edirlər. Çünki hər bir kişi onun cəlbedici baxışlarına vurulan qadınlardan sadəcə zövq alır.

Əksər kişilər heç də qadınlardan geri qalmayaraq gözəl geyinməyi, bahalı parfümeriyadan istifadə etməyi, ümumiyyətlə, hər tərəfli özünə baxmağı çox sevir. Bununla da, qadın diqqətini özlərinə cəlb edir, daha sonra imtina edə bilmirlər.

Nəyə görə cəmiyyət kişi xəyanətinə bu qədər səthi yanaşır? Qadın xəyanəti isə hər zaman qəbuledilməzdir. Burada məsələ, ictimai psixologiyadadır. Qadın qədim zamanlardan ailənin qoruyucusudur və anadır. Buna görə də şəxsi həyatla məşğul olmağa icazə verilmirdi. Kişinin isə cəmiyyətdə tutduğu rol fərqlidir. Ona görə də bəzi hallarda qadınlar bu fikrə dözümlülük nümayiş etdirir. Həmçinin kişi və qadın psixologiyasındakı fərqlər də burada özünü göstərir. Kənarda hər hansı qanunsuz əlaqənin olması bəzən kişi üçün namus məsələsidir, desək yanılmarıq. Çünki dostlar arasında bu, kişi qüruru kimi qəbul olunur. Araşdırmalar göstərir ki, kənardakı münasibətlərlə kişilər özlərinə olan güvəni bərpa etməyə çalışırlar.

Nəyə görə qadınlar bunu bağışlayır və ərləri ilə ailə həyatında yaşamağa davam edirlər? Əksər qadınlar sevgilərindən imtina edə bilmirlər və onlara layiq olmayan kişi ilə yaşamağa davam edirlər. Digərləri isə sadəcə övladlarını fikirləşir. Bir qrup qadınlar sadəcə həyatlarını qəfil dəyişiməkdən qorxurlar. Bu isə özünə güvənin olmamasından irəli gəlir.

"Kişilər niyə xəyanət edir” sualımızı sosioloq-psixoloq Elnur Ağayev cavablandırır:

- Təbii ki, xəyanətin özü müxtəlif olduğu kimi, onun səbəbləri də müxtəlifdir. İlk öncə önu qeyd edim ki, xəyanət yalnız fiziki – cinsi mənada başa düşülməməlidir. Başqasını düşünmək, xəyallar qurmaq, hansısa qadına baxıb köks ötürmək, günlərlə onun həsrətiylə yaşamaq özü də xəyanətdir. Bu da kişilərin çox az hissəsi istisna olmaqla hamsında olur, başqa sözlə desək, mənəvi-psixoloji xəyanəti kişilərin təqribən 3/4-ü edir.
Fiziki xəyanət isə kişilərin təqribən 2/5-nə məxsusdur. Kişilər bəzən xəyanətin səbəblərini qadınlarda da görürlər. Onlar hesab edirlər ki, qadın bu həddə çatdırmasa, kişi buna getməz. Ailənin seçdiyi namizədlə, və ya qısa tanışlıqdan sonra evlənməyə qərar verən cütlüklər arasında evləndikdən sonra uyğunsuzluqlar üzə çıxır. Buna baxmayaraq boşanmayıb nəyinsə xatirinə – "Uşaq var”, "Nəslimizdə boşanan olmayıb” deyib ailəni "qorumağa” çalışan kişilər evə ər və ata borcunu yerinə yetirməkçün gəlir. Fikri isə çöldədir. Həyatına maraq qatan insanda. Xüsusən də əylənməyi, yeniliyi sevən kişilərdə xəyanət bu səbəbdən daha çox olur… Digər səbəb isə kişidə qadınına qarşı inamsızlığın olmasıdır. Onda imkan düşən kimi kişi xəyanət edə bilər. Və ya əksinə, qadın kişisinə qarşı inamsız və həddindən artıq qısqanc olanda da xanımlar ehtiyatlı olmalıdır, çünki bu zaman da kişi xəyanətə əl ata bilər.
İlk uşağını dünyaya gətirən qadın bir qisim hallarda artıq bütünlüklə o uşağı sevir. Kişiyə nəinki romantik sözlər, sevgi etirafları etmir, ümumiyyətlə diqqəti azalır. Əlbəttə ki, ata olmaq çox xoşdur. Amma sevilən kişi olduğunu hər zaman hiss etməyə də kişilərin ehtiyacı var. Bu səbəbdən də kənarda romantik görüşlər axtaran kişilər görüşdüyü qadınla aralarında fiziki yaxınlıq olmasa da, romantik söhbətlər edir, xəyallar qururlar…
Başqa bir məqam, nə qədər çox sevsə də, kişi qadınına həmişə diqqət yetirir. Davranışına, xüsusən də görünüşünə. Axı kişilər gözləri ilə sevir. Nişanlı vaxtı hər gün yeni görkəmdə, xüsusi gözəlliklə görüşə gələn qız niyə evlilik dövründə həyat yoldaşının onu pırtlaşıq saçla və ya üstündən xörək qoxusu gələn geyimdə görməsinə razı olur? Odur ki, qadın gərək imkan düşdükcə öz görkəmində – saç düzümü, makiyaj, geyim və sair. həmçinin yataq otağının görünüşündə müəyyən dəyişikliklərə, korrektələrə əl atsın.
Bəzi kişilər özlərini təsdiq etmək üçün xəyanət edirlər. Onlara elə gəlir ki, nə qədər çox xanımla, xüsusən də gözəl xanımla əlaqədə olursa, bir o qədər ağıllı, yaraşıqlı və dəyərlidir.
Bir qisim kişilər də müxtəlif xanımlarla nikaha qədər olan isti, etibarlı münasibətlərini itirmək istəmirlər, odur ki, bəzən bu isti münasibətlər xəyanət həddinədək də gəlib çıxır.
Bəzən xəyanətin başında cinsi problemlər durur, cinsi əlaqə zamanı bir-birlərini anlamayan və ehtiyaclarını təmin edə bilməyən cütlüklər arasında kişilər xəyanətə daha meyilli olur.
Kişilərin bəziləri psixoloji cəhətdən yoldaşı tərəfindən başa düşülməməsini, ciddi fikir və dünyagörüşü fərqlərinin olmasını da xəyanətlə sonuclaya bilər.

Nəhayət, sonda şorgöz məşhurların adlarını və sevgi məcaralarının anotasiyasını diqqətinizə çatdırırıq:

Tiqer Vuuds – tanınmış qolf ustası həyat yoldaşına striptizçidən ofisianta kimi bütün peşə sahəsində olan qadınlarla xəyanət edib.

Hyu Qrant – aktyor 1995-ci ildə şəxsi avtomobilində fahişə ilə yaxalanıb. Bu hadisədən sonra sevgilisi Elizabet Harley ilə araları dəyib.

Devid Bekhem – futbolçu həyat yoldaşı Viktoriyanı model Rebekka Loos ilə aldadıb.

Cudi Lav – tanınmış aktyor uşaqlarının dayəsi ilə yaxınlaşıb.

Cesse Ceyms – Oskar mükafatlı aktyor yoldaşı Sandra Balloku modellə aldadıb.

Çarli Şin – 44 yaşlı komediya ustası həyat yoldaşına dəfələrlə xəyanət edən kişilərdəndir.

Mel Qibson – Qibson 30 illik evliliyini rus sevgilisi Oksana Qriqoryeva üçün bitirib. Ancaq bu münasibətləri də uzun çəkməyib. Aktyor çevgilisi ilə yollarını ayırıb.

Lari Kinq – həyat yoldaşını onun öz bacısı ilə aldadan aparıcı 8-ci dəfə boşanmağa hazırlaşır.

Maykl Duqlas – cinsi əlaqə asılılığı olan aktyor bu xəsəlikdən qurtulmaq üçün müalicə alıb.

Vudi Allen – rejissor arvadını övladlığa götürduyü qazla aldadıb. Onun kömpüterində qızlarının çılpaq şəkillərini görən həyat yoldaşı rejissoru tərk edib. Allen isə qızlığı ilə evlənib.

Təqdim etdi: Vüsal "168saat”


Şərhlər: 14
Baxılıb: 1976
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aylin24
xeyanetden hec kim sigortalanmiyib, kiwilerin qaninda var, onlar 1 qadina omur boyu baglana bilmez mence, XEYANET olarin alnina yazilib 01
24 mart 2015 23:35
# 14
insanin deyerini bezen varligi deyil yoxlugu gosterir, yoxlugu bir sey deyisdirmeyenin varligi da gereksizdi...... F.M.Dostayevski
gulka azeri
xeyanet insani mehv eden canini yandirandi,sevgini nifrete conderendi qururunnu duygularini yerle yeksan olmasidi hele usdelik ondan sonra nifret etdiyinden ayrila bilmemek mecbur xeyanetle barisib omrunu curuutmek 2ci aci .ailen bariw doz deyirse ne etmeli??qeherin icinde bogularaq dozmek cox aci
24 mart 2015 01:27
# 13
Gultekin.A
men hec bir zaman bagislamaram.butun heyatimdan silerem ne qeder sevsemde bele.ozude bilirki gozumu qirpmadan silerem onu.Allah uzaq elesin

[quote=Gultekin.A]men hec bir zaman bagislamaram.butun heyatimdan silerem ne qeder sevsemde bele.ozude bilirki gozumu qirpmadan silerem onu.Allah uzaq elesin.Allah hec bir aileye yasatmasin.ne qadin ne kiwi xeyaneti.adi gelende bele etim urpenir.nece illik sevgide olsa .1 saniyede silinir
"Xeyanet edenin cinsi ne olursa olsun.medeni adi Werefsizdir"
22 mart 2015 15:41
# 12
..
cinqosh
kişilərin damarlarından axır xəyanət qanı! kzgn
22 mart 2015 14:03
# 11
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Ayten666
Yenede isin ucunda qadin durur.kisi kisiyle xeyanet etmirki qadinin caninda fahiselik olmasa hansisa evli kisini yaxinina buraxmaz hamsida yaxsi bilir kim evlidi kim subay.bes manatdan otru neler edirler.allah pislerin toxumunu kessin.kisilerde hec bir p..deyil.eee hirsdendimaaa sorry
22 mart 2015 11:51
# 10
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
vipbetul
dıyesen bu kısı genetıyıdı
22 mart 2015 02:30
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
acisko
Bawdarina daw duwsun ele bularin dv
22 mart 2015 01:19
# 8
Həyatda sahib olduğum dəyərlər, sahib olmadıqlarıma dəyərlər...
leyla_258
bunun sebebini hec bilmek olmur,cunki gunde bir bahane cixir.
22 mart 2015 00:28
# 7
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Luna-90
P.. yeyir xeyanet eden kisi onuda aldatdigi surtuyude basina ele oyun acaramki dogulduqlari deqleri xatirlayarlar
22 mart 2015 00:02
# 6
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Fialka
Dinimizdə zina etmək haramdır və belə bir nəticə çıxır ki, burdan kişilərin 99,9% xəyanətkardırsa onda hamısı günahın içində boğulurlar...Əziz xanımlar heç kim üçün özünüzü alçaltmağa dəyməz. Siz kişilərdən təmiz ,namuslu olduğnuza görə bir addım öndəsiz və güclüsüz...)
21 mart 2015 23:35
# 5
BARBI
Xeyanet edene kisi demezdim. Cunki onda bir qram kisilik varsa bele alcaq is gormez ne ozunu alcaltmaz ne deki xanimini. Xeyanet edenlere nifret edirem hec dusunmurler ki qarsisindaki insan nece de mehv olur ne hisler kecirir psixoloji sarsinti yasayir
21 mart 2015 23:27
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nergizz
aldatmayan kiwi vaaarrr??wert yatmaq deyil,
21 mart 2015 23:26
# 3
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Catwoman666
Oyyyy cpxxx uzun olduguna gore oxumadim amma sohbet kisilerin xeyanetinden gedirse....tek kisi yox qadinlarda da bu hallara rast gelinir. Kisi oz qadininda istediyi nevazisi gormur. Belke de qadin onun telebatlarini odeye bilmir. Kisi de mecbur basqa qadinlardan umid besleyir sanki. Kisilerin xeyanet etdiyi qadin gozel olmaya da biler. Hetta oz qadini daha gozel ola biler. Demeli xeuanet tekce gozellikden de asli amil deyil. Bu insanlarin bir birine uygunlugu ile de bagli ola biler. Yeni oz qadininda tapmadogini digerinde tapa biler....bu movzuda artiq serh yazmaq istemirem. Cunki xeyanet hem de ferdi xususiyyetlerle de baglidi. Yeni ferdin ozunden de aslidi)
21 mart 2015 23:06
# 2
"All men must die, but we are not men"

Daenerys Targaryen
Nazan
Devid Bekhem – futbolçu həyat yoldaşı Viktoriyanı model Rebekka Loos ilə aldadıb.
kro
21 mart 2015 23:05
# 1
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz