Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kimi aldadırsan?
Kimi aldadırsan?
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1330
Səs ver:
İnsanı yaradan Tanrı kişini, daha sonra qadını xəlq etdi. Cənnət əhli olan Adəm və Həvva şeytana uyub, nəfsinə güc gələ bilməyən qadının ucbatından cəzalandırıldı. Yenidən əməli və ibadəti ilə cənnəti qazanmaq üçün bu fani dünya bizə verildi. Elə ilk şeytana aldanışdan sonra nəfs insana ən böyük düşmən kəsildi.

İnsanın səhv, haram əməlləri içində xəyanət ən çox yer tutur. Adətən insanlar bir çox pis əməlləri "kimsə bilməz" düşüncəsi ilə edirlər.
Çox qəribə də olsa insan Yaradanın onu hər yerdə gördüyünü dərk etmədən fani dünyada da günah etməkdən usanmır.
Xəyanət ilk olaraq şəxsin özünə qarşı ən böyük hörmətsizliyidir! Hansı formada olmasından aslı olmayaraq, istər dini, istər əqli şüurun zəifliyindən nişanədir, xain xoflu olar!

Kimi aldadırsan?

İlk xəyanəti eləməmisizsə, demək özünüzü heç vaxt aldatmamısınız. Çünki xəyanətlə siz ilk özünüzü aldadır, özünüzə xəyanət edirsiniz.
Xəyanətin qarşılığı necə olmalıdır? Adətən biz bütün özümüzə qarşı olanlara cavab verməyə çalışırıq. Xəyanətə xəyanətlə cavab vermək tam absurd, yalnış düşüncədir. Xainlərin ilk cəzası aşkar və təcrid olunmalarıdır. Xainləri kimsə sevməz, onlardan ancaq istifadə edilər... Xəyanətin alibisi, bəraəti yoxdur!

Kişi xəyanəti
Xəyanət edəndən sonra kişilik yalnız cinsin ifadəsi olur, əsl kişidən xain olmaz! Kişinin özünə, dosta, vətənə və ailəsinə xəyanəti, onun ləyaqətini tapdaq altına atmasıdır! Vətənə xəyanətdənsə ölüm, şəhidlik seçər əsl kişilər!

Qadın xəyanəti

Qadınlar daha çox xəyanətə meyillidir. Kiçik xəyanətlərini adi əməl sayan qadınlar kişilərdən fərqli olaraq sirr saxlamaqda acizdir. Dosta xəyanət etməyə hər kişi cəsarət etməz. Etdiyi əməlin üstü açılmaqdan, ifşa olmaqdan kişilər çox ehtiyat edər! Amma rəfiqəsinə xəyanət edən qadınlar sanki arsız olur. İfşa olanda da utanmazlar. Hansı bəhanə olur-olsun, ailəli qadının xəyanəti əfv edilməzdir. Sonradan şantaj olunmaqla daha çox girdaba bulaşma ehtimalı var. Zina kişiləri də ləkələyər. Qadın zina etdisə, qadın deyil!

Xəyanətdən necə qorunmalı?

Atalar sözüdür - "Hər kəslə çörək kəsmə, kəsdiyin çörəyi də tapdalama!" Bu gün mərdlik, iman çox nadir insanlarda qalıb. Dünya malına görə acgözlük baş alıb. Xəyanət isə kişilərdə ailəsinə qarşı zina formasında çoxalıb. Qadınlar isə niyyətdə zinakarlıq, rəfiqəyə qarşı xəyanətdə və sirr satmaqda öyrəncəli olub. Əlbəttə, qeyrətli qadınlar ismətli kişidən daha çoxdur. Hətta bir kişi deyəndə ki, zina xəyanəti etməmişəm, cinsəl problemi olduğundan şübhələnirlər.

Xəyanətdən uzaq olmağa özümüzdən başlamalıyıq.
Xəyanətə uğramamaq üçün etibar edəcəyimiz insanı seçməkdə səbirli olmalıyıq.
Sirri saxlaya bilmiriksə, sirr almamalıyıq ki, verməyək.
Sizə xəyanəti ən çox gözləmədiyiniz biri edə bilər! Küsəndə, dalaşanda barışıq yeri qoymalıyıq. Ən qorxulu düşmən keçmiş dost, rəfiqədir!


Şərhlər:
Baxılıb: 1330
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz