Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir qadına xəyanəti necə unutdurarsınız?
Bir qadına xəyanəti necə unutdurarsınız?
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 2074
Səs ver:
Necə hərəkət etməli ki, xəyanət qadını bu qədər pərişan etməsin?
İlk şərt olaraq, aldadılmanın təsirini insanın içinə atması zərərlidir. Sırf bunu anlamaq və qəbul etmək problemi yarı- yarıya həll etmək deməkdir. Bu hissdən xilas olmaq mümkündür. Əvvəlcə sevgilinizin aldatmasının səbəbi siz deyilsiniz. Sizdəki "bəzi əskiklikləri aradan qaldırmaq üçün aldatmadı sizi. Ürəyi istədiyi üçün, ‘Xeyr' deyə bilmədiyi üçün, dəyişiklik axtardığı üçün, həyəcan yaşamaq üçün aldatdı. Yəni cazibənizi itirmədiniz. Ancaq əlbəttə bu vəziyyətin yaratdığı zədədən çıxmanız asan olmayacaq. Bir elmi araşdırmaya görə, qadınlar aldadılmanın ağrısını ancaq 7 ildə unuda bilir. Bu gerçəyi göz ardı etməyin. Əgər bununla baş edə bilmirsinizsə, mütləq bir mütəxəssisə müraciət edin. Kişinin aldadılmanın təsirindən xilas olması daha da çətin. Çünki sevgilisinin özünü bir başqasına seçmiş olması qürurunu zədələyir. Kişinin özünü toplaması da çox daha uzun zaman alar. Açıqcası, tək başına sovuşdurula biləcək bir şey deyil bu. Kişinin də mütəxəssislərdən dəstək alması şərt.

Evli kişi dahamı cazibədardır?
Evli kişinin cazibəsi olduğu şübhəsiz. Bunun müxtəlif səbəbləri var. Birincisi, evlilikdən uzaq olan qadınlar, evli kişiləri seçim edə bilir. Bu cür qadınlar ümumiyyətlə daha əvvəlki evliliklərində bədbəxt olan qadınlardır. Bir daha evliliyi düşünmədikləri üçün də evli kişilərlə əlaqə yaşaya bilər. Bir də ‘ovçu' deyə təbir edilən qadınlar vardır. Şöhrətə, pula düşkün qadınlardan danışıram. Bunları ümumiyyətlə evli kişilərdə tapdıqları üçün əlaqəyə girməkdən çəkinmirlər. Ayrıca bilinən bir gerçək daha var. Evli kişi, yetkin, nə istədiyini bilən və lazım olduğunda tez ortadan itə bilən bir kişidir. Bu da qadınların nezdində evli kişiləri cazibədar hala gətirir. Təbii, qadınların yaradılışlarından gələn bəzi xüsusiyyətləri də əhəmiyyətli. Qadın özünü qurtarıcı olaraq görə bilir. Bəli, kişi ona evliliyinin bədbəxt getdiyindən danışmışsa qadın qurtarıcı rolunu boynuna götürür. Yəni kişini bu bədbəxtlikdən qurtaran bir yaxşılıq pərisi kimi görür özünü. Ayrıca çox elmi araşdırmaya görə rəqabət qadınların genlərində var. Qadınlar ən təchizatlı kişiləri əldə etmək üçün rəqabət edir. Mövzu uyğun bir həyat yoldaşı tapınca fərdlər ən yaxşısını istəyir. Bəziləri göz qoyduğu kişinin yoldaşıyla tanış olmaqdan belə çəkinməyə bilir. Arada kişi olmasa yoldaş belə ola biləcək qadınların rəqabəti aldatma ilə nəticələnir.

Kişilər də evli qadınlara maraq göstərə bilərmi?
Bəli, göstərə bilər. Çünki evli qadınlarla əlaqənin ən rahat istiqaməti, günü gəldiyində çəkib gedəcək olması. Bu cür əlaqə yaşayan qadınların böyük əksəriyyəti evini, yuvasını tərk etməyəcək. Nəticədə əlaqə mütləq ‘keçici' statusunda qalacaq. Bu da bir kişi üçün əlbəttə üstünlükdür. Burada bir gerçəyi köçürmək istəyirəm. Heç bir kişi ərini aldadan qadına güvənməz. Təbii arada böyük bir eşq yoxsa. Çünki kişilər "Bu qadın ərini mənimlə aldatdı, məni də bir başqasıyla aldadar" deyə düşünməkdən özünü ala bilməz. Yenə də eşqə haqsızlıq etməyək. Bəzən evli birinə həqiqətən aşiq ola bilərsiniz və inanın mənə çox məşəqqətli bir əlaqəniz olacaq. Evli biriylə eşq yaşamaq çöldən baxıldığında cəmiyyət tərəfindən qınanacaq, qəbul edilməyəcək bir şeymiş kimi görünər. Ancaq eşqin onsuz da özü qeyri-qanunidir. Buna görə heç bir dəyər mühakiməsini, heç bir ictimai təzyiqi tanımaz.

Ailənizi də qarşısına alacaqsınız!
Əsl əhəmiyyətli problem evli insanlar ilə birlikdəliyi davam etdirmənin çətinliyidir. Çünki bu növ bir eşqi köhnəldəcək çox  faktor mövcuddur. Ölkəmizdə heç bir ailə, uşağının evli bir qadınla ya da kişilə birlikdə olmasını həzm edə bilməz. Bu şəkildə bir-birlikdəliyə başladığınız an ailənizi də qarşınıza almağı göz qarşısında saxlayacaqsınız deməkdir. Əgər gözə ala bilmirsinizsə, əlaqəni dərhal sonlandırmaq məcburiyyətindəsiniz. Bir-birinizi çox sevsəniz də onun evli olması beyninizdə həmişə bir sual işarəsi meydana gətirəcək. Çünki sizə görə bu yaşanan aşan gələcəyi yoxdur. Bu səbəblə əlaqəni sonlandırıb sonlandırmamaq arasında həmişə qərarsız qalacaqsınız. Bir tərəfiniz ondan imtina edə bilməyəcəyinizi deyəcək, digər tərəfiniz "Bu iş qətiliklə bitməli" deyəcək. Bu ziddiyyət də əlaqəni qətiliklə qopma mərhələsinə gətirəcək. Evlilikdən imtina etmək də gücdür. Bu səbəblə insanlar zərər vermədiyi müddətcə həm evliliyi, həm də digər əlaqəni eyni anda davam etdirməyə çalışarlar. Lakin elə bir mərhələyə gəlir ki, hər ikisində də problem yaşanmağa başlanar, işdə o an seçik etmək lazımdır. Seçiləcək insan ümumiyyətlə evli olunan adam olar.

İkinci insan mövqesindəsiniz

Evli aşiq 2-yə bölünmüş haldadır. Bir tərəfdən sizinlə digər tərəfdən də yoldaşı və uşaqlarıyla vaxt keçirmək məcburiyyətindədir. Buna görə 2 tərəfə də tam mənasıyla konsentrə ola bilməyəcək. Bütün bunlara əlavə olaraq siz iki insan vəziyyətindəsiniz. Evli bir adam ilə birliyiniz eyni yataqdaykən belə uşağı xəstələndiyi an sizi o şəkildə buraxaraq gedəcək. Evli bir insanla eşq yaşayır olmanız, sizin pis biri olduğunuz mənasını verməz. Hətta kimi hallarda digərlərinə görə çox daha cəsur olduğunuza işarədir. Lakin bu işin çətinlikləri də müəyyən. Bilin ki, bütün insanlar öz seçimini yaşar və hər kəs öz həyatından məsuldur. Əlaqə yaxşısıyla, pisiylə sizə aiddir və istədiyinizi yaşamaq da sizin biləcəyiniz bir işdir.


Şərhlər:
Baxılıb: 2074
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz