Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilər niyə xəyanət edir?
Kişilər niyə xəyanət edir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1440
Səs ver:
Kişilər niyə xəyanət edir və qadınlar hansı profilaktik tədbirlərə əl atmalıdırlar?
Biz kişilərin gözünün şorluluq dərəcəsinin çox olması heç bir müayinəyə ehtiyacı olmayan anatomik aksiomdur. Bu fiziki durum qadınların orqanizmi üçün xas deyil – qarşı cinsin nümayəndələrinin bu cür meyilliyi, yumşaq desək, ayağı sürüşkənlik, bir az da irəli getsək fahişəlik kimi dəyərləndirilir. Qadınların hansı səbəblərdən fahişəliyə düçar olduğu (və ya bu yolu seçdiyi) geniş müzakirə olunan məsələlərdəndir, bəs kişilər niyə xəyanət edir? Bax, gördünüz yenə də qadının hərəkətini fahişəlik adlandırdığımız halda, kişinin eyni "gedişini” yalnızca  "xəyanət” adlandırmaqla kifayətləndik – beləliklə də, zərif cinsin nümayəndələrinə cəmiyyətdə gender bərabərliyinin pozulması barədə daha bir fakt vermiş olduq. Nə isə. Mövzuya keçək – beləliklə, kişilərin niyə xəyanət etməsi barədə danışacağıq.

Amerikalı psixoloq M.Gray Neuman "kişilər niyə xəyanət edir” mövzusunda 200 kişi üzərində araşdırma aparmışdır. Tədqiqatda iştirak edən kişilərin ortaq cəhətləri isə evli olmaları və hamısının həyat yoldaşlarına xəyanət etmələri olub. Araşdırmanın sonunda kişilərin xəyanət etmə səbəbləri belə bir mənzərə yaradıb:

- Kişilərin 48%-i psixoloji cəhətdən yoldaşı tərəfindən başa düşülməməsini səbəb göstərmişdir. Kişilərin də diqqətə və qayğıya ehtiyacı olduğu halda qürurlu olması bu ehtiyacın görünməsinə əngəl olur və qadınlar kişilərdən diqqət tələb etməklə bərabər özləri onlara qarşı diqqətsiz qalırlar. Nəticədə isə kişi diqqəti başqa qadınlarda axtarmağa başlayır.

- İkinci yerdə isə cinsi problemlər dayanmaqdadır.

Tədqiqatlar göstərir ki, xəyanət edənlərin 68%-i nə vaxtsa həyat yoldaşına xəyanət edəcəyini ağlına da gətirməyib. Həmçinin araşdırmalar göstərib ki, əksər hallarda xəyanət edən kişi xəyanət edərkən və ondan sonrakı dövrlərdə daima peşmançılıq duyğusu ilə yaşayır.

Sosioloqların sorğusuna əsasən, kişilərin yarısı həyat yoldaşlarına xəyanət edir. Təhlilçilər kişi xəyanətinin səbəblərini bu cür də təsnifləşdirirlər:

* Siz sadəcə həmin kişini seçməmisiniz. Onun üçün inam, ailə həyatı, sadiqlik bir o qədər də qiymətli deyil. O yenilik və macəra axtarışındadır. Sıxıntı və sükutun baş verməməsi üçün o, sevgili axtarışında olacaq.

* Sevgilinizlə münasibətlərdə inam yarada bilmirsiniz. Ola bilsin ki, siz çox qısqancsınız və emosiyalarınızla bacarmırsınız. Əgər onun işdən gec gəlməsi, telefonla çox danışması və ya hər hansı ötən qıza baxmasına görə daim söz-söhbət və dava yaradırsınızsa, bu, o deməkdir gec və ya tez onu itirəcəksiniz.

* Heç də bütün kişilər kənarda seks axtarmır. Bəzi kişilər sevgilisi ilə tam fərqli xəyallar qurur. Ola bilsin ki, həyat yoldaşınız ailədə özünə lazım və vacib olan emosiyaları ala bilmir.

* Daim xəyanət haqda düşünmək və qorxmaqla onu özünüzə daha asan cəlb etmiş olacaqsınız. Vəfasızlıq haqda düşünərək biz özümüzə əmr veririk və şüursuz olaraq xəyanətkar həyat yoldaşı axtarmağa başlayırıq.


Şərhlər:
Baxılıb: 1440
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz