Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəyanət edən kişini hansı yalanlar ələ verir?
Xəyanət edən kişini hansı yalanlar ələ verir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4171
Səs ver:
Xəyanət edən kişilərin hamısı demək olar ki, eyni yalanları danışırlar.

Telefonda deyilən yalanlar:
Kişilər mobil telefondan pis əməllərinin üstünü örtmək üçün tez-tez istifadə edirlər. Evə gec gələcəkləri gün sizi şübhələndirməmək üçün əvvəlcədən zəng edib "tıxacda qalmışam”, və ya "iclasa girirəm” deyə bilərlər. Hətta bəzi kişilərin mobil telefonunda olduqları məkanın səs-küyünün qarşı tərəfə getməsinə mane olan proqramlar da var. Əgər həyat yoldaşınız tez-tez bu cür bəhanələr uydurursa, şübhələnməkdə haqlısınız.

Telefon kitabçasında kişi adları: Kişilər çox ağıllı olduqlarını düşünürlər və elə bilirlər ki, qadınlar onların hiylələrindən xəbərdar deyillər. Ancaq hamı bilir ki, kişilər görüşdükləri qadınların nömrələrini telefon kitabçasına kişi adları ilə qeyd edirlər. Siz Məmməddən gələn mesajı oxuduğunuzu fikirləşərkən "eşqim”, "canım” kimi sevgi sözlərini görüb şoka düşə bilərsiniz.

Telefon çox vaxt söndürülür:
  Gün ərzində telefonu söndürülmüş olan kişidən bunun səbəbini soruşanda böyük ehtimalla telefonunun enerjisinin bitdiyini və söndüyünü deyəcək. Bu hal tez-tez təkrarlanırsa, aldadıldığınıza əmin ola bilərsiniz.

Taksi tapa bilmir: Dostları ilə görüşəcəklərini deyərək evdən çıxan əriniz gedəcəyi yerin yaxın olduğunu deyir və maşınla getmək istəmir. Evə gecə gec saatda gəlib çıxır və açıqlaması da belə olur: "şəhərdə adam çox idi, taksi tapa bilmədim”. Belə çıxır ki, gedəndə yaxın olan yer, qayıdanda uzaqlaşıb. Siz belə yalanlara inanmayın!

Receb İvedik idi, Romeo oldu: Normalda sizə adi xoş sözləri belə çox görən adam birdən-birə Romeoya çevrilir. Evə əlində çiçəklərlə gəlir, bahalı hədiyyələr alır və ya bahalı restoranlara yeməyə aparır. Əmin olun ki, sizi aldatmağa davam edən, amma az da olsa qalmış vicdanından yaxasını qurtara bilməyən kişi belə xoş sürprizlərlə özünü təsəlli edir. Sizi xoşbəxt etməyə çalışaraq özlüyündə vicdanını susdurmaq istəyir.


Şərhlər:
Baxılıb: 4171
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz