Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişi xəyanətinin psixoloji məqamları
Kişi xəyanətinin psixoloji məqamları
Göndərən: NoName
Şərhlər: 14
Baxılıb: 1051
Səs ver:
Günümüzdə ən önəmli mövzulardan olan və dəfələrlə müzakirə olunan mövzulardan biri də xəyanətdir. Adətən  xəyanətin səbəbləri araşdırılanda bizlər ilk olaraq kişiləri günahlandırırıq və qadınları müdafiə edirik. Mühakimə olunan kişiləri isə ümumiyyətlə, dinləmək istəmirik. Bu zaman qadınların ön plana çıxmasının əsas səbəbi onların həssaslığıdır. Xəyanətə uğramış əksər qadınlar uzun müddət depressiya vəziyyətində olur, sözsüz ki, psixoloji sarsıntı keçirir. Belə qadınları gördüyümüz zaman isə biz əks cinsi lənətləyirik, bütün günahları ona doğru yönəldirik. Bəs əsl səbəb nədir?
 
Bu səbəbləri psixoloq Günel Hüseynli açıqlayır.Bu cür qadınların həyatına baxdığımız zaman evliliyin ilk illərində hər şeyin normal olduğunu görürük. O zaman daha maraqlı bir sual ortaya çıxır...

Sevgi və qarşılıqlı hörmət üzərində qurulmuş bir ailədə belə bir problemin yaranmasına nə səbəb olub?

Evliliyin ilk illəri xoşbəxt şəkildə keçir. Belə desək baxımlı olmayan bir qız yoxdur. Gənc xanım sevgilisinə, ya da nişanlısına gözəl görünmək üçün daim baxımlı olur. Geyim, ətir, düzgün makiyaj və s. bu kimi məsələlərə həssa yanaşır. Evliliyin ilk illərində də bu vərdişlər davam edir. Lakin sonradan ev, uşaq, yemək, paltar və s. məişət qayğıları artdıqca qadının həyatında baxım və cinsəllik ön plana çıxar.
 
Düzdür, kişi sizin əməyinizi qiymətləndirir. Lakin kişiyə sadəcə evdar bir xanım deyil, sözün hər mənasında baxımlı və gözəl bir xanım lazımdır. Xəyanətə uğramış bir xanım yoldaşının seçdiyi "qadına” baxsa o qadında heç də qeyri adilik görməz. Sadəcə bir az baxımlı, səliqəli, üzərindən bozbaş və ya sabun iyi gəlməyən, evdəki problemləri böyütməyən, gülərüz biri olduğununu anlayar. Kişilər qadınlardan fərqli olaraq daha çox rahatlığı və dinciliyi sevər. İşdən evə gəldiyi zaman qarşısına problemlərlə dolu bir xanım çıxsa, əlbəttə ki, rahatlığı başqa yerdə axtaracaq. Heç bir kişi evini qoyub başqa yerə getmək istəməz. Onları evdən uzaqlaşdıran elə xanımların özüdür. Bu baxımdan qadınlar bir az da günahı özlərində görsə daha yaxşı olar. Məsələn son dəfə yoldaşınız üçün nə vaxt gözəl bir geyim geymisiz, onun üçün özəl bir gecə hazırlamısız? Çoxununz bəlkədə illərdi bunu etmirsiz. Bizim qadınlar ancaq bir yerə qonaq getdiyi zaman, toya, nişana və ya hanısa ziyafətə dəvət aldığı zaman bəzənər, sanki gözəl görünmək ancaq onda lazımdır. Lakin sizin gözəlliyinizi duymaq istəyən elə evinizdəki həyat yoldaşınızdır.

Həyat yoldaşını evinə, ailəsinə bağlı etmək, onu xəyanətə məcbur etmək də elə siz qadınlardan asılıdır.
 
Məsələn, birinci addım: Yuxudan durduğu zaman yaxşı bir səhər yeməyi ilə bütün ailəni bir süfrədə əyləşdirin. Səhər yeməyində bildiyimiz kimi qeyri-adi yeməklər olmur. Lakin onu maraqlı etmək olar. Əlinizdə olan ərzaqlarla praktik, asan, həm də maraqlı səhər yeməyi hazırlaya bilərsiz. Ümumiyyətlə, bir süfrədə əyləşmək ailəni daha möhkəmləndirər. Bu zaman elə yoldaşınız da necə mehriban bir ailəyə sahib olduğunu hər səhər xatırlayar.
 
İkinci adım: Yoldaşınız işə getdikdən sonra ev və qayğılar sizinlədir. Amma güclü qadın hər şeyin öhdəsindən gələr. Önəmli olan çox iş görməyiniz deyil, düzgün və sistemli ev qaydası yaratmaqdır. Zatən bu zaman hər gün əziyyətli şəkildə ev yığışdırmaq məcburiyyətində qalmazsınız. İşlərinizi qrafikə bölün. Nahar və ya şam yeməyi hazırlayacaqsınızsa, çalışın ki yeni reseptlər öyrənin. Unutmayın ki, kişilər rəngarəng süfrələri daha çox sevir. Təmiz və səliqəli süfrədən istifadə edin. Sizə xırda görünən nüanslar əslində kişilər üçün əhəmiyyətlidir.
 
Üçüncü addım: Yəni siz. Dünyada çirkin qadın yoxdur, baxımsız qadın var. Baxımlı olmaq isə heç də bahalı geyim, həddindən ziyadə çox makiyaj, qeyri-adi saç düzümləri deyil. Əgər 5 dəst ev paltarınız varsa bunları bir- biri ilə dəstləşdirib maraqlı rəngli geyimlər kimi geyinə bilərsiz. Bir paltarı dəst geyinmək məcburiyyətində deyilsiz. Gün ərzində iş gördüyümüzdə, yemək bişirdiyimizdə sabun, yağ, tər qoxusu geyimimizə çökür. Biz bəzən bunu hiss etməsək də bu əks cinsi xoşagəlməz şəkildə narahat edir. Ona görə də bədən baxımı xüsusən vacibdir. Ev işləri bitdikdən sonra əsas qulluq özümüzə olmalıdır. Ən yaxşı üsul evdə iş görərkən daha rahat bir geyim geyinmək, işlər bitdikdən sonra yuyunub təmizlənmək, geyimi dəyişmək, saçı qaydaya salmaq, sadə bir ətirdən istifadə etməl lazımdır. Sadəcə bir neçə təmizlik və baxım qaydalarına riayət etsəniz evinizdə yaranan dəyişikliyi hiss edərsiniz.

Və sonda kişilərin öz dilindən xəyanətin səbəbini oxuyaq. Belə ki kişilər arasında apardığım kiçik sorğunu təqdim edirəm:
 
İlk öncə kişilərin ümumi xarakterində bu var. Və əgər kişi xəyanət edirsə, bunda qadının da qismən günahı var.
 
Kişinin həyatını bir həyata bağlaması üçün qadın özü buna çalışmalıdır. Kişilər baxımsız qadınları, qadının onun üzərində hökmranlıq etməsini sevmirlər.

Kişi işdən gələndən üstündən başqa qadının ətri gəlsə də, evə gec gəlsə də, qadın bunu şişirtməməlidir. Kişilər səs-küyü heç sevməz. Qadın kişi evə gəlincə, gərək gülümsəsin, onun qarnını doydursun, şirin dillə söhbət eləsin... O zaman kişi xəyanıt etmiş olsa belə vicdan əzabı çəkəcək. Və bir daha xəyanət etməz. Amma qadın bunun əksinə hay-küy salarsa, kişi rahatlıq tapmaq üçün başqa qadına sığınacaq.
 
İstisna hal kimi gözəl qadının hormonlara verdiyi siqnal da xəyanətə səbəb ola bilər. Amma məncə qadın qadın olsa kişi xəyanət etməz. Əgər qadın mükəmməldirsə,  amma buna rəğməz kimi xəyanət edirsə, deməli onun bəxtinə düşən kişi şərəfsizdir.


Şərhlər: 14
Baxılıb: 1051
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
nege yani qadin ozune baxmirsa yaniki o qederde fikir vermirse demeli kisi xeyanet etmelidi eger qadin ozune fikir vermirse buda kishinin gunahidida o qeder yuku qadinin chiynine qoyub gedir
10 mart 2015 16:28
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qonaqa
Teşekkürler bunu bilmek maraqlidiir. Heyatda en nifret etdiyim xeyanetdir.
27 yanvar 2015 23:47
# 13
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
Сладкий Ангел
xebere gore twk
25 yanvar 2015 19:37
# 12
.Bir gülüşüm var Sizlərə ömür...
Tomris Müslümova
offff canimnan cox sevsem bele bagislamaram xeyaneti....
25 yanvar 2015 13:21
# 11
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
uliçka
Allah uzaq eləsin çooox qorxuram... düzdür qadından asılıdır baxımlı olmalıyıq
25 yanvar 2015 03:44
# 10
Həyat kino kimidir,ən marağlı anında bitir
Nazan
qadinnan bezirler kisaca
25 yanvar 2015 03:05
# 9
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Wappuw
xeyanet olunan zaman uwaqlara gore gecirler,heyatda ele bir hadiseyle rastlawmiwamda,gecmekde bagiwlanmaq anlamina gelmir
25 yanvar 2015 01:49
# 8
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
ece uslu
xeyaneti baqiwlamaram
25 yanvar 2015 00:21
# 7
sona
Bir insan ne sef etsede ikinci wansi hak edir ancaq xeyanet eden insan hec vaxt! Eger bir drfe bagiwlasaz mutleq yene xeyanet edecek
25 yanvar 2015 00:13
# 6
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
ismayilova ulker
Mən heç vaxt bağışlamaram. Heç vaxt!
25 yanvar 2015 00:13
# 5
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
ayan97
Cox qorxuram xeyanetden cooox
25 yanvar 2015 00:11
# 4
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Fialka
qeyd olunmus fikirle tam raziyam cox dogru qeyd edilib, xeyanet zamani hengame qoparmaq lazim deyil her seyi basqa cur etmekde olar)eks halda qadin gunahkara cevrile biler neceki-ARSIZ GUCLU OLUNCA HAQLINI GUNAHKAR CIXARAR bu zovqu yasatmaq olmaz kisilere))
24 yanvar 2015 23:56
# 3
AYKA-ISI
indiye qeder olmuyub inwAllah bundan sorada olmaz en nifret etdiyim weydi

indiye qeder olmuyub inwAllah bundan sorada olmaz en nifret etdiyim weydi
24 yanvar 2015 23:53
# 2
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
BARBI
Nece yeni kisi eve basqa xanim etri ile gelsin men de xos uz gosterim ele uz gortererem gozunun alti qaralar en nifret etdiyim seydi xeyanet hec vaxt bagislamaram
24 yanvar 2015 23:05
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz